Hər 4 saniyədə 1000 dollar qazanan adam

Hər 4 saniyədə 1000 dollar qazanan adam
30 oktyabr 2015
# 13:12

Dünya Apple və Mikrosoft sevənlərə bölünür. Bu iki partiya vaxtaşırı biri-birinə hücuma keçirlər, - və “alma”nın populyarlığına, Stiv Jobsa hələ sağkən sitayış edilməsinə, Bill Qeyts haqqındaysa bunun ağla belə gəlməməsinə baxmayaraq, Microsoft öz mövqeyini əldən vermək niyyətində deyil. Bəzən ağla “daha nə qədər, bundan da o yana varmı” fikri gəlsə də, bu şirkət öz yaradıcısını, əla proqramçı və biznesmeni günü-gündən daha da varlandırır. Və nə olur olsun, bir çoxları üçün “kompyuter” sözü məhz Qeytsin adıyla bağlıdır.

Aşağıda Qeytsi insani tərəfdən səciyyələndirən 10 faktı nəzərinizə çatdırırıq.

Alı təhsilin vacib olmaması haqqında

Bill Qeyts kolleci diplom almadan tərk edib. Eyni addımı zamanında, Abraham Linkoln, Uolt Disney, Henri Ford, Tomas Edison, Mark Cukerberq ve Stiv Cobs da atmışdı.

Stiv Cobs

Apple-nin yaradıcısıyla Qeytsi sevgi-nifrət münasibətləri bağlayırdı. Onlar çox müxtəlif idilər: Qeyts yaxşı ailədən çıxmış analitik ağla malik tərbiyəli bir oğlan, Cobssa daha çox hippi, intuisiyasına güvənən və proqramlaşdırmağı bacarmayan emosional və çılğın biriydi.

Bir gün Cobs Bill Qeyts haqqında belə bir fikir söyləmişdi: “Əgər o gəncliyində asit qəbul etsəydi və aşramda yaşasaydı, o zaman hər şeyə daha geniş baxa bilərdi.” O, Qeytsi təxəyyüldən məhrum biri, eyni zamanda da oğru hesab edirdi (Uolter Ayzekson Cobs haqqında kitabında ondan belə bir sitat gətirmişdi: “Onlar bizim dərimizi də soydular, çünki Qeytsin nə abrı var, nə həyası”). Qeytssə Cobsu qəribə və korlanmış adam hesab edirdi.

Buna baxmayaraq, onların bir-biriylə münasibətləri də vardı, 80-ci illərdə Microsoft Macintosh üçün proqpamlar yazırdı, əlbəttə, bu, çılğın Cobsun ziyalı Qeytsə yaratdığı biabırçı qalmaqallarsız ötüşmürdü.

Onlar sonralar da görüşürdü. Qeyts Cobsun ölüm ayağında olduğunu öyrəndiyində , ona məktub yazır. Deyirlər, Cobs dünyasını dəyişəndə, o məktub çarpayısının yanındaymış.

Sərvəti haqqında

Qeyts 30 yaşınadək millioner olmaq istəyirdi. Amma 31 yaşında oldu. İndi o, dünyanın ən varlı adamıdır və onun sərvəti 79,3 milliard dollara bərabərdir (Hər 4 saniyədə o 1000 (min) dollar qazanır və hər gün 1 000 000 (bir milyon) dollar xərcləsə, bütün pullarını xərcləmək üçün 218 il lazımdır). Düzdü, bu günlərdə onu Zara, Massimo Dutti və bir neçə başqa brendlər adı altında geyim istehsal edən İnditex şirkətinin sahibi ispan Amansio Orteqa keçmişdi: Forbes jurnalı onun sərvətinin 79,9 milliard dollar olduğunu hesablamışdı. Lakin Orteqonun sevinci bir neçə saat sürmüşdü: yevro kursunun oynaması və Microsoftun aksiyalarının yüksəlməsi nəticəsində Bill Qeyts planetin ən varlı adamı titulunu özünə qaytarmışdı.

Evi haqqında

Qeyts ailəsi ilə birlikdə Sietlin yaxınlığında dəyəri 125 million dollar olan (illik mülkiyyət vergisi 1 000 000 dollar) malikanəsində yaşayır. Evin ümumi sahəsi 6 000 kv.m-dir. Burda 230 kv.m-lik idman sahəsi, 93 kv.m-lik yemək otağı və18 kv.m uzunluğunda sualtı musiqi sistemi quraşdırılmış hovuz var.

Yaramaz obraz haqqında

Qeyts dəfələrlə filmlərdə mənfi obrazda verilib. Belə ki, bir çoxları Ceyms Bond haqqında çəkilən “Sabah heç vaxt ölməyəcək” filmindəki əsas yaramazın prototipinin məhz onun olduğu qənaətindədirlər. 2001-ci ildə “Antitrest” filmi çıxdı ekranlara, filmdəki Tim Robbinsin ifa etdiyi zülmkar obrazı bizim qəhrəmana o qədər bənzəyirdi ki, məşhur tənqidçi Rodcer Ebert məhkəmə iddiasına uğramamaq üçün müəlliflərin qəhrəmanın sinəsinə “Mən Bill Qeyts deyiləm” yazılı lövhə vurmadıqlarına təəccüblənmişdi.

Uzaqgörənliyi

Qeyts heç də hər zaman uğurlu uzaqgörən olmayıb. Belə ki, 2004-cü ildə spam probleminin 2 ildən sonra tamamən aradan qaldırılacağını söyləmişdi. Daha bir kahinliyini - 2035-ci ilədək dünyada kasıb ölkələrin qalmayacağını - zaman göstərəcək. Amma etiraf edək ki, bu fikri də utopik gəlir bizə.

Varisləri haqqında

Qeytsin ölümündən sonra üç övladı - qızları Ceniffer (1996), Fibi ( 2002) və oğlu Rori (1999) miras olaraq cəmisi hər biri 10 000 000 (on milyon) dollar alacaq. Qalan bütün sərvəti xeyriyyəçiliyə vəsiyyət olunacaq. Bu qərarlarını izah edərkən, Qeyts və onun həyat yoldaşı Melinda, övladlarının sadəcə varlı avaralar kimi əylənmələrini deyil, onlara inkişaf etmək, işləmək və işlərinin vacib olmasını hiss etmələri imkanını vermək istədiklərini deyiblər.

Xeyriyyəçiliyi haqqında

Qeyts dünyanın əsas filantroplarındandır. Onun səhiyyəyə yatırdığı pulları hesabına artıq 6 milyona qədər həyatın xilas olduğu hesablanıb. Xeyriyyəçiliklə məşğul olmasının əsas səbəblərindən biri Afrikadakı vərəm xəstələri klinikasını ziyarəti olub. Bu ziyarətdən sonra həyat yoldaşına zəng edib - xanımı onun az qala boğularaq tez-tez “ Bu ki ölüm hökmüdür... Bu klinikaya düşmək- bu ki ölüm hökmüdür!” təkrarladığını xatırlayır.

Həmçinin Qeyts planetin qlobal istiləşmə probleminin həllinə yardım məqsədilə ekoloji təmiz enerji mənbələrinə də 2 milyard investisiya yatirtmaq niyyətindədir. O digər milliarderlərə də ekoloji proqramlara vəsait ayırmaq üçün çağırış edib (onun xəyalı 2050-ci ilədək Amerikanın faydalı qazıntılardan alınan enerjidən asılılığının tamamən aradan qaldırilmasıdır).

Din haqqında

Qeytsi güclü dindar adlandırmaq olmaz. Lakin o, bir müsahibəsində: “Dünyanın sirr və gözəllikləri nəhəng və təəccüblüdür və bunun necə baş verməsinin elmi açıqlaması yoxdur. Bütün bunları təsadufi hesab etmək, bilirsinizmi, cahillik olardı (gülür). Mən hesab edirəm ki, Allaha inanmaq lazımdır, lakin bunun həyatınızdakı hansı qərarlara təsir edəcəyini dəqiq bilmirəm.” Bir başqa müsahibəsində də katolik tərəfindən tərbiyə olunduğunu, və madam ki, həyatda belə bəxti gətiribsə, buna görə xeyriyyəçiliklə məşğul olmağı özünə borc bildiyini söyləyib. “Bu dini inanc deyilsə belə, mənəvi inanc olmağı dəqiqdir”.

Ülviyyə Abışova

# 1293 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #