Hadrutdan Bakıya gətirilən 85 yaşlı erməni qadın Jenyanın qısa müsahibəsini dinlədim.
Deyir, ermənilər məni zirzəmidə qazsız, çörəksiz, susuz qoyub qaçdılar. Onlar məni qoruya bilmədilər.
Fikir verdim, qətiyyən qorxunun təsirindən deyilən sözlər deyildi. Qadın çox rahatdır. Eyni zamanda, öz xalqından incik, küskün...
80-ci illərin sonunda Hadruta köçəndən bir müddət sonra Qarabağ müharibəsi başlayıb. Beləliklə, səfil həyatının təməli qoyulub. 27 ildir Azərbaycan torpaqlarında bizim dağıdılan, talan edilən evlərimizin xarabazarlığında, uçuq-sökük şəraitsiz evlərdə yaşamağa məcbur edilən yüzlərlə ermənidən biridir.
85 yaşlı qoca hər cümləsinin sonunda azərbaycanlılarla yaşadığı illərin xiffətini çəkir. Sonra da üzünü erməni xalqına tutub nə qədər gec deyil sülhə gəlin deyir: “Kömək edin, azərbaycanlılarla birlikdə yaşayaq. Bu, həyat deyil, bu, yaşayış deyil”.
Qoca Jenya erməni xislətini ortaya qoyur, əslində. Yaşlı, çarəsiz bir qadını ölümə tərk edəcək qədər mənəviyyat yoxsulu insanlarla qonşuyuq. Amma yadıma gəlir, 1992-93-cü ildə azərbaycanlılar dayanmadan atəş açılan rayonlardan birinci yaşlıları, qadınları və uşaqları evakuasiya etmişdi. Çünki bizim Xocalı faciəsi kimi göz dağımız var idi.
Ermənilərsə çətinə düşəndə anasını, atasını, qadınını qoyub qaçır. Onlar Azərbaycan əsgərinin yaşlıya, qadına, uşağa güllə atmayacağından əmindir.
Onların dünyaya bar-bar bağırdığı “erməni soyqırımı” iddiaları fiaskoya uğrayır. Bu gün Hadrutdan Bakıya gətirilən o erməni qoca əsir sayılmır. Əslində, Azərbaycan ordusu o qocanı Ermənistan hakimiyyətinin əsirliyindən xilas edib.
Artıq neçənci ermənidir ki, Ermənistan hökumətinin onlara etdiyi zülmü etiraf edir. Bir neçə gün əvvəl erməni zabit göz yaşları içində çəkib paylaşdığı videoda Ermənistan hökumətinin onları aldatdığını, ölümə göndərdiyini etiraf edirdi.
Döyüşməmək üçün ordudan yayınan erməni gənclərini zorla döyüb avtobuslara doldurub Qarabağa göndərən erməni hökuməti öz çirkin, məkrli maraqları naminə hətta öz xalqını da güdaza verir. Bunu biz demirik, Ermənistandan yayılan o görüntülər və Azərbaycan ordusu tərəfindən mərmilər altından xilas edilən ermənilər özü söyləyir.
Daxilən xəstə, öz ayaqlarının üstündə dura bilməyən, daima oğurluğa meylli ermənilər haqqında hətta onların öz ziyalıları da ürəkaçan fikirlər söyləmir. Tanınmış erməni şair Ovanes Tumanyan 1977-ci ildə İrəvanda nəşr olunan kitabında erməni xalqının mahiyyətini çox dəqiq ortaya qoyub: “Həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik”.
Bakıda xəstəxanada müalicə alan Jenyanın Ermənistana, o səfalətin içinə qayıtmaq istəyəcəyini zənn etmirəm.
Bu gün öz anasına sahib çıxmayan erməninin özgə torpağı uğrunda müharibə aparması, ölməsi qədər absurd heç nə yoxdur.