"Tütək səsi"ndəki Cəbrayıl xərçəngdir

"Tütək səsi"ndəki Cəbrayıl xərçəngdir
18 oktyabr 2012
# 07:30
Oktyabrın 10-da bütün dövrlərin ən yaxşı qaraçısı Mixay Volontir onkoloji əməliyyat keçirib. Kulis.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, aktyor hazırda Kişinyovda Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir.

Mixay Volontir 15 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Həkim Viktor Çernat bildirib ki, məhz bu səbəbdən əməliyyat haqqında qərar vermək çox çətin imiş: “İndi vəziyyəti stabildir, sərbəst qida qəbul edə bilir”.

Aktyorun xanımı Yefrosiya Yermolova “Budulay”ı xilas etmək üçün evlərini və bağlarını satıb. Aktyor bütün şəraiti olan ayrıca palatada müalicə alır. Reanimasiyada olduğundan yanına heç kim buraxılmır. Ona tibb bacısı qulluq edir.

Aktyorun müalicəsi və əməliyyatı üçün çalışdığı teatr kollektivi 200 avro məbləğində yardım göstərib.

Xatırladaq ki, moldovalı aktyor Mixay Volontir SSRİ-nin xalq artistidir. Aktyor Azərbaycanda Rasim Ocaqovun “Tütək səsi” filmində Cəbrayıl rolunu oynayıb.

Ramilə Qurbanlı
# 2918 dəfə oxunub

Oxşar xəbərlər

"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər