16 fahişəni öldürən kişi – Ömər Xəyyam

Ömər Xəyyam, yazıçı

Ömər Xəyyam, yazıçı

24 iyun 2023
# 10:17

Kulis.az Ömər Xəyyamın “Müqəddəs hörümçək” yazısını təqdim edir.

Rejissor Əli Abbasi Məşhədi fahişələrdən təmizləmək niyətilə on altı fahişəni qətlə yetirən, 1982-də İran-İraq savaşının iştirakçısı olmuş, fəqət rəşadətinə görə mükafatlandırılmayan, özünü lazımsız hesab edən, öldürdüyü qadınlar haqda xəbərləri oxuyunca əzilmiş, sındırılmış eqosunu yemləyən “hörümçək ovçusu” vasitəsilə İran toplumuna, mizogenist təfəkkürə güzgü tutur.

“Müqəddəs hörümçək” filmi real faktlar əsasında çəkilib. Silsilə qətllər törədən qatil haqda yox, din-əxlaq pərdəsinin arxasında gizlənmiş potensial qatillər, qadını insan hesab etməyən, sosial ədalətsizliyin hökm sürdüyü cəmiyyət haqdadır.

Aktyor Mehdi Bajestaninin canlandırdığı obrazın prototipi Səid müqəddəs şəhər hesab edilən Məşhəddə yaşayıb. Səidə görə şəhəri fahişələrdən təmizləmək ilahi əmrdir, savab işdir və o, mütləq-əl-vacib əməllərinə görə mükafatlandırılacaq.

Bir neçə qadını eyni üsualla öldürəndən sonra Səid ümidsizliyə qapılır. Onun fikrincə ilahi əmrlərə əməl edən birinə qarşı cəmiyyət laqeyd qalmamalı, onu əsl kişi kimi, tövhid əhli kimi tanımalı, əməllərini təqdir etməlidir.

Səid ailəlidir. Bir qızı, bir oğlu var, arvadı da onu çox sevir, fəqət arvadının qayğıkeşliyi, övladlarının sevgisi bir növ, onu doyuzdurmur.

Ölü sayı artdıqca Səidinin eqosu sanballanır, mətbuatda davamlı “hörümçək ovçusu” – jurnalistlər onu belənçi adlandırırdılar, – ləqəbli silsilə qətllər törədən qatil haqda məqalələr dərc olunur, xəbərlər yazılır, reportajlar hazırlanır; vətəndaş cəmiyyətində şayiələr gəzir. Biri deyir, təxribatdır, biri deyir, manyakdır, biri də, qatili müdafiə edir. – Deyir ki, halal olsun, əsl müsəlmandır, fahişələri öldürmək lazımdır.

Qadın haqlarının müdafiəçisi, aktivist Rahimi polisin “hörümçək ovçusu”na qarşı rəğbətini sezir, hiss edir ki, qatili nəinki həbs etmək, heç cinayət işlərini ciddi analiz etmirlər, hər şey eləcə kağızlarda qalır.

Rahimi polisdən əlini üzür və öldürülən qadınların ailə üzvləriylə görüşməyə başlayır… Fəqət həvəsi qursağında qalır: valideynlər qızları, qardaşlar bacıları haqda söhbətdən qaçırlar, qorxurlar və şikayətçi olmaqdan çəkinirlər.

Rahimi qəti qərar verir: Nə olur-olsun, motosikletli ovçunu tapacaq. Əlindən gələn-gəlməyən hər şeyə razıdır, yetər ki, qatil layiqli cəzasını alsın.

Beləcə, o, könüllü şəkildə on yeddinci qurbanın yerinə ölüm meydanına atılır: dekolte, vulqar makiyaj… – Rahimi fahişə roluna girir və “hörümçək ovçusunu” tora salır.

Zamanla xalq qəhrəmanına çevrilən Səidinin edam olunacağına heç kim inanmır. Hamı onun yanında olmaq istəyir, hamı onunla fəxr edir. Fəqət Səidi edam olunur…

Səidi edam olunur, oğlu qəhrəman hesab elədiyi atasının əməllərini təqlid etməyə başlayır, üstəlik, bacısını da işin içinə qatır. Bacısı özünü ölülüyə vurur, o da bacısının “meyit”ini xalçaya bükür… - atası kimi…

Budur, növbəti motosikletin dırıltısı eşidilir…

# 4451 dəfə oxunub

Oxşar xəbərlər

Məşhurların evliliklərinə son qoyan filmlər - Siyahı

Məşhurların evliliklərinə son qoyan filmlər - Siyahı

11:00 17 may 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:00 16 may 2025
ARKA bu suala cavab verməlidir:  56 min manat kimlərə və necə paylanıb?

ARKA bu suala cavab verməlidir: 56 min manat kimlərə və necə paylanıb?

18:40 15 may 2025
"Selvi boylum al yazmalım"ın ssenaristi vəfat etdi

"Selvi boylum al yazmalım"ın ssenaristi vəfat etdi

15:49 15 may 2025
Ən yaxşı animasiya filmi - "Axın" nümayiş olunacaq

Ən yaxşı animasiya filmi - "Axın" nümayiş olunacaq

14:00 15 may 2025
Kannda ilk film nümayiş olunub

Kannda ilk film nümayiş olunub

15:24 14 may 2025
# # #