Siğә elətdirdi, çarşabın altından öz arvadı çıxdı

Siğә elətdirdi, çarşabın altından öz arvadı çıxdı
8 oktyabr 2013
# 11:24

Kulis.Az Bakı Uşaq Teatrının direktoru, aktyor İntiqam Soltanın "Siğə" hekayəsini təqdim edir.

Üç gününü siğә elәtdirdiyi arvadın yanında keçirib evә qayıdırdı. Amma yenә harasa tәlәsirdi. Elә bu tәlәskәnliklә evә daxil olan Ağa Cavadın ilk hiss elәdiyi neçә gündәn bәri ilk dәfә burnuna gәlәn xoş yemәk iyi oldu. "İtin qızı bacarır da..." deyә düşündü.

Ürәyindәn o yemәkdәn dadmaq keçdi. Amma vaxtı yoxuydu, çox tәlәsirdi. Bir dә ki, günün bu saatında evdә oturmağı ağlına belә gәtirmirdi. İndi dә elә oldu. "Günün bu saatında evdә oturan kişi sonra arvadın ipini yığammaz!"- deyә düşündü.

Ağa Cavad xanımının sәliqә-sahmanlı olduğunu görüncә soruşdu.

— Mәşәdi xanım, nә yaman bәzәnmisәn, hara belә?!

Üç gündәn sonra günün adәt olunmayan saatında әrinin qәfil görünüşü vә qәfil verdiyi sualından çaşqın hala düşәn Mәşәdi Sümbül bir an duruxub, tez dә özünü әlә aldı.

— Booy, qadan alım, ay Hacı, ödümü partlatmışdın. Nә әcәb gәldin?! Sәfәrin necә keçdi?! Gәl, gәl otur duzlu su hazırlayım. Ayaqlarını qoyum duzlu suya bir az ovuşdurum, qoy altında öldüklәrim dincini alsın.

— Aaz, sәn nә eşşәk adamsan, aaz, -deyә Hacı Cavad böyürdü.

— Mәnim vәxtimmi var?! İşim-gücüm tökülüb qalıb. Dincәlmәk vaxtıdı? Görәn, eşidәn nә deyәr?! Tez mәnә bir dәst alt paltarı, can köynәyi qoy, vәxtim şuluxdu. Dәvәlәri boşaldıb әxşәmә qeyidirәm.

— Çeşm!

— Bәs sәn hara belә bәzәnmisәn? 3 gün әqdәm (yәni әvvәl) mәn hacılarnan kömür boşaltmağa gedәndә, bu xarabanın (evi, ailәni nәzәrdә tutur) qış tәdarükünә başım qarışanda sәn getmәmişdin tümbәtün dәdәnin dağılmışına?!

— Ay hacı, qurban olum, bazara çıxeciyәm, şәkәrdәn, çaydan almağa. Day niyә acığın tutur?! Qurban olum sәnin qәdәmlәrinә, indi ki, gәlmisәn, xub, özün әlbәәlcәnә (yәni tezbazar) get al, gәl.

Hacı Cavad bir az da qızışdı:

— Aaz, sәni mәnә ürcah eliyәni görüm il-on iki ay dәdәsi kömür hәsrәtiynәn alışıb yansın (bu yerdә Hacı Cavad heç dә qışda evdә yandırılan kömürü nәzәrdә tutmur. O eşidib ki, bir qadınla bir dәfә "zina" elәmәk (zina burda sadәcә seks mәnasında) bir urus (yәni rus) dәmir yoluynan gәlәn qatarın bir vәqonunun (vaqon) kömürün (daş kömür nәzәrdә tutulur) boşaltmağa bәrabәrdi. Odur ki, Hacı Cavad "atan başqa qadın üzü görmәsin" mәnasında işlәdir bu fikri.)

— Qurban olum ay hacı, day niyә cinnәnirsәn. Elә ha kömür dalınca gedirsәn nә üstünün qarasını görürük, nә әlinin parasını...

Hacı Cavad yumruğunu düyüb arvada trәf cumur.

— Qançıq, qancığın doğduğu, sәn mәnimlә dilbәdil olacaqsan?!

Arvad qәfil hәşir qoparıb әrinin bilәyindәn tutur.

— Ay hacı, qurbanın olum, vurma, çox peşmanam. Pox yemişәm atabaatamınan. Vurma, bazara çıxacam gözümün altı qaralmasın... Bu dәqiqә pal-paltarlarını gәtirirәm.

— Nәhlәt (lәnәt demәk istәyir) sәnә kor şeytan, ha...

Mәşәdi Sümbül qurtulub yataq otağına qaçır. Cavad arxasınca, heç nә olmayıbmış kimi:

— Aaz, Sümbül, ordan sabun da qoy, işdәn sonra әl qolumun qarasını, yarasını yumağa.

O biri otaqdan sәs gәlir: "Baş üstә! Qurban olaram sәnә!" Mәşәdi Sümbül әlindә düyünçә gәlә-gәlә yaltaqlanır;

— Hacı, qurbanın olum, könlümә yaman bozbaş düşüb, 100 tümәn ver bir az әt alım.

— Ә köpәk oğlunun qancığı, mәnim pulum olsaydı daha özümü oda-közә niyә vururdum. Qılçalarımı qatlayıb oturardım xarabamda da... - deyib düyünçәni arvadının әlindәn qapır...

Hacı düyünçәni qoltuğuna vurub tәlәsik bığ altı qımışa-qımışa evdәn çıxır. Arxadan Mәşәdi Sümbülün sәsi gәlir.

— Hacı, qurbanam, әllәrin ağrımasın, dәrdin mәnә, bu axşam inşallah ki, öz evimizә gәlәssәn?!

Hacı:

— İnşallah ki, gәlәcәm. Başımda da, on-on iki hacı-mәşәdi olacaq. Xörәk әtsiz olmasın.

— Çeşm, çeşm, qurbanam.

Mәşәdi Sümbül evin qapısından bir az aşağı olan hündür boyu ilә әri Hacı Cavadın dalınca xeyli boylanıb qaldı. Bu evә gәlin gәldiyi gündәn onun günü bu idi. Kişi gah kömür alış-verişinә girişir. Gah da kafirlәr bazarında evin beş qәpik qazancının üstündә ermәni, urus arvadlarıynan nә tәhәr tutaşırsa saçları da ilişib qalırdı yazıq Hacının yaxa bacasında. Ortalıqda da beş quruş sahibi olmurdu. (hәr halda özü belә deyirdi. Saçına, saqqalına yaraşarmı ki, yalan da danışsın)

"İtin qızı it, necә mәni yubandırdı..."— deyә Hacı Cavad öz-özünә donquldandı. -"Bu saatda mәn hamamdan çıxmış olmalı idim. İndi hamamda nә qәdәr ki, düz әmәlli kisәçi var hamısını mәşğul eliyiblәr. Yәqin indi yazıq Hacı Cümşüd dә bütün işini, gücünü atıb mәni gözlәyir."

Hacı Cavadın ağlına Hacı Cümşüdün adı gәlәn kimi sifәti dәyişir.

"Hacı Cümşüd mәnә yaxcı bir "şey" (burda gözәl qadın mәnasında) vәd eliyibdi. Onsuz da bu üç günkü tümәnlәrim izafi yerә getdi. Eyb elәmәz, Hacı Cümşüd bu gün әvәzin cıxar inşaallah..."

Elә bu cür "tәdbirli" fikirlәrlә özü-özünә mәslәhәt, tәskinlik verәn Hacı Cavad hamama da yetişdi, hamamlanıb çıxdı da... Hamamdan sonra isә Hacı Cavad planlaşdırdığı kimi birbaş yollandı Hacı Cümşüdün yanına. Evә gәldiyi vaxtdan iki saatdan artıq vaxt keçmişdi. Hacı Cavad Hacı Cümşüdün ehtiyacı olanları qәbul eliyib dәrdlәrinә әlac elәdiyi yerә yaxınlaşdıqca ürәyinin döyüntüsünü öz qulaqları ilә eşidirdi. "Özü dә deyillәr, yalandı. Necә yalandı ki, ürәyim az qalır ağzımdan çıxsın. Hәlә heç nә yoxdu, elә bil yarım vәqon kömür boşaltmışam... Az qalıram haldan, dildәn düşüm" deyә fikirlәşdi. Әlqәrәz, bu minvalnan gәlib çatdı "mәnzil başına..."

Haçı Cümşüdün qapısının ağzında iynә atsan yerә düşmәzdi. Cavadın gözlәri kәllәsinә çıxdı.

— Vay dәdәm vay... Belә getsә elә kömürümü burdaca boşaldıb qutaracam, deyәsәn. Atana lәnәt, Mәşәdi Sümbül. Min lәnәt atana... A kişilәr, bir bunlardan soruşan yoxdu ki, işiniz gücünüz yoxdumu, gәlib yığışmısınız bu xarabanın qabağına...

Әslindә narahat olmağa sәbәb yox idi. Hacı Cümşüd hiylәgәrliyi qәdәr dә tәdbirli adam idi. Mәsciddә olmayan şәraiti tәzә tikdirdiyi "ofisindә" yaratmışdı. Kömәkçilәri, "tәlәsik işlәr" üçün çoxlu balaca otaqları vardı. Odu ki, camaatı, yәni müştәrilәri tez-tez yola salırdı. Dәrs dediyi mәdrәsәdәn müştәrilәri intizarda saxlamamaq üçün kömәk mәqsәdi ilә götürdüyü tәlәbәlәri dә bu işdә xeyli yardımçı olurdular. Hansı ki, hәm dә praktika keçirdilәr... Hәtta bütün qaydalara әmәl edәrәk "әl verәni әtәk bilmәsin deyә tәzә tikdirdiyi "ofisә" dörd yerdәn qapı da qoydurmuşdu. Qapılardan biri burda çalışanlar üçün, digәr ikisi müştәrilәr üçün. O ikisinin dә biri xanım müştәrilәrә, digәri dә ağa müştәrilәrә xidmәt edirdi.

Qaldı dördüncü qapıya, o da tәbii ki, ağayi Cümşüdün özünә xidmәt elәyirdi. Amma bir köpәy oğlu bu qapının nә vaxt açılıb, nә vaxt bağlandığını görmәmişdi. Çümşüd otağında necә peyda olurdusa, sanki cin şeytandı. Әlqәrәz ki, bu hamı üçün bir sirri-xuda idi. Amma bir kimsә bilmirdi ki, bunun üçün әslindә Çümşüd ağanın yeni "ofisinin" beşinci qapısı da vardı ki, yerin altı ilә ağanın әtrafdakı kirayә elәdiyi evlәrindәn birinin hәyәtinә çıxırdı. Bu yol haqqında mәlumatı olan bir tәk oranı qazıb, tikib, әmәlә gәtirәn cavan, göyçәk usta vardı ki, onu da iş qurtarar-qurtarmaz yatdığı yerdәcә bir "qara әqrәb sancıb öldürmüşdü"...Hacı da rәhmәtliyin ailәsinә biganә qalmamış, rәhmәtliyin xanımını min bir hiylә-kәlәklә dә olsa öz yanında işә götürmüşdü ki, balaları acından qırılmasın. İndi maşallah burda çalışan xanımların içindә әn "gәlir gәtirәnlәrdәn" biri elә o idi. Bir sözlә Hacı Cümşüd öz işinin ustası idi.

Әlqәrәz, Hacı Cavadın başqa әlacı yoxdu. Ha fırıldaq elәdi ki, növbәdә qabağa keçsin, alınmadı. Odu ki, lap istәyir on vaqon kömür boşaltmalı olsa da gözlәmәli idi. Çünki başqa çarәsi yoxdu. Hacı Cavad bu basabasda da öz qiymәtli fikirlәri ilә özünә təskinlik axtarırdı:-"Bu xırda eşq (yәni müvәqqәti) elә şeydi ki, dombaldımı (yәni şişdimi) gәrәk imkan tapıb havasını çıxardasan. Yoxsa sәni dәrbәdәr eliyәr (burda qapı-qapı süründürәr mәnasındadı). Әşşi, bu cürә şeylәri Mәşәdi Sümbül kimi avamlar nә qanır. Hacı Cümşüd belәlәrini hardan tapır bilmirәm. Köpәk qızdarı adamı elә rahlayırlar ki, (yәni rahatlayırlar) nәfәsin kәsilir..."- deyә Hacı özünә ürәk, dirәk verә-verә bir dә gördü ki, iki nәfәr supa (eşşәyin iki illik balası) boyda gәdәlәr yapışdılar onun qolundan, sürüdülәr içәri. Özündә hacılıqdan әsәr-әlamәt qalmadığını hiss eliyәn, ayaqları yerdәn üzülmüş Hacı Cavad (bu yerdә onda hacılıqdan әsәr-әlamәt qalmasa da hörmәt әlamәti olaraq "Hacı Cavad" dedik) bircә onu deyә bildi ki, "Mәn ancaq hacı ağa ilә (yәni Cümşüdlә) görüşәcәm. Başqa adam mәnim dәrdimә әlac eliyә bilmәz. Eşidirsiniz, heç kәs. Bir Hacı Cümşüd Ağa bilir neylәmәk lazımdı mәnim dәrdimә..." Bu sözlәri deyincә, "supalar" onu artıq Hacı Cümşüdün qapısının ağzında yerә tullamışdılar.

Hacı Cavad qalxıb özünü düzәltdi. Sonra ikiqat әyilib içәri girdi. Tәzim edәndәn sonra bardaş qurub sudan tәzә çıxmış küçә tulası kimi büzüşüb ixtiyar sahibinin qabağında oturdu. Amma nәdәnsә birdәn gözünün qabağından bir neçә saat әvvәl arvadının qarşısında şir kimi nәrildәmәyi keçdi. Qapı cırıldadı. Hiss olundu ki, içәri xanım girdi. Yoxsa Hacı Cavadın bәdәnindә qızdırma içindә yanan qarışqalar nәdәn peyda olub o tәrәf, bu tәrәfә yerisin ki...

Bir istәdi dönüb gözucu baxsın. Amma namus ona güc gәldi. "Bәlkә bu başqasınındı". Nәhayәt Hacı Cavad özünü saxlaya bilmәyib bayaqdan bәri başını dәftәrdәn ayırıb onun salamına belә cavab vermәyәn Hacı Cümşüdә tәrәf zingildәdi. (Elә bu yerdә Cavadın yadına düşdü ki, salam vermәyi dә unudub.)

— Hacı, qurban olum, yandım. Ayaqlarının suyunu içim tez elә, öldüm...

Hacı Cümşüd hec onu eşitmirmiş kimi ağır-ağır sözә başladı.

— Hacı Cavad, bәxtin varmış. Bax, bu sәnin qismәtinmiş.

Hacı Cümşüd başını qaldırmadan sağ әlinin şәhadәt barmağını yüngülcә qapıya tәrәf tuşladı vә davam elәdi.

— Meşәdә armudun yaxşısını ayı yeyәn kimi... deyә Hacı Cümşüd davamını gәtirmәyib irişdi... Hacı Cavad dönüb baxdı. Yan qapının ağzında bir qara çarşabda xanım dayanmışdı ki, nәyә desәn dәyәrdi. Hündür boy, nazik bәdәn, gәnc yaş qara örtüyün altında da gizlәnә bilmәmişdi. Özü dә ürkәk ceyrana bәnzәyirdi. Sanki ceyran Cavadı görәn kimi dönüb qaçmaq istәdi. Amma Hacı Cümşüdün nәzarәtçilәrini görәndә bu fikrin xeyirsiz olduğunu düşündü. Bu Hacı Cavadı bir az da "qızışdırdı". Bәdәnindә gәzişәn qarışqalar indi әmәlli başlı yarışa düşmüşdülәr ki, kim bәrk qaçar...

— Yüz min tümәn,- deyә Hacı Cümşüd dillәndi. Sәsә Hacı Cavad diksindi. Hacı Cümşüd davam elәdi.

— Nәzәrә al ki, sәn onun ilkisәn.

Hacı Cavad ağzından axan suyu qoluna silib;

— Noolar, canın sağ olsun. Hacı Cümşüd:

— Qırx dәqiqә...

Hacı Cavad udqunub:

— Noolar, ağa canın sağ olsun. Boynum yanında qıldan incәdi.

— Pulunu ödә, keçin yan otağa. Tez elә, gözlәyәnlәri çoxdu...

Hacı Cavad tez-tәlәsik yüzlük, minlik tümәnlәri Hacı Cümşüdün qabağına töküb özünü xanımın yanına atdı. Әtәyindәn tutub arxasınca yan otağa sürüdü. Necә sürüdüsә, papağı başından düşdü. Necә dartdısa, nә vaxtsa öz aldığı әn ucuz parçadan olan çarşab iki yerә bölünüb әlindә qaldı. Çarşabın o biri parçası isә Mәşәdi Sünbülün başından sürüşüb Cavadın yerdә, nәzarәtçinin ayaqları arasında qalan papağının üstünü örtdü.

# 3999 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #