“Müqayisəli tərcümə” layihəsində bu dəfə rus şairəsi Marina Svetayevanın “Мне нравится, что вы больны не мной” adlı şeirinin tərcümələrini təqdim edirik. Bu şeiri Xalq Yazıçısı Anar, şair Çingiz Əlioğlu və gənc yazar Rəbiqə Nazimqızı tərcümə edib. Anar müəllimin tərcüməsini sərbəst tərcümə hesab etmək olar, Çingiz Əlioğlunun öz üslubunu bu şeirdə də hiss edirik, Rəbiqənin tərcüməsi isə mümkün qədər orijinala yaxındır. Sətirbəsətir nəzər salanda isə hər üç tərcüməyə yaradıcı yanaşıldığını görürük. Dəyərli oxuculara müqayisə imkanı yaratmaq üçün tərcümələrdən sonra orijinal mətni də dərc edirik.
F.Hüseyn
Anarın tərcüməsi
Yaxşı ki, dərdimdən dəli deyilsiniz siz,
Yaxşı ki, dərdinizdən dəli deyiləm mən də.
Ayaqlarımız altda torpaq heç vaxt qaçmayır.
Qürub çağı qəflətən hardasa görüşəndə.
Sizinlə oluram ərköyün, şıltaq
Sözlə oynamaqdan qorxmuram heç vaxt
Əlim əlinizə toxunan zaman
Titrəyib əsmirəm heç həyəcandan
Özünüz bilmədən məni sevirsiz
Yoxsa belə rahat yata bilərdim?
Aylı gecələrdə gəzmədiyimiz
Anlar, saatlarçün sizə təşəkkür.
Günəşin altında birgə deyilik,
Buna da təşəkkür, buna da şükür.
Bir daha sağ olun, neyləyək, nə qəm
Əfsus ki, mənimçün dəli deyilsiz.
Əfsus ki, sizinçün dəli deyiləm.
Çingiz Əlioğlunun tərcüməsi
Nə yaxşı, sən mənim xəstəm deyilsən,
Nə yaxşı ölmədim, mən də dərdindən
Yaxşı ki, bu zindan yer kürəsi də
Üzülməz heç zaman öz məhvərindən.
Bilsən arsız olmaq necə yaxşıdır,
Əladır sözünə baş qoşmasınlar,
Əli bir-birinə dəyən cavanlar
Nə xoşdur qızarıb heç çaşmasınlar.
Bilsən, qənşərimdə başqa birini
Sakitcə qucmağın, eh necə xoşdur!
Məndə görmədiyin nəvaziş üstə
Cəhənnəm hədəsi hədərdir, boşdur.
Dilin də dönməyir, adımçün bir bax,
Gecə istəmirsən, sübh çəkmir təbin
Kilsə sükutu da yaxşı ki, heç vaxt
Pozulmaz bizimçün, kəsilməz kəbin.
Təşəkkür edirəm sizə ürəkdən, –
Özünüz bilmədən məni bu qədər,
Həssas bir eşq ilə sevdiyinizçün,
Sakit gecələrim itməyib hədər.
O qürub çağları tək-tük görüşçün,
Aylı axşamlarda gəzmədik deyə.
O günəş üçün ki, qalxmadı göyə, –
Nə yaxşı – heyf ki, xəstəm deyilsiz,
Nə yaxşı – səd-əfsus ölmədim sizsiz.
Rəbiqənin tərcüməsi
Хоşdu ki, siz mənə vurulmаdınız,
Хоşdu ki, mən sizə vurulmаmışаm.
Nəhəng yеr kürəsi аyаqlаrımız
Аltındаn qаçmаdı, mən bunа şаdаm.
Хоşdu ki, məzəli, sərbəst оlmаq vаr,
Sözlərlə əylənib оyun qurmаmаq.
Yüngülcə tохunsа pаltаrdаn qоllаr,
Mеhindən bоğulub, hеç qızаrmаmаq.
Хоşdur ki, yаnımdа bir özgəsini
Rаhаtcа охşаyıb, qucursuz hər gün.
Cəhənnəm оdunа düşəcəyimi
Sаnmırsız mən sizi öpmədiyimçün.
Əzizim, bu əziz аdım dilində
Аnılır nə gеcə, nə gündüz - hеç vахt.
Хоşdu ki, kilsənin sаkitliyində
Bizə «аlliluyyа» охunmаyаcаq.
Minnətdаrаm sizə səmimi qəlbdən
Bilmədən sеvdiniz məni bu qədər:
Gеcə dincliyimçün minnətdаrаm mən,
Qürub çаğlаrındа nаdir görüşlər,
Mеhtаbdа gəzməyə çıхmаmаğımız,
Bir də ki, bаşımız üstündə оlmаyаn
Günçün - əfsus - mənə vurulmаdınız,
Əfsus ki, mən sizə vurulmаmışаm.
Orjinal mətn
Мне нравится, что вы больны не мной,
Мне нравится, что я больна не Вами,
Что никогда тяжелый шар земной
Не уплывет под нашими ногами.
Мне нравится, что можно быть смешной,
Распущенной - и не играть словами,
И не краснеть удушливой волной,
Слегка соприкоснувшись рукавами.
Мне нравится еще, что Вы при мне
Спокойно обнимаете другую,
Не прочите мне в адовом огне
Гореть за то, что я не Вас целую.
Что имя нежное мое, мой нежный, не
Упоминаете ни днем, ни ночью - всуе...
Что никогда в церковной тишине
Не пропоют над нами: аллилуйя!
Спасибо Вам и сердцем и рукой
За то, что Вы меня, не зная сами!
Так любите: за мой ночной покой,
За редкость встреч закатными часами.
За наши не-гулянья под луной,
За солнце, не у нас над головами,
За то, что Вы больны - увы! - не мной,
За то, что я больна - увы! - не Вами!