Əlvida, əziz Lyonya! – Çingiz Hüseynov dostunun ölümündən yazdı...

Əlvida, əziz Lyonya! – Çingiz Hüseynov dostunun ölümündən yazdı...
1 aprel 2020
# 13:25

Kulis.az görkəmli Azərbaycan yazıçısı Çingiz Hüseynovun bu günlərdə dünyasını dəyişən Bakı doğumlu yazıçı Leonid Zorinlə bağlı yazdığı qısa yazını təqdim edir.

Dostum, həmyerlim, Bakı vətəndaşı, Moskvada ev qonşum, ən böyük rus dramaturqu, “Pokrovskilər qapısı” filminin ssenari müəllifi Leonid Genrixoviç Zorin 96 yaşında həyata vida etdi. Bəxt hələ uşaqkən onun üzünə gülümsəmiş, istedadı Maksim Qorkinin diqqətini cəlb etmiş və onu şəxsən Moskvaya qonaq dəvət etmişdi.

Leonid Zorin 60-80-ci illərdə "Varşava melodiyası", "Dion", "Tacqoyma", "Çar ovu ", "Sitat", "Tale səhvi", "Dekabristlər", "Mis nənəsi" kimi kəskin-sosial pyeslər ilə səs-küy salıb, hadisə yaratmağı bacarmışdı. O, möhtəşəm kitabların, nəsr əsərlərinin, povest və hekayələrin, ssenarilərin, xatirələrin müəllifi idi.

Onun kitabları, povestləri, hekayələri, xatirələri isə başqa aləm idi. Bəs onun parlaq ssenariləri? O, rus ədəbiyyatı və onun inkişafı üçün əlindən gələni etdi.

Leonid Zorin sonralar ozünü "antisovet yazıçı" adlandırırdı. Bununla da özünün qadağanlardan yazma qabiliyyətini, senzuranı dolaşıqlığa salıb keçə bilməsini, həmçinin bizim cəmiyyətin durğun dövrlərini, yəni müxtəlif çalarlı müxalif ədəbiyyatın böyük və geniş külliyyatda sosrealizm həqiqətlərini vurğulayırdı.

Əlvida, əziz Lyonya!

Mərhumun xanımı Tatyana Gennadiyevnaya və oğlu Andrey Zorinə dərin hüznlə başsağlığımı verirəm.

Tərcümə etdi: Samirə

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
#
#
# # #