Güzgünün qabağında şeir deyən müəllim

Güzgünün qabağında şeir deyən müəllim
4 yanvar 2024
# 17:00

Kulis.az Cavanşir Yusiflinin "Müstəvilər, mühitlər, Axundzadənin kimyagəri..." adlı yeni yazısını təqdim edir.

Ədəbi prosesi həyatdan, sosial, siyasi və ideoloji müstəvilərdən ayırmaq mümkün deyil, bunlar arasında həmişə nüfuzetmələr, qarşılıqlı informasiya mübadiləsi olur, ancaq, ədəbi prosesin bu sahələrdən birinin tərkib hissəsinə, həm də ondan maksimum asılı parçasına çevrilməsi ən arzuolunmaz haldır.

Ədəbi mətnlər bu sadalanan və unudulan bir sıra alt və üst sahələrin fövqündə, onlarla münnasibətdə təsiredici mövqedə olmalıdır.

Sovet dövrünün müəllimi "Həm ziyarət, həm ticarət" filmində olduğu kimi güzgünün qabağında durub məsələn, Nizamidən, Səməd Vurğundan şeir əzbər deyərdi və bu mətnlər onun üçün həmişə istinad ediləsi və heç bir xeyri olmayan nəsnələr idi.

İndi təbii ki, nə bu müəllimlər var, nə də insanların cani dildən inandığı mətnlər, hətta neçə il qabaq bütün millətin sevdiyi şairin mətnləri də artıq əvvəlki cazibəsini itirmiş (zahiri parıltı və bər-bəzək nə zaman qalır ki...), onun ədəbiyyatdan dediyi dərslər də səsini, sirrini və məzmununu itirmişdir.

İndinin mətnlərində forma mənim fikrimcə sıyıqdır, yəni formaya çevriləsi məna yoxdur, müəllif o zaman gözəl mətnlər yarada bilir ki, onun sözü bütün mövcud sözlərdən yerdən göyəcən fərqlənsin, hamının bildiyi söz yox olub, həyat səhnəsindən qeybə çəkilib yenidən zühur edə bilsin, amma... biz hər təsadüfdə Axundzadənin kimyagəri ilə rastlaşırıq, Hacı Nuru da qoşulub onlara...

Mühit məsələsi.

Mühit içindəyəm, ancaq bu mühit mənim içimdən doğmayıb, onunla mənim aramda zərrə əlaqə, bağlantı yoxdu, ona görə hər yerə, tədbirə, müzakirəyə insanları dəstə-dəstə çağırırlar (dəstənin başına ağıl qoymaq asandı...), oturub bu söhbəti edəcəyin bir adam yoxdu, bir adam dəstə-dəstə adamdı, tək olanda heç kimsən, dəstədə qışqıra bilirsən, göyün damından ulduzları ağ şanı kimi dərə də bilərsən.

Qocalar köhnə yazılarına yeni parçadan yamaq vurur, cavanlar nəsə istəyirlər, alan kimi də onu "itirirlər", təzədən istəyirlər...
Keçən əsrin tən yarısının soyuqları gəlir, çəkilib gedir...

Bunlar yəqin ki, boş şeylərdi.

Əsas müstəvilərdi, yəni kim hardadı, olduğu yerdən mühit görünürmü? Yəni, topa-topa ulduzlar, onların arasında birini seç, aldat, ölüb dirilərsən, əsas yox ola bilməkdi, dünyaya istəsən gələrsən, istəməsən yox...

Mühit deyəndə Nəsimi yada düşürmü?

# 1843 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #