Homoseksualların müəmmalı taleyi

Homoseksualların müəmmalı taleyi
4 iyul 2017
# 11:03

Hündürboy, şaqqalı qadındır. İlk baxışda kimisə xatırladırdı. Tezliklə anladım ki, zərif cinsin nümayəndəsi deyil. Davranışları həddən artıq sərbəst idi.

Yəni yanındakı qadının budlarına, əndamına toxunacaq qədər. Ziyafət masasının arxasında əyləşmişdilər. Qeyri-adi qadının açıq-aşkar meyl etdiyi xanım heç nə anlamır, qeyri-ixtiyari yana çəkilir, özü üçün rahat atmosfer yaratmağa çalışırdı. Qəribə qadının isə ondan əl çəkmək niyyəti yoxdu. “Qurbanına” doğru bütün varlığıyla can atırdı.

Müsafir xanım sonra bu qeyri-adi hadisəni danışaraq heyrətlənirdi: “Onun yerində kişi olsaydı, başa düşərdim, bu axı qadın idi”.

Qadın danışdıqca gözümün önünə müşahidə etdiyim şəxslər gəlirdi. Görkəmləri, səs tonları, davranışları ilə qeyri-adi təsir bağışlayan qadınlar. Əslində “qadın” deməyə dilin gəlmir. Ümumiyyətlə, bir insan, bir qadın kimi missiyasını anlaya bilmirsən.

Bu şəxslər indi Avropada çox populyardır. “Tatu” musiqi duetini xatırlayırsız? “Tatu” və onun kimi duetlər məhz seksual oriyentasiyalarına görə, ya da sadəcə onları imitasiya etdikləri üçün uğur qazanmışdılar. Təkcə “Tatu”mu? Kimi aşkar, kimi gizli fəaliyyət göstərir. Amma anlayan anlayır. Onlar “ikicinslilər”dir. Bu şəxslərə transseksuallar, homoseksuallar, lesbiyanlar da deyilir. Son zamanlar bu tip insanlara ümumi verilən ad “ikicinslilik”dir.

Gün-gündən ikicinslilərin dairəsi genişlənir və daha çox söz demək haqqı qazanırlar. Hətta məşhur musiqi yarışmasının münsiflər heyəti əsasən ikicinslilərdən ibarətdir və deyilənə görə, yarışmanı qazanmaq istəyən iştirakçı mütləq qeyri-adi oriyentasiyası ilə seçilməlidir.

Müşahidə etdiyim qədər deyə bilərəm ki, son dövr Hollivud filmlərində mütləq ikicinsli obrazı olur və çox güman ki, tamaşaçı diqqətini filmə cəlb etmək üçün ssenariyə daxil edilir.

Avropada homoseksuallar, lesbiyanlar öz həmcinsləri ilə ailə qurur və hətta övladlığa uşaq götürüb tərbiyə etmək istəyirlər. Bu insan həyatı üçün təhlükə deyilmi? Bu gün bu bəlkə də bizə ağlasığmaz görünür, amma sabah adi hala da çevrilə bilər.

Hollandiya belə nikahların keçirildiyi ən məşhur ölkələrdəndir. Bir vaxtlar zanbaqları və futbolu ilə tanınan bu gözəl ölkə indi ikicinslilərlə məşhurdur.

Psixoloqlar deyir ki, bu hal ərgənlik dövründə baş qaldırır. Hətta kişilər evlənib arvad-uşaq sahibi olduqdan sonra belə halların ortaya çıxması mümkündür. İkicinslilik daha çox kişilərdə müşahidə olunur.

Bəs biz nə etməliyik? İkicinslilər toplumun hansı hissəsində yer almalıdır və bizim baxışlarımız necə olmalıdır?

Ümumiyyətlə, bu şəxslərdən səmimi olmağı və hər şeyi etiraf etmələrini tələb etməliyikmi? Yoxsa adəti üzrə özümüzü bilməməzliyə qoyub məsələnin mahiyyətində olanları ört-basdır etməliyik?

Cəmiyyətdə baş verənləri müşahidə edən biri kimi deyə bilərəm ki, əsas olan insanın özünü ifadə etməsidir; son nəhayətdə hətta mühafizəkar toplum da onları qəbul etməlidir.

Ancaq mühafizəkar toplum bu hallarda ehtiyatı əldən vermir.

Səmimiyyət gözləmək faydasızdır.

Türkiyə televiziyalarının birində bir qadın müsahibə verirdi. Bu qadın ikicinsliliyi ilə məşhurdur. Təkəbbürlü olması ikicinsli varlığından daha çox diqqəti çəkir. Yazıçıdır. Əsərlərində ikicinslilərə sətiraltı rəğbəti duyulur. “Onlar topluma qarşı, kinayəli baxışlardan qorunmaq üçün mübarizə aparırlar”, - deyir və bu mübarizədə qəhrəmanımız onların arxasındadır. Bir dəfə ərdə olub. Hətta uşaq da dünyaya gətirib. Məlum səbəblərdən ərindən ayrılıb və normal kişilərə qarşı açıq-aşkar ədavət aparır. “Onlar bir qadının hisslərini anlaya bilmir”, - deyir.

Maraqlıdır ki, toplum ikicinsli qadına qarşı maraq hiss edir və tez-tez proqramlara dəvət edir. Hətta cəmiyyətin mühafizəkar hissəsi də bu verilişləri maraqla seyr edir. Verilişlərin birində bu qadın haqqında işlənən “ədəbli” kəlməsi nəzərimdən yayınmadı. Yəqin ki, cəmiyyət bəzi anlayışları yenidən gözdən keçirməli və bir çoxuna yeni ad qoymalıdır. Çünki “nə yaxşıdır, nə pisdir” anlayışları artıq mücərrəd forma almağa başlayıb.

Başqa bir qeyd. Məşhur müğənni Elton Con öz həmcinsi ilə nikaha girdikdən sonra karyerasında heç bir dəyişiklik olmadı və dinləyicilər onu sevməkdə davam etdilər.

# 1980 dəfə oxunub

Müəllifin son yazıları

# # #