ADO teatrı yerləşdiyi məkandan çıxarılır - Müraciət

ADO teatrı yerləşdiyi məkandan çıxarılır - Müraciət
10 mart 2021
# 17:28

Azərbaycanın ilk müstəqil teatrı ADO (Azərbaycan Dağınıq Oda) yerləşdiyi məkandan çıxarılır.

Kulis.az xəbər verir ki, bu barədə teatrın təsisçisi Elmin Bədəlov müraciət yayıb. Aktyor bildirib ki, pandemiya ilə əlaqədar 1 il işləməyən teatr maddi çətinliklə qarşılaşıb.

"Bu gün ADO’nun məkanında bütün loqolar tərsinə çevrildi - 10 mart, 2021. Milli Teatr günü. Bu gün ADO məkanını itirəcək xəbəri aldı, teatra 15 mart tarixinə qədər məkanı təhvil verməklə bağlı xəbərdarlıq edildi. Əks təqdirdə ölkəmizin ilk müstəqil teatrı olan 9 yaşlı ADO (Azərbaycan Dağınıq Oda teatrı) bütün əşyaları ilə küçəyə göndərilir".

E. Bədəlov bildirib ki, teatrın yerləşdiyi məkanın sahibi müəyyən güzəştlər etsə də, artıq ayın 15-dən ödəniş olunmadığı təqdirdə məkanı geri təhvil alacağını bildirib.

"9 il ərzində yığılmış rekvizitlərin sayı çox olduğu üçün onlara sahib çıxa bilmirik və 15 mart Mirzəağa Əliyev 245 ünvanında fəaliyyət göstərdiyimiz bu məkanı itiririk. Teatr yaranmış bu çətinliklə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat verəcək və bütün gedişatı hər kəslə paylaşacaq. Eyni zamanda geridə qoyduğumuz 9 ilə və qarşıya güzgü tutmağa, bütün baş verənləri ölkənin ilk müstəqil teatrı olaraq siz ictimaiətlə müzakirəyə açıq qoyacağıq.

Qeyd edək ki, teatr günüdə ADO-nun yaşadığı bu arzuolunmaz hadisədən sonra teatr teatr əməkdaşları bütün loqoları tərsinə çevirib.

# 2909 dəfə oxunub

Oxşar xəbərlər

Sürəyya niyə daş-qalaq olunmuşdu? - Dini filmlər

Sürəyya niyə daş-qalaq olunmuşdu? - Dini filmlər

12:00 22 fevral 2025
Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi

Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi

10:45 22 fevral 2025
Məşhur rejissor yeni film çəkilişlərinə  hazırlaşır

Məşhur rejissor yeni film çəkilişlərinə hazırlaşır

10:37 22 fevral 2025
"Ceyms Bond" hüquqlarını satdı

"Ceyms Bond" hüquqlarını satdı

18:40 21 fevral 2025
Oğlu ilə bir serialda oynayacaq

Oğlu ilə bir serialda oynayacaq

15:30 21 fevral 2025
Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət

Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət

12:15 21 fevral 2025
# # #