Mehriban Əliyeva Anara məktub ünvanlayıb – MƏTN

Mehriban Əliyeva Anara məktub ünvanlayıb – <span style="color:red;">MƏTN
15 mart 2018
# 13:41

Hörmətli Anar müəllim.

Sizi – Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan canlı klassikimizi və görkəmli yazıçını 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram.

Sizin ən müxtəlif ədəbi üslubda yazdığınız əsərlər və dramaturgiya sahəsindəki fəaliyyətiniz Azərbaycanda ədəbi fikrin formalaşması və mədəniyyətimizin inkişafı baxımından misilsiz əhəmiyyət daşıyır.

Əsərlərinizin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycan dilinin saflığının qorunması, sadə Azərbaycan dilində yazıb-yaratmağınız Sizin bu dilə olan sevginizin ifadəsidir. Məhz buna görə də yazdığınız əsərlər üslub və janrından asılı olmayaraq Azərbaycan oxucusunun sevimli əsərlərinə çevrilməklə yanaşı, ədəbi zövqün formalaşması baxımından mühüm rola malikdir.

Sizin səmərəli yaradıcılığınızın təsiri altında Azərbaycan ədəbiyyatında böyük bir ədəbi nəsil yetişmişdir. Bir-birindən maraqlı və təkrarsız əsərlərinizdə həm milli-mənəvi dəyərlərin təbliği, həm də müasirliyin tərənnümü böyük ustalıqla təsvir olunmuşdur.

Siz ədəbi fəaliyyətinizlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirsiniz. Bir ziyalı kimi nümayiş etdirdiyiniz müdriklik, vətənpərvərlik və prinsipial mövqe bu gün bir çoxları üçün nümunə rolunu oynayır.

Təsadüfi deyil ki, Siz dövlətimizin ən ali təltiflərinə layiq görülmüsünüz. Çoxsaylı təltifləriniz Sizin əməyinizin yüksək qiymətləndirilməsini göstərməklə yanaşı, fəaliyyətinizin nə qədər səmərəli və gərəkli olmasının göstəricisidir.

Hörmətli Anar müəllim, bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, doğmalarınızın və yaxınlarınızın əhatəsində sağlam və firavan həyat arzulayıram.

Hörmətlə,

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Bakı şəhəri, 14 mart 2018-ci il./azertag.az/

# 1772 dəfə oxunub

Oxşar xəbərlər

Bunu ilk dəfə Cəlil Cavanşir edib - Heç yaddaşı ağrıyan insan gördünüzmü?

Bunu ilk dəfə Cəlil Cavanşir edib - Heç yaddaşı ağrıyan insan gördünüzmü?

15:00 15 may 2025
"O sizi bu dəfə xilas etdi, ikinci dəfə bu olmayacaq" - Xalq yazıçısı Elçin 82 yaşında

"O sizi bu dəfə xilas etdi, ikinci dəfə bu olmayacaq" - Xalq yazıçısı Elçin 82 yaşında

12:00 13 may 2025
Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

11:19 7 may 2025
"Milli Kitab 10-luğu" - "Dəli Kür"

"Milli Kitab 10-luğu" - "Dəli Kür"

09:00 7 may 2025
"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

12:00 6 may 2025
Varlıq və heçlik arasında - Firuz Mustafa

Varlıq və heçlik arasında - Firuz Mustafa

10:00 3 may 2025
# # #