Kulis.az amerikalı kinorejissor Robert Entoni Rodrigezin "100 Years" filmi haqqında araşdırma yazını təqdim edir.
Amerikalı rejissor Robert Rodrigez və aktyor Con Malkoviç özlərindən xatirə saxlamaq üçün qeyri-adi bir yol seçiblər. Onlar 2015-ci ildə Fransada film çəkib və onu seyfdə saxlayarq 100 il sonra premyerasını keçirməyə qərar veriblər.
Niyə 100 il?
Filmin premyerasını 100 il müddətinə təxirə salmaq fikri təsadüfən yaranmayıb. Bu şah əsərin sifarişçisi olan məşhur Fransız konyak evinin rəhbəri Remy Martin özünün “Louis XIII” konyakını hazırlamaq üçün yüzillik qarışıqlardan istifadə edib. Bu ideyadan ilhamlanaraq Malkoviç və Rodriges oxşar konsepsiyalı filmin nümayişi üçün Remy Martin ilə müqavilə bağlayıblar. Onların layihəsi hər kəsin ala bilməyəcəyi elit təbəqə üçün nəzərdə tutulmuş içki olan “XIII Louis” konyakının reklamına əsaslanır.
İdeyadakı yenilik
Aktyor Malkoviç və rejissor Rodriges bundan əvvəl kino sahəsində müxtəlif növ eksperimentlərə etsələr də, onların bu dəfəki ideyası bütün gözləntiləri üstələyib. Onların “100 il” adlı bu əməkdaşlığının nəticəsi həm reklam, həm də kinematoqrafiya sənətində tamamilə yenilik və maraqlı yanaşma idi. Yaradıcı insanların fikrincə, onlar bu layihədə bədii ifadə fonunda reklam sənətini tamamilə yeni prizmadan nümayiş etdirə biliblər.
Aktyorlar haqqında nə məlumdur?
Film ssenarisi aktyor Con Malkoviç tərəfindən yazılmış elmi fantastika filmidir. Aktyorların əksəriyyətinin oynadığı rollar və onların adları ciddi şəkildə gizli saxlanılır. Ancaq Malkoviçin əsas rollardan birinin ifaçısı və çinli Şuya Çan ilə çilili Marko Sarorun onun tərəfdaşı olduğu məlumdur.
Süjet haqqında nə məlumdur?
Siz heç yerdə bu filmə dair rəylərə, nə aktyorların performansına dair qiymətləndirməyə, nə də filmin süjet xəttinin təfərrüatlarına rast gələ bilməzsiniz. “Filmdə texnologiyanın daha da inkişaf etdiyi gələcəkdən, yeni kompüter erasındakı elmi fantastikadan bəhs edən səhnələr görə bilərsiniz”, -deyə aktyor Malkoviç vurğulayıb. Rejissor Rodriges isə yalnız filmin emosional cəhətdən gərgin olduğunu qeyd edib.
Maraqlı elan
İctimaiyyətin marağı cəlb etmək üçün kinorejissorlar reklam kampaniyası çərçivəsində üç kiçik tizer yayımlayıb və YouTube-da yerləşdiriblər. “Təbiət”, “Gələcək” və “Retro” adlı hər üç tizerdə eyni səhnə - Yer planetinin sivilizasiyasının inkişafı müxtəlif dekorasiyalarla göstərilib.
İlk tizerdə biz “XIII Louis” konyakının seyfə qoyulmasını və taymerdə 100 illik geri sayımın başladığını görürük. Bu versiyada göstərilən şəhər cəngəlliyə çevrilib. Con Malkoviç və həyat yoldaşı taymerdəki rəqəmlərin sıfıra yaxınlaşdığı anda seyfə yaxınlaşır. Seyf açılır, amma yanında bir adam peyda olur...
İkinci tizerdə uçan avtomobillər, lazerlər və kosmik kostyumlarla zəngin texnoloji gələcək göstərilib. Burada ikinci tizer demək olar ki, bütünlüklə təkrarlanır. Seyf açılan zaman səhnə kəsilir.
Üçüncü tizerdə 2115-ci il sakit və rəngarəng bir gələcək göstərilib.
Film harada saxlanılır?
“100 il” filmi qeyri-adi formatda Kann kinofestivalında təqdim edilib. Qonaqlara yalnız bir əsrdən sonra avtomatik olaraq açılacaq vaxt kapsulu şəklində xüsusi hazırlanmış seyf göstərilib. İndi seyf Fransada, XIII Lüdovik zirzəmisində gülləkeçirməz şüşə arxasında, konyak butulkalarının arasında saxlanılır. Film plyonkada saxlandığına görə onu təyin olunmuş vaxtda göstərmək üçün isə xüsusi proyektor tələb olunacaq.
Premyera 18 noyabr 2115-ci il
Filmin premyerası, rejissor Robert Rodrigez və aktyor Con Malkoviçin planına görə, 2115-ci ilin 18 noyabrında baş tutmalıdır. Bu əlamətdar hadisənin illər keçdikcə unudulmaması və gələcək tamaşaçıların diqqətindən yayınmaması üçün müxtəlif şəxslərə şirkət adından 1000 ədəd xüsusi hazırlanmış metal dəvətnamə göndərilib. Malkoviç və Rodrigezin özləri də daxil olmaqla, dünyanın hər yerindən gələn min qonaq premyera üçün aldıqları biletləri özlərindən sonrakı nəsillərinə də ötürə bilərlər.