Ölənlərin səsləri həmişə mənimlədir... - Borxesin şeirləri

Ölənlərin səsləri həmişə mənimlədir... - Borxesin şeirləri
24 avqust 2019
# 16:41

Bu gün görkəmli yazıçı Luis Borxesin doğum günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

MÜXƏLLAFAT

Pilləkanı qoyub, qalxırsan yuxarı.

Bir pilləsi çatışmır pilləkanın.

Nə tapacaqdın ki, çardaqdan

Köhnə cır-cındırdan savayı?

Əməllicə kif qoxuyur buralar.

Kiçik pəncərədən yel vurur içəriyə.

Yastı dama toxunur başın.

Döşəmə cırıldayır.

Addım atmağa qorxursan irəliyə.

Qayçının уаrı tayı.

Atılmış alətlər.

Ölülərdən hansınınsa yırğalanan kreslosu.

Lampa altlığı.

Mitili çıxmış qotazlı Paraqvay qamakı.

Qoşqu ləvazimatı, kağız-kuğaz.

Aparsio Saravianın ştabının qravürü.

köhnə ütü, içərisində kömür.

İşləməyən saat, qırılmış kəfkiri yanında.

rəngi soluxmuş boş çərçivə.

Kartondan şahmat taxtası, şikəst edilmiş fıqurlar.

İki tutacağı olan manqal.

Dəri qalağı.

Foksun nəm çəkmiş «Əzabkeşlər kitabı»,

qəribə, qotik şriftlərlə yazılmış bir kitab.

Fotoşəkil - artıq kimin istəyirsən təsviri.

Bu sürtülüb-yeyilmiş dəri haçansa pələng olub.

İtirilmiş qapının açarı.

Nə tapacaqdın ki, çardaqdan

Köhnə cır-cındırdan savayı?

Mənim bu sözlərim - unudulmuşluğun abidəsi,

Bürüncdən bərk deyil,

Elə bununla da onlara bənzəyir.

LANÇO KİXANONUN YUXUSU

Yuxudan ayıldı, dabanbasaraq

ardınca təqibçi dəstəsi düşüb,

Üzünü əlləyir, kənar adam tək

Ölüdür, diridir, özü də bilmir.

Aylı bir gecədə kahinlər onu

Çöllükdə torpağa uzatmışdılar.

İns-cins yox. Şaxtadır. Yalnız ağrılar

Bütün vücudunu sarmış, qıvrılır.

Servantesin yuxusuna girir, ardınca

Kixano Don Kixotu görür yuxuda.

İki gündən sonra, budur, qalxır о

Üçüncü yuxudan ayılır həmən:

Kixano yuxuda gördüyü lüger

deşilib, içəri su axıdır, su.

Lepanto döyüşü, qırma, qurğuşun.

MƏN

Görükməz ürəyin titrəyişləri,

Öz уolu-riziylə dövr eləyəq qan,

Yuxu - bu anbaan dəyişən Protey,

Bu Laylar, lehimlər, liflər, damarlar,

Bunların hamısı mənəm, üstəlik,

Xunin davasından qalmış qılıncın,

Çöllü-biyabanın, səhralıqların

Faniyə, zülmətə qovuşub itən

qızıl günəşinin xatirəsiyəm.

Mən –

sahilə yan alan şxunaları,

Yelkənli gəmilər görən adamam

Mən-

sıralanmış kitab və qravürlərin

Qədimi, soluxmuş boyalarıyram,

Mən - çoxdan ölmüşlərə qibtənin özü.

Amma, doğrudan da, nə qəribədir,

Bir küncdə-qıraqda oturab yenə,

Yenə sətirləri yan-yana düzmək.

PANTER

Özündən xəbərsiz, ay qarasına

Nəsibinə düşmüş qısa yol ilə

Dəmir barmaqlığın о üzündəki

Xəzinəyə doğra gedir yenə də.

Neçələri gəlib, neçəsi gedib.

Amma ki, Zenonun yuxularında

Axillesin haçansa qoyduğu izi

Məhbəsdə yenidən çəkən Pantersə

Nə təkrarlanacaq, nə yox olacaq.

Nə təpə görəcək, nə çəmən, nə çöl,

Nə də öz titrəyən caynaqlarını

Dadlı, təzə ətə sancmayacaq və

Əbədi təşnəsi sönməyəcəkdir.

Dünyanın çox üzü, çox sifəti var,

Bunlardan heç biri, heç zaman ancaq

Özü öz yolundan dönməyəcəkdir.

O MƏNƏM

Mən bilənlərdənəm: olsa-olsa fanidir o,

Əlləşib-vuruşub, səy göstərərək

Şəffaf hüdudların о tərəfində

Özünü və ya bir başqasmı

(ikisi də birdir əslində)

Görmək istəyənlərə bənzər yaxşıca.

Mən bilənlərdənəm: çoxdan belədir

Hər şeyi unutmaq ağır işgəncə

Və ulu tanrının inayətidir

İnsan çılğınlığı və şövqü üçün.

Mən yollar keçmişəm saysız-hesabsız

Ancaq nə günlərin, nə saatların

Qayım, çoxsifətli, dünyanı saran,

Görünməz torunu yenə bilmədim.

Mən heç kim idim və kam almadım

Davada xəncərin çılğınlığından.

Mən əks-sədayam, kölgəyəm, bihuşluğam.

SİMON KARVAXAL

Atam doxsanıncı illərdə

fermada rastlaşmışdı onunla

Elə ayaqüstü söhbətləşmişdilər bir azca.

Atamın xatirində sonralar

yalnız əlləri qalmışdı onun:

Sol qolu caynaq yaralarıyla

örtülmüşdü...təsərrüfatda

hərənin öz işi var:

Biri - at təlimçisidir, digəri ilxıçı,

bir başqası örkənlə işləməyin mahir ustası

Karvaxal isə pələng ovçusuydu bu yerlərin

Bəzən arxaca dadanırdı pələng,

Və ya nərilti gəlirdisə zülmətdən

Karvaxal izinə düşərdi pələnglərin.

Özüylə dəhrə və bir-iki it götürərdi

Axır ki, yırtıcıyla qalın meşəlikdə qarşı-qarşıya gələrdi.

O, itləri qısqırdardı. İri, sarı һеyvan

Sol əlində ponço- tələ və qoruyucu tutmuş

İnsana hücum çəkərdi kolluqdan.

Heyvanın ağ qamı görünərdi qəfildən

və onun vəhşi gözlərinə

düz ürəyinə işləyən polad tiyənin

acısı çökərdi.

Sonu olmayan, qaçılmaz bir döyüşdü

Və ölümsüz pələngin aqibəti eyniydi həmişə

Karvaxalın nəsibinə acımağa dəyərmi

Bizim taleyimiz də ona bənzər.

Ancaq bizim bu əski yırtıcı

Sifətlərini və adlarını dəyişir

-Məhəbbət, təsadüf və ya bax, bu an…

PROTEYİN İKİNCİ VARİANTl

Yaranışdan yarımtanrı, yarımvəhşi

Qumlu sahil.. .iki ünsür arasında

Bütün olub-bitənlərin ümmanına

zillənmiş yaddaşdan da xəbərsiz.

Daha ağrılıydı əzabları:

Gələcəyin ta qədimdən şəkilləndiyini,

Troyayla Axeyin qapıları və talelərinin

çoxdan bağlandığını bilmək

işgəncədən betərdir insana.

Qəfildən yuxuda yaxalanaraq,

O, yanğına, tufana, panterə,

çılğın pələngə,

dərin qatlarda görünməyən suya çevrilir

elə sənin özün də -

itki və gözlənti mücəssəməsi.

Ancaq bir anlığa, nəyinsə ərəfəsində.

GÜZGÜYƏ

Nə inad eləyirsən,

lənətə gəlmiş oxşar?

Mübhəm qardaşım, nədən

Нәг jesti, hər baxışı yamsılarsan durmadan

Niyə zülmətdəsən bəs,

cəsussan, xəfiyyəsən?

Sən möhkəm şüşə kimi,

Yırğalanan su kimi

Çoxdan və əbədilik hər yerdəsən, hər yerdə -

Yunanların dediyi iblisə bənzəyirsən –

Məni tapsan, bəllidir,

Korluq da gəlməz kara.

Səndən dəhşətli nə var, yad qüvvə,

Yolumuzu tutmasan, öz iradən gücünə

Yörələrdə nə varsa, sayını çoxaldaraq.

Mən çıxıb gedəcəyəm, amma sən

Təkrarlayacaqsan yenə, yenə, yenə, yenə...

MƏNİM KİTABLARIM

Mənim (kimliyimdən xəbərsiz) kitablarım –

Mənə bənzəyir bütün üz cizgilərilə.

Solğun baxışları, xətbaşıları...

Dad çəkir əlimdən güzgülərdə

Onlara ehmalca toxunan zaman

Bəllidir, bir azca kədərlənirəm

Çünki o şeyləri ki, məni yaşadır

Mənim köçütdüyüm vərəqlər deyil,

Həmin bu,

Mənim varlığımdan tamam xəbərsiz

Saralmış vərəqlər yaşadacaqdır.

Bu daha yaxşıdır. Ölənlərin

Səsləri həmişə mənimlədir.

ŞƏRQ

Uzaq ellərdən gələn karvanın

Dəf edib zamanı və qumluqları

Özüylə Romaya götürdüyü bu

Üzərində su sırnağı,

Obrazlar, boyalar labirinti

Olan örtüyə çəkir əlini

Vergilinin əli ləngiyir bir an.

Əl işi onun “Georgilər”ində əbədiləşir.

Bu ipəyi görməmişəm, xatırlamıram.

Pretorun hökmüylə bir axşamçağı,

Çarmıxa çəkilmiş qara mıxlarla...

Ölür yəhudi.

Ancaq vaxt ötəcək, zaman keçəcək,

Saysız-hesabsız nəsillər, dinastiyalar

Nə yalvarışları, nə qan-qadanı,

Nə dağın üstündə

Çarmıxa çəkilmiş o üç kişini

Yaddan çıxarmayacaq, unutmayacaq.

Mən heksoqram kitabını, nə heksoqramların

Ayıqlıq və yuxu toxuyan talelər üçün

altmış dörd yolunu xatırlayıram.

Keşiş İoannın sübh arxasınca

üzüb-keçdiyi

qızıl qumlu, balıqlarla aşıb-daşan

çayları xatırlayıram.

Üç sətrə yerləşən haykunu

Səsi, əks-sədanı, fədakarlığı

Mis kuzəyə salınmış xəfif ruhları

Və zülmət gecədə verilən vədi.

Gör nə möcüzələr yatır yaddaşda!

Ulduz falçısı Xaldeyi,

qədim tor freqatlarını, Qoa sahilini.

Bütün qələbələrdən sonra

ölümü səsləyən Klayvı.

Lamanın yanında, sarı geyimdə

Onları ölümdən xilas edəcək

yol salan Kimi.

yüngül qoxusunu çayın və sandalın.

Kordova məscidlərini, müqəddəs Aksunu

Nard kimi qıvrılan qoca aslanı.

Şərqim mənim -bağım-bağçam mənim

Mən burda gizlənirəm

Sənin haqqındakı qarayaxa fıkirlərdən

Tərcümə: Etimad Başkeçid

# 5172 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #