Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda yarışacaq

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda yarışacaq
5 iyul 2021
# 16:30

Tacikistan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi və bu təşkilatın yaradılmasının 20-ci ildönümü ilə əlaqədar “Tacikfilm” paytaxt Düşənbədə beynəlxalq bədii və televiziya filmləri festivalı keçirəcək.

Kulis.az xəbər verir ki, festivalda 18 ölkəndən filmlər iştirak edəcək. Qaliblər üçün “Qızıl qaranquş” mükafatı və diplomlar təsis olunub. Festivalın müsabiqə proqramına 32 film daxil edilib. Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə rejissor Əlisəttar Quliyevin “Mozalan” studiyasında lentə alınan “Əlvida, Şmidt” (2019) filmi də festivala dəvət alıb.

Film Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilib. Ekran əsərində Azərbaycanda doğulan alman Emil Şmidtin başına gələn hadisələrdən bəhs olunur. O öz sevgi və xoşbəxtliyini burada tapır. Tragikomediya janrında çəkilən ekran əsəri dostluq və vətənə sevgini, ölkəmizin multikultural dəyərlərini əks etdirir.

“Əlvida, Şmidt” filmi 2020-ci ilin sentyabrında Kazan Beynəlxalq Film Festivalının “Rusiya və İslam dünyası” proqramında uğurla təmsil olunub.

Ekran əsərinin ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayevdir. Əsas obrazları aktyor Azər Aydəmir, A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya və Əməkdar artist Rasim Cəfər ifa edir. Filmdə həmçinin Xalq artistləri Şamil Süleymanlı, Qurban İsmayılov və Əməkdar artist Zemfira Sadıqova da rol alıblar.

# 2856 dəfə oxunub

Oxşar xəbərlər

"Harri Potter və fəlsəfə daşı"  serialının ilk treyleri yayımlandı

"Harri Potter və fəlsəfə daşı" serialının ilk treyleri yayımlandı

12:48 26 mart 2026
Ozan Güven  "GORA 4 GORA"da olacaq?

Ozan Güven "GORA 4 GORA"da olacaq?

11:27 26 mart 2026
Mart ayında baxılacaq 10 film - Siyahı

Mart ayında baxılacaq 10 film - Siyahı

12:00 25 mart 2026
Ölməz gülüş ustası - Onun ən böyük arzusu nə idi?

Ölməz gülüş ustası - Onun ən böyük arzusu nə idi?

12:30 22 mart 2026
"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

11:40 22 mart 2026
Sloveniyanın RTV telekanalı Bakıda Mehdi Hüseynzadə haqqında film çəkəcək

Sloveniyanın RTV telekanalı Bakıda Mehdi Hüseynzadə haqqında film çəkəcək

16:45 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər