Adam kimi ət yemək
7 may 2011
14:22
Ötən ilin 15 sentyabr günü heç yadımdan çıxmaz. Səhər-səhər obaşdan məhəlləni doldurmuş uşaq səsləri, fərəhli qışqırtılar, əllərində gül-çiçək dəstələri tutmuş ata-anaların qonşuluğumuzdakı məktəbə doğru xaotik yürüşü, məktəbin həyətinə qoyulmuş dinamikdən səslənən şən musiqi sədaları... Həmin gün kiçik oğlum Turqut da ilk dəfə məktəbə gedirdi və mən, arvadım, bir də böyük oğlum onun svitası rolunu oynayırdıq.
Məktəbə aparan qısa yolun yarısında birdən-birə uşaqların içinə vəlvələ duşmədimi?.. Anasının ətəyindən bərk-bərk yapışıb dördgöz olan kim, hürküb kənarda dayanan, ağlamsınan kim… Belə baxanda, düz yolun üstündə improvizə edilmiş sallaqxanada bir hərəkətlilik gördüm. Üç bazburutlu qəssab böyük bir dananı yerə uzadıb boğazlamaqla məşğul idilər. Dananın boğazını yarıya kimi kəsib geriyə qanırmışdılar ki, qanı yaxşı axsın. Dana artıq boğazının kəsilmiş yerindən nəfəs alırdı və hər dəf ə qocaman bir xırıltıyla nəfəsini buraxanda qan üç-dörd addım kənara sıçrayırdı. Uşaqların vəhşət dolu baxışları bu sənətkarlara dikilmişdi…
Turqut da o sehrlənibmiş kimi bu mənzərəyə dalmışdı. İndiyəcən o, adətən, danaların kəsilib-şaqqalandığı bu səhər saatlarında şirin yuxuda olurdu. İlk məktəbə getdiyi gün birinci dərsini o, elə məktəbə çatmadan aldı. Bu yaşda uşaqlar hələ nağılsız ötüşmürlər, nağıllar isə adam kimi danışan və hərəkət eləyən heyvanlarsız olmur.
Turqutun sual dolu baxışları mənə dikilincə, «bismillah», «ya Allah» deyə ayin rəqsi oynayırmış kimi hərəkətlər eləyən qəssablara səsləndim:
- Bu heyvanı bir daldada kəssəniz olmazmı? Biz cəhənnəm, uşaqları qorxudursunuz axı!
Sənətkarlardan səs çıxmadı. Dedim, yəqin işə qapıldıqlarından eşitmədilər. Sualımı bir az da hündürdən təkrarladım. Bu zaman dananın başını geriyə qanıran qəssab başını belə qaldırmadın, astadan cavab verdi:
- Get, get, a kişi, çörəyimizə bais olma.
Üstündən az qala səkkiz ay keçib. Turqutu yenə də hər səhər məktəbə qoyub işə gedirəm. Yenə də hər gün eyni vaxta, həmin yerdə dana kəsirlər. Amma, fikir vermişəm, nə Turqut, nə də başqa uşaqlar artıq dananın kəsildiyi tərəfə baxmırlar belə.
Öyrəşiblər.
Onları biz öyrəşdirmişik buna.
Ötən payız Moskvada yaşayan qardaşım öz 12 yaşlı oğluyla bizə qonaq gəlmişdi. Qardaşım oğlunu şəhərə gəzməyə çıxarmağa peşiman oldum. Şəhər böyük bir sallaqxananı xatırladır. Bu bizim paytaxtımızdır. Şəhərimizin qonaqlarına nə üçün sallaqxanada yaşadığımızı izah etməkdə zorluq çəkir adam. Və düşünür ki, görəsən, bu şəhərin yiyəsi yoxdurmu?
Mən burda heyvan haqlarını qorumaq istəyən adam rolunda çıxış etmirəm. Onsuz da, dana üçün nə fərqi var, onu harada kəsəcəklər və kəsərkən «bismillah», «ya Allah» deyəcəklər, yoxsa yox? Amma adam heyvanı kəsərkən, əvvəl-əvvəl özünə hörmət qoymalıdır deyə düşünürəm. Özünə, yaşadığı şəhərə, üzü-gözü bu rəzilliyə öyrəşə bilməyən insanlara, nəhayət, qonaqlarımıza hörmət!
Bədii ədəbiyyatda da, nağıllarda olduğu kimi, heyvanlara insan cizgiləri verilir, əksər hallarda onlar alleqoriya rolunu oynayır və onlara münasibətdə insanların kimliyi bəllənir.
Nağılvari bir situasiyanı təsəvvürünüzə gətirin – «Cunqli kitabı»nın müəllifi Kiplinq, «Ag diş» və «Əcdadların çağırışı»nı yazmış London, «Mumu»nun xatirəsini əbədiləşdirmiş Turgenev, insan kimi danışan «Xolstomer»in taleyini qələmə almış Tolstoy və s. kimi yazıçılar yığışıb Bakıya gəlirlər. Binə aeroportunda hörmətli qonaqların ayağı altında heyvanlar kəsilir, qan su yerinə axır. Sonra onlar şəhərə gətirirlər. Şəhərdə də kəshakəs olduğunu görürlər.
Bundan sonra onlar nə yazardılar görəsən?

5448 dəfə oxunub