Müasir insanların biliyi niyə azdır? - ARAŞDIRMA

Müasir insanların biliyi niyə azdır? - ARAŞDIRMA
27 dekabr 2013
# 16:02

Həyatınızın necə keçməsindən asılı olmayaraq ağlınız sizi qılıncınızdan daha çox qoruyacaq. Onu tez-tez itiləyin.

Patrik Rotfuss

Beyninizi məşq etdirməniz üçün daha ciddi bir arqument də var.

Bizim gözlərimiz önündə insan şüuru və düşüncə tərzində tektonik dəyişikliklər baş verir. Daha dəqiq desək onlar məlumatın qəbulu və dərk edilməsində özünü daha çox büruzə verir.

Adətən yaddaşdan danışanda onu iki yerə bölürlər: qısamüddətli və uzunmüddətli yaddaş.

Və ya kompüterlə müqayisə apardıqda operativ və daimi yaddaş deyə ayırırlar.

Bizim operativliyimiz məntiqi düşünməyə kömək edir, analiz edir və təcrübədən asılı olmadan problemləri, tapşırıqları həll edir.

Daimi yaddaş isə yığılmış təcrübə, mənimsənilmiş biliklər və vərdişlərdən istifadə edərək məsələləri həll edir.

Hələ bu yaxınlarda daimi yaddaşın üstünlüyə malik olduğu sübuta yetirildi.

Əvvəllər məktəblilər fizikanın müxtəlif düsturlarını, tarixləri, hadisə və rəqəmləri əzbərləmək üsulu ilə yadda saxlayırdılar.

Bəs insanlar daha ətraflı və uzun mətnləri, şeirləri necə yadlarında saxlaya bilirdilər?

Hazırda, praktiki cəhətdən istənilən informasiyanın əlimizin altında olduğu bir vaxtda bütün bunlar dəyərdən düşüb.

Yaxşı təhsil ocaqlarında siz imtahana özünüzlə istənilən məlumat toplusunu gətirə bilərsiz. Çünki əsas meyar onu yadda saxlamaq deyil, ondan istifadə etməyi bacarmaqdır.

Belə bir məzəli əhvalat yada düşür: İmtahana özüylə aspirant dostunu gətirən tələbə deyir: “Siz ki, demişdiz istənilən informasiya mənbəyini...”

Operativ yaddaş daimi yaddaşı üstələyir.

Kim Kann yaxınlığında baş vermiş döyüşü yadda saxlayar? Nəzərə alaq ki, bu cavabı tapmaq üçün bir neçə saniyə kifayətdir. Neçə telefon nömrəsini bu dəqiqə yadınıza sala bilərsiz?

Sizin yaddaşınızı telefondakı qeydiyyat kitabçası əvəz edir? Valideynləriniz isə onlarla nömrəni yaddaşlarında saxlamaq məcburiyyətində idilər.

Sərnişini ən qısa yollarla və tez bir zamanda arzu olunan ünvana çatdıra bilmək üçün bu gün Londonda lisenziya alan taksi sürücüləri 10 000 küçə tanımalıdırlar.

Sabah bu informasiya onlara mane olacaq. Çünki naviqator ən asan və qısa yolu onların beynindən daha asan tapa biləcək. Hətta qəza və tıxacları nəzərə alaraq.

Ola bilər ki, sizin uşaqlarınız hələ mövcud olmayan bir ixtisas üzrə işləyəcəklər. Sonra isə öz ixtisaslarını bir neçə dəfə dəyişəcəklər. Əsas olan bir peşəni bacarmaq yox, fərqli ixtisasları tez bir zamanda qavramaq olacaq.

Ola bilər ki, biz xarici dilləri öyrənməyə çalışan sonuncu nəsilik. Avtomatik tərcümənin neçə saniyə vaxt aldığını bilərək və nəzərə alaraq yenə də bu dilləri öyrənən nəsil.

Bütün bunlar şüurun bir hissəsidir, tvitterləşməyə uğramış şüurun bacarığı. Hazırda istifadə olunan iki – üç dili öyrənmək insan şüurunun xüsusi bacarığıdır. Əlbəttə hazırda ölü dillər siyahısına daxil olan, istifadə olunmayan dillər də bu siyahıya daxil edilə bilər.

Fərq ondadır ki, öyrəndiyiniz xarici dili siz öz beyninizdə saxlayırsız, onun istifadə olunub olunmamasından asılı olmayaraq.

Lakin öyrəndiyiniz bu xarici dildən istifadənin mümkünlüyünü daima nəzərinizdə saxlayırsız.

Gözümüz önündə çox qəribə proseslər baş verir – təxəyyülün məhdudlaşması. Şərti bir reytinq yaradıb insanların yaradıcılığını sıraya düzək.

Sözsüz ki, birinci yerdə musiqi olacaq. Çünki musiqi dinləyicinin beynində istənilən səhnəni, emosiyanı yaratmağa qadirdir.

İkinci yerdə – ədəbiyyat durur. Oxucu özü obrazları təsəvvür edir. Üçüncü yerdə teatrdır. Siz yalnız teatrda bir bez parçasının dəniz ola biləcəyinə səmimi qəlbdən inanırsız.

Televiziya və kompüterlərin belə sürətlə həyatımıza daxil olması kitab və teatrların insanların maraq dairəsindən sıxışdırılıb çıxarılmasına gətirib çıxardı.

Bunu hazırkı uşaqların öz boş vaxtlarını necə keçirmələrinə nəzər salaraq başa düşmək çətin deyil

6-14 yaşlı amerikan uşağın söz ehtiyatı 1940-ci ildə 25 000 söz idisə, bu gün 10 000 sözdür.

1960-ci illərdə orta statistik amerikan ata gündə orta hesabla ən az 45 dəqiqəsini öz övladlarıyla söhbətə ayırırdı. Bu gün bu zaman azalıb 6 dəqiqəyə enib.

Hazırda insanlar praktiki düşüncələrində empatiyə yer saxlamayıblar. Burda əsas olan süjeti izləyə bilmək bacarığıdır. Artıq kompüter oyunları belə oyunçu üçün çeynənmiş, təkrar oyunlardan başqa bir şey deyil. Maksimal reallıq. Heç nə düşünməmək. Və beyinlər istirahət edir.

Hazırkı kompüter oyunlarından fərqli olaraq təxəyyülə ayrılmış sahə maksimum həddədir.

Bu təxminən kənddən şəhərə köçə bənzəyir. Kənd yerində fiziki iş çatışmazlığına rast gəlinmir, şəhərlilər isə bunun üçün idman zallarına getməyə məcburdurlar. Hazırda bizim beynimizdə də belə bir vəziyyət müşahidə olunur. İstənilən məlumatı tez bir zamanda əldə edə bilməyin mümkünlüyü beynimizi məşq etdirməyin qarşısını alır, fikirlərin tvitterləşməsi ardıcıl məşqlərin səngiməsi isə yaddaşı ümumilikdə zəiflədir.

Biz gedən proseslərin daxilində olduğumuz üçün kənardan izləyici gözüylə vəziyyətə yanaşa bilmirik. Buna baxmayaraq bir çox şeylərin əvvəlcədən necə olacağını demək mümkündür. Ədəbiyyatda irihəcmli mətnlər azalacaq. Oxucuya bütün bunları yadda saxlamaq çətin olacaq, beləliklə də oxucu süjet xəttini itirəcək.

Əsərin baş qəhrəmanlarının sayı azalacaq. Müqayisə üçün – klassik Çin romanına müraciət edək. “Qırmızı daxmadakı yuxu” əsərində qırxa yaxın baş qəhrəman və beş yüzə yaxın ümumi obraz var.

Və bu nisbətən yaxın zaman kəsiyində, XVIII əsrdə yazılmış romandır.

Şüurun tvitterləşməsi təbii ki, heç bir iz qoymadan baş verə bilməz.

Kinematoqrafiyada da eyni hal müşahidə olunacaq. Hökmranlıq serialların əlində cəmləşəcək. Bir neçə nəsildən sonra artıq klassik əsərləri dərk etməkdə çətinliklər törənəcək.

Əsər qəhrəmanları hazır olmayan oxucuya çox qəribə və qeyri-adi görünəcək.

Operativ yaddaşın bu cür sıxışdırılmasının bizə nə verəcəyini əvvəlcədən demək isə bir az çətindir. Hər halda insanlararası münasibətlər yeni bir mərhələyə qədəm qoyacaq. İnsanlar emosional cəhətdən daha çox inkişaf etmiş olacaqlar. Kobud, ideal kişi obrazı tarixə qarışacaq, əvəzində isə proqresə uğramış, empati və intuisiyalarına güvənən insanın obrazı yaranacaq.

Maraqlısı budur ki, bu insanların həyatında və birbaşa şüurunda baş verən ilk tektonik hadisə deyil. Məsələn kitabların meydana gəlməsi insan şüuruna və tvitterləşməyə radikal şəkildə təsir göstərib. İnsanların şüurunda xüsusi bir sahənin kəşfi baş tutdu və onlar bundan mahircə istifadəni öyrəndilər. Halbuki kitab institutuna qarşı olan filosoflar da fəaliyyət göstərirdilər.

Kitab yaddaşı zəiflədir. Kitab – çox təhlükəlidir. O öz oxucusunu seçmək iqtidarında deyil. Və tamamilə naməlumdur ki, savad kimlərin əlinə düşə bilər.

Məqalə Dmitri Çernışevın “İnsanlar necə düşünürlər” kitabından götürülmüşdür.

# 3053 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #