Ukraynada məşhurlaşan gənc yazarımız: “Azərbaycandan yaza bilməzdim”

<b>Ukraynada məşhurlaşan gənc yazarımız: <span style="color:red;">“Azərbaycandan yaza bilməzdim” </b>
7 sentyabr 2017
# 09:00

Kulis.az Ukraynada tanınan gənc yazar Nail İsmayılovla müsahibəni təqdim edir.

- Zəhmət olmasa, əvvəlcə özünüzü təqdim edərdiz.

- 28 yaşım var. Ukraynada, Dneprdə anadan olmuşam. Ancaq universiteti Bakıda bitirmişəm, Azərbaycan Dövlət İqtisad Universitetini oxumuşam. Hərbi xidmətimi də burda çəkəndən sonra Ukraynaya qayıtmışam, orda bankda işləyirəm.

- Nə əcəb hərbi xidməti Ukraynada çəkmədiz?

- Məndə vətənpərvərlik hissi güclüdür. Axı mən azərbaycanlıyam, gərək bu torpaqlarda xidmət edim, Ukrayna torpaqlarında xidmət etmək nəyimə gərək. Hazırda Ukraynada yaşayıram, orda bankda işləyirəm. Ancaq bu yaxınlarda bankdan çıxmaq fikrindəyəm. Artıq ikinci romanımın üzərində işləyirəm, bununla yanaşı ilin sonuna şeir kitabım da çıxacaq. Özümü bütövlükdə yaradıcılığa həsr etmək istəyirəm.

- Nə vaxtdan yazmağa başlamısız?

- On iki yaşımdan yazıram. İlk şeirlərimi Ukrayna dilində yazmışam, sonralar rus dilində də yazmağa başladım. Hər iki dildən istifadə edirəm. Ancaq “Payız melodiyası” romanımı rus dilində yazdım. Çünki rus dilində oxuyanlar daha çoxdu. Heç bilməzdim ki, romanım az müddətdə bu qədər populyar olacaq.

- Ukraynada kitabınıza maraq böyükdür?

- Bəli. Mənim “Kontakt” sosial şəbəkəsində qrupum var. Həmin qrupda kitabın piarını qurmuşam. Başqa bir qrupum da var, orda romanımdan sitatlar paylaşılır.

- Bu işləri özünüz görürsüz, yoxsa sizə kömək edən olur?

- Oxucularım da çox kömək edirlər. Məsələn, kitabın üz qabığını Fransada yaşayan rəssam oxucum hazırlayıb.

- Əlimdəki bu kitabı nəzərdə tutursuz - “Payızın melodiyası”nı?

- Bəli. Bu kitab 2017-ci ildə çıxıb.

- Kitaba reaksiyalar necə oldu?

- Kitaba reaksiyalar çox müsbət oldu. “Payız melodiyası” çap olunandan iki gün sonra televiziyaya dəvət aldım, yerli televiziyanın səhər verilişində 25 dəqiqə qonaq oldum.

- Kitab satışda var?

- Bakıda yox, ancaq Ukraynada satışda var.

- Ancaq Ukrayndakı bir müsahibənizdə demisiz ki, kitabı oxuculara özüm çatdırıram.

- Kitab təzə çıxan vaxtı hələ mağazalarla müqavilə imzalamamışdıq. Bildiyiniz kimi, Ukrayna ilə Rusiya arasında münasibətlər yaxşı deyil, o zaman da Ukraynada rus dilində olan kitabların satışı qadağan idi. Ona görə biz internetdən istifadə edərək onları oxuculara çatdırırdıq. Artıq nəşr evləri də bizimlə müqavilə bağlayıblar. Növbəti kitablarımı çap etmək istəyirlər.

- Nəşriyyatlara özünüz müraciət edirsiz, yoxsa təklif onlardan gəlir?

- Yox. Özləri müraciət edirlər. Ancaq birinci kitabı öz hesabıma çap elədim.

- Neçə tirajla?

- Özüm çap elədiyim tirajın sayı min ədəd idi. Növbəti dəfə nəşriyyat kitabı on min tirajla çap elədi. İlk tirajı ona görə özüm vurdum ki, müəllif hüquqları da məndə qalsın. Bundan başqa kitabın elektron forması da hazırlanır, appstorlarda, pleymarketlərdə satılacaq. O saytlardan 50 faiz gəlir əldə edəcəm.

- Bəs kitabın satışından neçə faiz qazanc əldə edəcəksiz?

- Müqaviləyə əsasən satışdan gələn gəlirin 30 faizi mənim olacaq.

- Nail, Azərbaycan ədəbi mühitini izləyirsiz?

- Burda ədəbi mühit çox zəifdir. Kitaba maraq azdı, insanlarda kitaba marağı oyatmaq lazımdır.

- Ukraynada ədəbi mühitə qoşula bilmisiz?

- Əlbəttə. Məni orda yazıçı kimi tanıyırlar. Bir də görürsən ki, şəhərdə gəzdiyim yerdə mənə yaxınlaşırlar, şəkil çəkdiririk, televiziya verilişlərinə, universitetlərə dəvət edirlər. Bir ay əvvəl bir universitet dəvət etmişdi, orda sevgi haqqında mühazirə oxudum.

- Əsasən hansı yaş qrupları sizi oxuyur?

- 18-30 yaş arası adamlar məni daha çox oxuyur.

- Kitabına tənqidçilərin münasibəti necə oldu?

- Tənqid edənlər də oldu, tərifləyənlər də. Mən əsasən sevgi mövzunda yazıram.

- “Payız melodiyası” nədən bəhs edir?

- Sevgidən bəhs edir. Müharibədən qayıdan oğlan haqqındadır. Başqa qəhrəmanın adı Diyeqodur, İspaniyada yaşayır. İstədiyi qız İness isə Portuqaliyada yaşayır. Əsər onların tanışlığı, məhəbbət macərası üzərində qurulub.

- Özünüz azərbaycanlı, Ukraynada yaşayırsız, ancaq əsərin mövzusunu gedib İspaniyada tapmısız. Belə uzağa getmək niyə?

- Niyə İspaniyanı seçdim? Mən əsəri yazdığım dövrdə İspaniya və Portuqaliyada mitinqlər olurdu. Ukraynada və Azərbaycanda bu dövrdə sakitlik idi deyə ordan yaza bilməzdim. İndi Ukraynada aləm qarışıb.

- Növbəti kitab nədən bəhs edir?

- Növbəti kitabın adı “Evə qayıdış”dı. Qəhrəmanı hər ailədə üç həftə yaşaya bilir. O insan üç həftədən bir hansısa bir ailədə gözünü açır və beləliklə öz ailəsini axtarır. Ailəsi ilə bağlı bircə anasının laylası yadında qalıb.

- Yeni əsərdəki qəhrəmanının milləti nədir?

- O, üç həftədən bir başqa bir ailədə doğulduğu üçün milləti yoxdur. Ancaq mən ilk kitabımda ispanlardan yazsam da azərbaycanlı olduğumu unutmamışam. Qəhrəmanım Diyeqo sevgilisinə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından Fərhadın Şirinə sevgisindən danışır.

- Rus oxucuları sizi niyə oxuyur?

- İnsan ürəyinin hər tərəfli açılması yaddan çıxarılıb. İndiki yazıçılar daha çox sosial problemlərlə məşğuldurlar. Artıq cavanlar arasında sevgi münasibətləri yox səviyyəsindədir. Mənim əsərlərimdə isə ana mövzu sevgi xəttidir. Oğlan qızla necə davranmalıdır, qız nəyə fikir verməlidir, mən bu kimi şeylərdən yazıram.

- Əsərlərinizdə qəhrəmanların mental dünyagörüşü necədi? Tipik şərq kişisidirlər, yoxsa?

- Mənim qəhrəmanlarım sırf azərbaycanlı kimi düşünürlər, baxmayaraq ki, ispandırlar. Onların, qonağa, ailəyə, qadına münasibəti sırf azərbaycanlı münasibətidir. Ona görə də bu kitab ruslara, ukraynalılara daha maraqlı gəldi.

- Azərbaycanda çap olunmaq istəyirsiz?

- Açığı istəyim var. Kaş bir nəşriyyat ortaya çıxıb kitabımı tərcümə edib buraxmağı öhdəsinə götürərdi. Mən heç o kitabdan qazanc da güdməzdim. Azərbaycanda oxucu azdır, onun çapından nə qazanmaq olar ki. Ancaq rusdilli oxucular üçün nəsə etmək olar.

- Ümumiyyətlə son vaxtlar rusdilli oxucularda Şərq ekzotikasına böyük maraq yaranıb. Azərbaycanlı yazıçı Elçin Səfərlinin əsərləri keçən il Rusiyada ən çox satılan kitablardan oldu.

- O da romanistdi. ƏsasənTürkiyə mövzusunda yazır. Bundan başqa Elçin Səfərli daha çox hərəkətə, süjetə önəm verir. Mən isə hissləri yazmağa üstünlük verirəm.

- Kimləri oxuyursuz?

- Erix Mariya Remarkı, Haruki Murakamini, Bernar Verberi oxuyuram. Paulo Koelyonun ilk əsərlərini sevirəm, indikiləri pul xatirinə yazıb. Bizim yazıçılara diqqətlə fikir verirəm. Məsələn, Nizami Gəncəvidən çox xoşum gəlir.

- Elə bil çox uzağa getdiz. Təzələrdən deyin.

- Təzələrdən Mikayıl Müşfiqdə dayanmışam. Ondan sonrakıları tanımıram. Əlimə keçməyib. Bizim yazarların əsərlərində rusca nə tapa bilirəmsə oxuyuram.

- Gələcək planlarınız nədir?

- Bilirsiz, bizim zəmanədə yazıçı çoxdu. Ola bilər ki, kimsə pis yazmağına baxmayaraq dalında adamı var deyə daha çox tanınsın. Hər şey adamdan, puldan asılıdır. Mənim Ukraynada heç kimim yoxdu. Ordakı diasporları kitabımı apardım, heç bir nəticə olmadı. Mən nə uğur əldə eləmişəmsə öz hesabıma əldə etmişəm.

# 1992 dəfə oxunub

Oxşar xəbərlər

Agentliyin rəhbəri:  "Rusların ssenarisini dəyişdirdik" - Müsahibə

Agentliyin rəhbəri: "Rusların ssenarisini dəyişdirdik" - Müsahibə

09:00 23 sentyabr 2024
Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

17:00 20 sentyabr 2024
Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

15:25 20 sentyabr 2024
Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
# # #