Üzü qeybə yelkənlər açan – Zahid Sarıtorpaqdan ŞEİR

Üzü qeybə yelkənlər açan – <span style="color:red;">Zahid Sarıtorpaqdan ŞEİR
5 iyun 2016
# 10:00

5 iyun məşhur Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür. Kulis.Az Zahid Sarıtorpağın nakam şairimizə həsr etdiyi “Üzündə bir qiyamət işarəti olmasa da” şeirini təqdim edir.

Müşfiqi düşünürkən

üzündə bir qiyamət işarəti olmasa da

rəsminə rast gəlincə ixtiyarsız içini çəkir adam

səndən yazanda sözün iliyi tökülür vərəqlərə

sən daha şeirlik deyilsən görünür

üzü qeybə yelkənlər açan dualıqsan artıq

sən yaşda ölən

göyərçin sevdalı şairlərin

üzündə qiyamət işarəti olmasına kim inanar – heç kim

qopmadı o nə otuz yeddidə nə ondan sonra

amma o illərin dənizə atılmış qətl daşlarında

haqqa sarı əlçim-əlçim yosunlar bitir hələ də

zaman bir kraldı həmişə

əlində aslan başlı qızıl əsa

gah yasda görünür – qan qoxusundan güllərin saraldığı yerdə

gah toyda bulunur – ölü ruhlar oynaşan saraylarda

sonra da qarışdırır hər şeyi bir tiyanda

üstünə iblislər ögümüş iyrənc yalanların

içindən boy verir məsumlar bir-bir: alınlarında ölüm hökmü

hələ də çılın-çılpaq

“mən azadam, insanam çünki!” deyənlərin

dəngəsi düzəni pozulmuş başlarının içində

palçıqlı ayaqlarını sürükləyir bu köhnə fəlsəfə

keçdiyi yolların acısını soyudur elə bil bununla

hürr olmaq sarıdan çəkilən ahla ləçəklərini qurudur

ruhun uşaqlığında ölmüş dölün nakam gülləmələri

gəlinlik güzgüsünə qəfil düşən çat xofunu

başından çıxara bilməyən cahil bir qadın

inamında necə safsa

eləcə azadlığın ölçülərini gəzən adam

qanadı zər baftalı kəpənəklərə qədər

yönəldər öz nisbətlərini hər gün

üzündə bir qiyamət işarəti olmasa da

adicə xırman sərçələrini xırmana

çöl gürzələrini çölə nə bağladığını düşünəndə o

“Tanrı heç bir bəndəsinin sağ gözünü sol gözünə

möhtac eləməsin!” deyər ilk öncə

sonra azadlıq adına əyilər haqqa

fərq etməz artıq o

oraq-çəkic olsun ay-ulduz olsun

“mənim bu dəryada bir sandalım var...” demişdin

İndi oralara

qağayı balalarına qoşulub uçur salavatlarımız

amma narginlərdə nə daşlar çat verir yəqin

nə bir qum dənəsi əriyir dualarımızdan

sahil bağında quşları oxuyan görmədim heç

nədənini də bilmirəm bu günə kimi

bir qiyamət işarəti var oxularında bəlkə

ona görə qıfıllanıb səsləri çox güman

görünür sulara atılmış açarını

balıqlar udmuş bu sirrin

hələ də şairlər öləndə öldürüləndə

gerçəklərin iliyi tökülür qeybin boşluqlarına

özləri də bilmədən kabusa dönür fanidə sağ qalanlar

“niyə belə oldu?” deyə fikirləşirlər

başları altında gül yastıq

üzlərində bir qiyamət işarəti olmasa da

# 1646 dəfə oxunub

Oxşar xəbərlər

Ata qətlinin sirri - Fəxri Uğurlu

Ata qətlinin sirri - Fəxri Uğurlu

12:00 18 yanvar 2025
"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

14:40 17 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

17:00 16 yanvar 2025
Elnarə Akimova:  "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

12:00 15 yanvar 2025
Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

13:56 14 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər TURAN

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər TURAN

11:12 13 yanvar 2025
# # #