Elə baxma şəkildən, bu saat ağlayacam - Şəhid Nurlana ürək dağlayan şeir yazıldı

Elə baxma şəkildən, bu saat ağlayacam - Şəhid Nurlana ürək dağlayan şeir yazıldı
10 dekabr 2020
# 01:11

Kulis.az Elşad Baratın Şəhid Nurlan Atakişiyevə həsr etdiyi şeiri təqdim edir.

Elə baxma şəkildən,
Dayanır zaman, şəhid.
Təbəssümü yandıran,
Baxışı donan şəhid.

Deyim sənə, biləsən,
Laçında dayanmışıq,
Müharibə bitibdi,
Qələbə qazanmışıq.

Qazanmışıq sən şəhid,
Olduğun o torpağı,
Dalğalanır Şuşada,
Azərbaycan bayrağı.

Elə baxma şəkildən,
Gülüşü itən şəhid,
Atası qazi şəhid,
Anası vətən şəhid.

Sən qələbə sevinci,
Həm də göz yaşı oldun,
Zəfər şəhidlərinin,
Kiçik qardaşı oldun.

Sənə söz verirəm mən:

Bu şəklini böyüdüb,
Həmişə saxlayacam,
Elə baxma şəkildən,
Bu saat ağlayacam...

# 6568 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #