“Arşın mal alan”ın Çində premyerası olacaq

“Arşın mal alan”ın Çində premyerası olacaq
8 sentyabr 2021
# 10:30

Çinin ən iri şəhərlərindən biri olan Tiandzində yerləşən 3600 nəfərlik möhtəşəm Böyük Teatrda (Tianjin Grand Theatre) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının yeni quruluşda premyerası olacaq.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından APA-ya verilən məlumata görə, artıq üçüncü dəfə səhnələşdirilən əsərin Çində ilk ifası 1959-cu ildə və daha sonralar Pekində - 2010-cu ildə əməkdar incəsənət xadimi Hafiz Quliyevin tərtibatında gerçəkləşib.

Tiandzin Böyük teatrında “Arşın mal alan”ın yeni quruluşu Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Tiandzin Mədəniyyət və Turizm üzrə bələdiyyə bürosunun dəstəyi ilə keçirilir.

Lahiyənin bədii rəhbəri – İpək Yolu Mədəniyyət Birliyinin Prezidenti Klaudia Yanq (Malaziya), tamaşanın baş məsləhətçisi və koordinatoru – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, baş menecer – Yan Linqyanq (Çin), dirijor – Sun Jinqkay (Çin), opera üzrə kastinq direktoru – Li Ksaofey və Lu Şenqdir (Çin).

Tamaşa 18 sentyabr - Musiqi bayramı və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuşdur. Tianzin Böyük Teatrının dizaynı 2012-ci ildə alman şirkəti “Gerkan, Marg and Partners” tərəfindən hazırlanmış və tez bir zamanda ölkənin ən iri mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Dünyanın ən iri musiqi kollektivləri – Filadelfiya simfonik orkestri, Yaponiya Milli Simfonik orkestri, Mariinski Teatrı, Anna Sofi Mutter, Gidon Kremer kimi tanınmış ifaçılar həmin səhnədə dəfələrlə çıxış etmişlər.
2022-ci ildə Tiandzin Böyük Teatrında Harbin və Kunmin Filarmonik orkestrinin dirjoru Əyyub Quliyevlə keçiriləcək konsertlərdə Azərbaycan musiqisinə həsr olunmuş xüsusi proqramın təqdimatı gözlənilir.

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər