“Dədə Qorqud” folklordurmur? RƏY

“Dədə Qorqud” folklordurmur? <span style="color:red;">RƏY
21 oktyabr 2015
# 14:58

Yazıçı Qan Turalı Sim-sim.az portalına verdiyi müsahibədə “Kitabi- dədəm Qorqud- ala-taifeyi- Oğuzan”ın (Vatikan nüsxəsində “Hekayəti-Oğuznamə”) şifahi ədəbiyyat nümunəsi olduğuna şübhə etdiyini deyib. Qorqudşünas alim Yeganə İsmayılova da bununla bağlı açıqlama verib. Yeganə xanımım açıqlamasını oxudum, fikrimcə, hörmətli alimimiz hörmətli yazıçımıza tutarlı cavab verə bilməyib.

Qısaca vəziyyəti belə izah etmək olar:

Hər bir etnos, kiçik mənada, xalq öz folklorunu yaşadır, - məntiqi vurğu “öz”ün üstündədir - yalnız və yalnız öz folklorunu. Qan Turalı haqlı olaraq soruşur: Əgər bu epos Azərbaycan xalqının yaratdığı FOLKLOR nümunəsidirsə, nə səbəbdən epos bütünlükdə, yaxud eposdakı süjetlər, obazlar şifahi şəkildə yaşamır, niyə bir xalq öz eposu haqqında qərbli alim vasitəsilə xəbər tutur?

KDQ-u qəti şəkildə yalnız Azərbaycan xalqının yaratdığı nümunə hesab etmək olmaz. Bu nümunəyə ümumtürk prizmasından baxmaq lazımdır. Xalqlar bir coğrafiyadan digər coğrafiyaya köç edirlər, bu zaman öz folklorunu da özüləri ilə aparırlar. Fikrimcə, KDQ eposu Orta Asiyada formalaşıb. Təəssüf ki, mənbəni xatırlamaqda çətinlik çəkirəm (bu o qədər də əhəmiyyətli deyil), Qazaxıstanda aşıq (akın) “Korqut ata” ilə bağlı hansısa əhvalatı nəql edir. Manas və KDQ eposları arasındakı ritm, mövzu paralelləri aparsaq, əmin olarıq ki, hər iki epos təxminən eyni “beyinin” məhsuludur. Demək istədiyim budur: bu epos Orta Asiyada folklor səviyyəsindədir.

Türkdilli tayfalar öz folklorlarını qoltuqlarına vurub Qafqaza (İrana və Kiçik Asiyaya) köç edirlər. Bu zaman yeni etnoslarla və yeni relyeflə təmas bu xalqların mahiyyətini dəyişməyə başlayır. Kişik Asiyada yeni xalq yaranır – osmanlılar. Oğuz və qıpçaq tayfaları bu gün azərbaycanlılar adlandırılan türk xalqını formalaşdırır. Oğuzlar, belə deyək, azərbaycanlılar çevrilirlər. Yuxarıda qeyd elədiyim əsas prinsipə görə (hər etnos yalnız ÖZ folklorunu yaşadır), heç bir halda azərbaycanlılar oğuzların folklorunu yaşada bilməzdilər. Bir bilgə (Allah ondan razı olsun!) itib-batmaqda olan süjetləri yazıya köçürmək qərarına gəlir və beləcə bu dəyərli nümunə tarixin səhnəsindən birdəfəlik yox olmaq kimi dəhşətli sondan xilas olur. Sonra epos tamam unudulur. Nüsxələr isə saxlanılır.

Bu polemikada iştirak edən hər iki tərəf haqlıdır. Əlimizdə olan mətni sırf folklor nümunəsi saymaq olmaz. Ordakı İslamla bağlı elementlər və ya bu coğrafiya ilə bağlı toponimlər, heç şübhəsiz ki, eposu yazıya köçürən bilgənin əlavə və uyğunlaşdırmalarıdır.

Eyni zamanda KDQ-u yazılı ədəbiyyat da saymaz olmaz.

# 2342 dəfə oxunub

Oxşar xəbərlər

"Kəramətin üzünə gülən dostları əl altından qarşı tərəfə işləyir" - Rasim Qaraca

"Kəramətin üzünə gülən dostları əl altından qarşı tərəfə işləyir" - Rasim Qaraca

14:20 21 aprel 2025
“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

16:40 16 aprel 2025
"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

09:00 16 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

17:00 14 aprel 2025
O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

12:20 14 aprel 2025
#
#
# # #