Milli Qəhrəman haqqında sənədli film çəkilib

Milli Qəhrəman haqqında sənədli film çəkilib
3 avqust 2021
# 19:00

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlərin çəkilməkdə davam edir. Bu silsilədən “Salnaməfilm studiyası”da ekranlaşdırılan növbəti film “Yarıda qalmış uçuş” adlanır.

Kulis.az xəbər verir ki, “Yarıda qalmış uçuş” filmi Milli Qəhrəman, hərbi pilot Hikmət Muradov haqqındadır. Filmin ssenari müəllifi və rejissoru Yavər Rzayevdir. Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. Döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. O, sərt döyüş anında belə işindən bir addım geri çəkilməyib. Sonuncu əməliyyat zamanı isə Xocalı ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi güclü raket atəşinə məruz qalır. Hikmət Muradov Xocalı aeroportundan Yevlaxa apardığı 6 nəfər dispetçerlə birlikdə şəhid olmuşdur. Filmdə qəhrəmanın sinif yoldaşları, qardaşı, əmisinin qisasını almaq üçün II Qarabağ savaşına yollanan qardaşı oğlunun müsahibəsi və onun nakam, yarımçıq qalmış məhəbbət hekayəsindən danışılır. Filmdə qəhrəmanın şəxsi arxivindən istifadə edilərək uşaqlıq, məktəb illərinin, oxuduğu Kiyev Uçuş məktəbində çəkdirdiyi fotoşəkillərdən istifadə olunub.

Ekran əsərinin paytaxtda və bölgələrdəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində, kino mərkəzlərində nümayişləri artıq təşkil olunub.

Filmin operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

# 3732 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər