Filmimiz Bolqarıstanda mükafatlandırıldı

Filmimiz Bolqarıstanda mükafatlandırıldı
7 may 2020
# 15:39

Bolqarıstan Respublikasının Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (International Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib.

Festivalın məqsədi turizm məhsulları barədə videoçarxların geniş kütləyə çatdırılması, mədəni və tarixi irsin reklamına investisiya qoyulmasının stimullaşdırılması, turizm şirkətləri arasında marağın yaradılması, peşəkar audiovizual səyahət istehsalının təşviq edilməsi, yüksək effektiv reklam üçün mühitin formalaşdırılmasıdır. Film festivalında ölkələr, bölgələr, təbiət, mədəniyyət, tarixi yerlər və muzeylər, əyləncə turları, ənənəvi adət və ayinlər və s. mövzular üzrə hazırlanmış videoçarxlar online şəkildə geniş auditoriya tərəfindən izlənilib. Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü əsasında Naxçıvan Televiziyası tərəfindən hazırlanmış “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmin ingilis dilində olan variantının namizədliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən festivalın təşkilatçılarına təqdim olunub. Film festivalın münsiflər heyəti tərəfindən təqdim olunub, filmlər nəzərdən keçirilib və qaliblər elan olunub. Festivalın “Turizm məkanı” kateqoriyası üzrə “Reportaj və ya sənədli film” alt-kateqoriyasında “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmi qalib gəlib. Sənədli film festivalın rəsmi internet səhifəsində və “YouTube” kanalında yerləşdirilib.

Qeyd edək ki, festivalda iştirak muxtar diyarın mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını təbliğ etməklə yanaşı, regionun zəngin irsi, potensialı və mövcud tərəqqisinin Avropa məkanında tanıdılmasına imkan verib. Festivalda, həmçinin təbiət-ekoturizm, idman-macəra və turizm xidmətləri kateqoriyaları üzrə mükafatçılar müəyyən olunub. 2020-ci ildə Azərbaycanla yanaşı festivalda Bolqarıstan, Danimarka, Xorvatiya, Sloveniya, Cənubi Afrika Respublikası, Çili, Fransa, Avstriya, Norveç, Rusiya, Portuqaliya, İndoneziya, İspaniya və Yaponiya daxil olmaqla, sözügedən festivalda 24 ölkə 54 filmlə iştirak edib. /azertag.az/

# 1810 dəfə oxunub

Oxşar xəbərlər

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

13:05 18 yanvar 2025
Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

12:30 18 yanvar 2025
Xalq artisti Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü

Xalq artisti Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü

11:28 18 yanvar 2025
Devid Linçin ən yüksək reytinqli 10 filmi

Devid Linçin ən yüksək reytinqli 10 filmi

11:07 18 yanvar 2025
Məşhur aktyor “Kuruluş Osman”dan getdi

Məşhur aktyor “Kuruluş Osman”dan getdi

10:27 18 yanvar 2025
Azərbaycanlı rejissorun filmi Berlində

Azərbaycanlı rejissorun filmi Berlində

16:40 17 yanvar 2025
# # #