İstehkam, yoxsa yel dəyirmanı
28 iyun 2011
14:59
Əvvəllər evdən işə, işdən evə (Köhnə Günəşlidən şəhər mərkəzinə və əksinə) gedərkən bir marşrutdan istifadə edirdim. Həm rahat marşrut idi, həm də pulum az çıxırdı. Sonra, görünür, mənim can rahatlığım yuxarılarda kiminsə xoşuna gəlmədi və götürüb bu marşrutu ləğv elədilər. İndi metrostansiyaya qədər avtobusla, ondan sonrasını metroyla getməli oluram.
Sözüm onda deyil, onsuz da nəqliyyatın problemləri mən deməklə çözülməyəcək.
O gün adəti üzrə “Əhmədli” metrosu yanında avtobusdan düşdüm və metroya enməmişdən qabaq siqaret almaq üçün yolun o tərəfinə keçmək istədim. Yolu yenicə yarılamışdım ki, arxadan fit səsləri, ayaq tappıltısı, çığır-bığr eşitdim. Tüklərim ürpərdi, dedim, yəqin “trafik canavarı” yenə kimisə o dünyaya vasil elədi. Çevrilib arxaya baxanda gördüm ki, şapkasını əlinə almış bir polis mən tərəfə şığıyır. Belə ki, cinayət məcəlləsilə heç bir problemim olmadığını billə-bilə, instinktiv olaraq, dabanıma tüpürməyim gəldi. Polis mənə yetişincə üstümə şeşələndi və:
– Vətəndaş, yolu burdan keçmək olmaz, qayıdın geri! - deyə qolumdan tutub geriyə yönləndirdi. – Zəhmət olmasa, yeraltı keçiddən istifadə edin…
Birdən-birə həm utandım, həm də riqqətə gəldim, ürəyim vəcdlə döyündü. Öz-özümə dedim ki, mənim polisimdəki nəzakətə bax, nəhayət, yollardan qaraçı taborunun havası çəkiləcək, deyəsən, ölkədə gedən dəyişikliklərlə ayaqlaşa bilmirəm və s. Lakin bu zaman gözüm 15-20 metr aralıda sürüylə yolu o tərəfə keçən adamlara sataşdı. Gəl, onlara gözün üstə qaşın var deyən yox idi.
– Rəis, - başını sallayıb yolu keçənləri göstərdim, - bəs onlar da yolu müəyyən olunmamış yerdən keçirlər axı.
“Rəis” qayıdıb nə desə yaxşıdır:
– Onların keçdiyi yerdə radar yoxdur!
“Dəyişiklik”lə bağlı nahaq yerə ümidlənmişəm, sən demə. Bu konkret polis nəfəri radara hər şeydən çox hörmət bəsləyirmiş.
Beləcə, dəyişilmə mövzusu beynimdə aktuallaşdı. Yenə də sağ olsun həmin polis.
Efesli Heraklitin dillər əzbəri olan bir sözü var: Bir çaya iki dəfə girmək olmaz, hər şey axır, hər şey dəyişir. Metaforik dillə söyləniləmiş olsa da, dünyanın mayası məhz belə tutulub, dəyişilməyən nəsnələr dəyişənlərə nəzərən həmişə uduşsuz mövqedədəir. Daş və ağac, axar çay və qurbağalar quruldayan gölməçə nisbətində olduğu kimi. Hər şey dəyişir və sən dəyişmirsənsə, bu təxminən lənətlənməyə bərabərdir.
Vaxtilə Rusiyada bir dəlixananın divarından asılmış böyük bir şüar görmüşdüm: “Lenin həmişə bizimlədir!” Buradakı “həmişə” sözü həmin dəlixanada saxlanılanların statik xəstə durumunu çox gözəl illüstrasiya edirdi. Bu yaxınlarda mənim tərcüməmdə məşhur Amerika yazıçısı Stiven Kinqin romanları və hekayələri nəşr olundu. Tərcümə zamanı onun bir deyiminə rastaşmışdım, yazır ki: dəyişiklik küləyini hiss edən adam bu küləkdən qorunmaq üçün istehkam yox, yel dəyirmanı tikməlidir. Amerikalılar bu cür adam olublar.
Ola bilsin, bizdə də dəyişikliklərin olmasını istəyənlər çoxdur. Amma bizim yapımız elədir ki, biz, dəyişiliklər baş verərkən başımıza bir iş gəlməsindən qorxuruq. Ona görə də oturub, başqalarının bizim üçün cığır tapdayacağını gözləyirik.
İlbəil ekranlardan gözümüzü yağır eləmiş “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, nə bilim “Qanlı aşırım”, “Qaynana” filmlərinin nümayişi kinematoqrafımızdakı durğunluğu sərgiləyir.
Teatr səhnələri sadəcə, məzhəkə meydanlarına çevrilib.
Muğamat və aşıq musiqisi bizim hər şeyimizdir artıq (burada “Puşkin bizim hər şeyimizdir” rus deyimini reminissensiya etdim).
Xalqlar musiqi bəstələyir, film çəkir, səsli-küylu mədəniyyət hadisələri yaradırlar. Biz isə köhnədən qalanlarla yetinirik. Çünki yel dəyirmanımız yoxdur, dünya qloballaşdıqca biz daha çox yapırdırıq qulağımızı. Televiziya bəlkə də yel dəyirmanı rolunu oynaya, bizi dünyaya qovuşdurmaq missiyasını üstlənə bilərdi, amma o da nə gündədir, özünüz görürsünüz.
Cəlil Məmmədquluzadənin və Sabirin sənələr öncə yazdıqları bu gün də keçərlidirsə, biz heçmi dəyişilmədik yəni?
Baxın, qədim yunanlar dəyişilmənin funksional əhəmiyyətini və təbiətini bizdən daha yaxşı anlayırdılar. Bu barədə mübahisələr aparırdılar. Bu mübahisələrdən biri mifoloji qəhrəman Teseyin Kritdən Afinaya qayıtdığı gəmi ilə bağlıdır. Həmin gəmiylə hər il Delosa gedib qayıdırmışlar və hər dəfə onun köhnəlmiş taxtalarını yeniləri ilə əvəzləyirmişlər. Nəhayət, bir gün filosofların arasında “bu həmin gəmidir, yoxsa yox?” - deyə mübahisə düşür. Emosional nöqteyi-nəzərdən bu, əlbəttə, həmin gəmi idi, amma faktiki olaraq dəyişilmişdi və bu baxımdan həmin gəmi deyildi. Bu mübahisə həm də dəyişilmənin zərurətini ortaya qoyur: gəmi dəyişilməsəydi, çoxdan çürüyüb gedərdi və heç bir mübahisə-filan da doğurmazdı.
Amma dəyişilmədən dəyişilməyə də fərq var. “Oz ölkəsinin sehrbazı” kitabında odunçunun tilsimlənmiş baltası bir-bir onun əllərini və ayaqlarını kəsir. Odunçunun bədəninin kəsilmiş hissələrini dəmirçi dəmir hissələrlə əvəzləyir. Nəticədə odunçu Dəmir Odunçuya çevrilir.
Teseyin Gəmisi ilə Dəmir Odunçunun fərqi ondaydı ki, gəminin sıradan çıxmış, odunçunun isə sağlam hissələrini kəsib təzələyirdilər…

5279 dəfə oxunub