2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı
15 iyul 2026
# 16:30

"The Conjuring" seriyasının ən çox gəlir gətirən "Last Rites" filmindən sonra "Warner Bros." və "New Line" şirkətləri paranormal tədqiqatçıların gənclik illərinə həsr olunmuş "The Conjuring: First Communion" filminin nümayiş tarixini açıqlayıblar.

Kulis.az xəbər verir ki, maraqla gözlənilən ekran işinin 10 sentyabr 2027-ci ildə kinoteatrlarda nümayiş olunması planlaşdırılır.

Yaradıcı heyətdə tanış simalar

Rejissor kürsüsündə Rodriq Uartın əyləşəcəyi filmin ssenarisini seriyanın sadiq pərəstişkarlarının yaxından tanıdığı iki ssenaris – Riçard Nainq və Yan Qoldberq qələmə alır.

Qeyd edək ki, bu ikili daha əvvəl 2023-cü il istehsalı olan "The Nun II" və bu ilin sentyabrında vizyona girəcək "The Conjuring: Last Rites" filmlərinin də ssenaristliyini öz üzərinə götürmüşdü.

Rekord gəlir final qərarını ləğv etdirdi

Xarici mətbuatda yer alan xəbərlərə görə, ötən il ekranlara çıxan və başlanğıcda əsas seriyanın finalı olaraq təqdim edilən "The Conjuring: Last Rites" dünya miqyasında əldə etdiyi 487 milyon dollarlıq kassa gəliri ilə seriyanın öz rekordunu qırmışdı. Məhz bu gözlənilməz uğur studiyanın filmi bitirmək fikrini təxirə salmasına səbəb olub.

"Annabelle" və "The Nun" kimi spin-off layihələri də daxil olmaqla ümumilikdə doqquz filmlə qlobal miqyasda 2.7 milyard dollar gəlir əldə edən seriya Ceyms Van tərəfindən yaradılıb. Seriyanın hər bir halqasında prodüser qismində çıxış edən Piter Safran bu filmdə də öz vəzifəsinə qayıdır. İcraçı prodüser heyətində isə Con Rikard, Nataliya Safran və Romel Adam yer alacaqlar.

# 486 dəfə oxunub

Oxşar xəbərlər

Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin  3 yaddaqalanrolu

Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin 3 yaddaqalanrolu

18:00 14 avqust 2026
"Oskar" mükafatının namizədləri müəyyənləşir

"Oskar" mükafatının namizədləri müəyyənləşir

16:15 14 avqust 2026
Dünya kinosunun “yol filmləri” rejissoru – Vim Venders kimdir?

Dünya kinosunun “yol filmləri” rejissoru – Vim Venders kimdir?

14:30 14 avqust 2026
Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

17:40 13 avqust 2026
Dünya kinosunun dəhşət və qorxu ustası  – Alfred Hiçkokun 5 məşhur filmi

Dünya kinosunun dəhşət və qorxu ustası – Alfred Hiçkokun 5 məşhur filmi

13:00 13 avqust 2026
"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər