Türk serialları “Ərəb baharı”nı yaratdı

Türk serialları “Ərəb baharı”nı yaratdı
6 sentyabr 2011
# 13:54
“Newsweek” jurnalı Türkiyənin istehsalı olan “Aşk-ı Memnu”, “Möhtəşəm Yüz il” kimi serialların ərəb cəmiyyətlərində sosial inqilabın səbəbi olaraq göstərib.

Yaxın Şərqdə sevilərək izlənən türk seriallarından bu dəfə amerikan jurnalı “Newsweek” yazıb. Yazar Ouen Metyu məqaləsində ərəb dünyasının türk cəmiyyətini özlərinə yaxın bildiklərindən bu seriallardan çox təsirləndiklərini bildirib.

Baxılma rekordları qıran “Gümüş”, ”Min bir gecə”, “Aşk-ı Memnu”, “Möhtəşəm Yüz il” kimi serialların əsas izləyici kütləsi ev qadınlarıdır.

Evdar qadınlar müsəlman cəmiyyətində modern türk qadınlarına baxmaqdan zövq alırmışlar. Hətta “Gümüş” serialı ərəb ölkələrinin bir neçəsində qadağan olunub. Bunun səbəbi isə qadınların serialdan təsirlənərək ərlərindən daha çox diqqət və sevgi tələb etməsi olub. Bu vəziyyətdən narazı kişilərin şikayətlərdən sonra “Gümüş” serialı ekranlardan yığışdırılıb.

Bundan başqa, müasir müsəlman qadınlarının iş və ailə sahibi olması və hər ikisini uğurla davam etdirmələri ərəb qadınlarına daha çox təsir göstərir.

Yazar Metyu ərəb cəmiyyətlərindəki sosial inqilabın səbəblərindən biri kimi məhz serialları göstərib.

Günel ƏSGƏRZADƏ
# 2720 dəfə oxunub

Oxşar xəbərlər

"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər