Qəddafi atamı oğurlatmışdı - MÜSAHİBƏ

Qəddafi atamı oğurlatmışdı - MÜSAHİBƏ
6 aprel 2011
# 14:41
Liviyalı Hişam Matar Avropada tanınan yazıçıdır. 1970-ci ildə Nyu Yorkda doğulan Hişamın atası Birləşmiş Millətlər Təşkilatında çalışıb.

O, üç yaşında ikən Matarlar ailəsi Tripoliyə qayıdıb. 1979-cu ildə onlar Liviydan qaçaraq Qahirədə məskunlaşımağa məcbur olublar.
1986-cı ildə Londona gələn yazıçı burda məktəbi bitirib və arxitektura üzrə təhsil alıb. Yazıçının məşhur dissident olan atası Caballar Matar 1990-cı ildə Misirin gizli kəşfiyyat orqanları tərəfəndən Liviyaya təslim edilib.

Hişam Matar o vaxtdan atasından xəbərsizdir. Məlumatlara görə Caballar Matar Tripolidə Abu Salim həbsxanasında saxlanılır.
Hişam Matarın „İnsanlar ölkəsində“ debüt romanı 2006-cı ildə Böyük Britaniyanın məşhur Buker (Booker) mükafatının namizədləri siyahısına düşüb və 22 dilə çevrilib.

Onun yeni kitabı “Yoxolmanın anatomiyası” (Anatomy of a Disappearance) isə bir neçə gün əvvəl Britaniyada çap olunub.
Almaniyanın “Zeit” qəzetində yazıçının Liviyadakı hadisələrlə baglı müsahibəsi çap edilib.

- Cənab Matar, Liviyada baş verən hadisələrlə bağlı xəbərləri eşidəndə nə hiss etdiniz?

- Qəddafinin çıxışlarını dinləyəndə, məni yalnız yorğun melanxoliya bürüyür. Nəhəng gücə sahib olan kimsə oriyentasiyanı itirirsə bu çox qorxuludur. Mən çoxlu insanların öldürülməsindən narahatam. Eyni zamanda Liviyadakı hadisələr ümid verir. Diktatorun sonunun yaxınlaşması ilə sözün birbaşa mənasında fiziki dəyişiklik hiss edirəm.

- Sizin üçün nə dəyişdi?

- Bir çox liviyalı kimi mən də gündəlik həyatımda həmişə təhdid hiss edirdim. Rejimi tənqid etdiyim hər müsahibədən və hər məqalədən sonra, dostlarım və ailəm bura zəng edib soruşurdu ki, doğrudanmı mən bunları deməyə məcburam? Bu əsəbilik artıq bitib.

- Hazırda Liviya ilə əlaqəniz necədir?

- Tez-tez ordakı insanlarla əlaqədə oluram. Bir müddət əvvəl atamın əslən olduğu Adşabija səhərində ağır döyüşlər oldu. Orda dəqiq nə baş verənlərdən və orda yaşayan qohumlarımdan narahat idim. Üsyançılar Qəddafinin dəstəsinə böyük neft yataqlarının yerləşdiyi qonşu Brega şəhərini zəbt etməklərinə mane oldular.

- Hərbi məşqlər olmadan üsyançılar bunu necə bacardılar?

– Bu üsyançıların cəsarəti ilə bağlıdır, amma qarşı tərəfin də döyüşlərində qüsurlar vardı. Hakimiyyətin etdiyi ağır zorakılıqlardan sonra çox liviyalılar üçün söhbət ölüm və ya qələbə məsələsidi. Bununla yanaşı maraqlıdır ki, gənc nümayişçilər XX əsrin qoca mifini, Mussolini zamanında baş verənləri yenidən zəmanəmizə gətirib çıxardılar: 1929-cu ildə İtalyan generalı Rodolfo Graziani Liviya müqavimət hərəkatının rəhbəri Omar Al Mukhtara kapitulyasiya təklif edəndə, Al-Mukhtar demişdi: „“ biz ya qalib gələcəyik, ya da öləcəyik“. Indi bunu Qəddafinin dəstəsinə qarşı dayanan gənclər deyir.

- Liviyada baş verən inqilab Tunisdəki və Misirdəki üsyandan nə ilə fərqlənir?

- Liviyada rejim tərəfindən törədilən zorakılığın miqyasının böyük olması ilə. Üsyançılar inqilab komitəsini planlı şəkildə təşkil etdilər və zorakılığa ağılla reaksiya veirirlər. Onlar hər şeyi tamamilə düzgün etmək istəyirlər: yalnız rejimin azğınlığına qarşı çıxmırlar, birbaşa hədəfləri tapırlar, belə komitələr çox dəqiq və mütəşəkkil işləyir.

- Yəni bu liviyasayğı üsyandır?

- Liviyalılar tez bağışlayırlar. Hətta intiqamın mənasız olduğunu deyənlər də var.

- Liviya xarakterini başqa cür necə təsvir edərdiz?

- Əgər milli xarakterdən danışırıqsa, o zaman liviyalılar kiçik şeylər səbəbindən böyük acılar çəkirlər. Onlar həvəslə kiçik məsələləri şişirdirlər və həm də çox şikayət edənlərə etibar etmirlər. Və bu onların həyatlını çətinləşdirir. İndi heç kəs artıq rejimin necə dəhşətli olduğuna şübhə etmir. Bir neçə il əvvəl isə qətiyyən belə deyildi.

-Twitter və Facebook üsyanda hansı rolu oynadı?

- Twitter və Facebook inqilabı asanlaşdırdı, amma onu həll etmədi. Liviyadakı insanları üsyana Tunis və Misirdəki inqilabçılar ruhlandırdı. Rejim hakimiyətə gələndə Tunisdə, Misirdə həmçinin Liviyada bügünki əhalinin çoxu doğulmuşdu. Gənc insanların həyatı tamamilə diktator tərəfindən formalaşırdı və buna görə də onlar nəyisə dəyişmək istəyirlər. İnqilabın gənclərə, onların yüngüllüyünə, enerjisinə, nikbinliyinə və arzularına ehtiyacı var. Güllələrə qarşı dayanmaq üçün gənclik dəlisovluğuna ehtiyac var.

– Qəddafi sizin həyatınızda hansı rolu oynayır?

- Onlar mənim atamı oğurlayanda, qəlbim qəzəb və nifrətlə dolu idi. Bu o vaxta qədər çəkdi ki, qəzəbin mənə heç nə vermədiyini anladım. Bu gün mən Qəddafiyə qarşı özümdə gözlənilməz təəssüf hiss edirəm. Amma təkəbbürlü və ya amansız acıma yox, daha çox yüngül acıma. Mən inanıram ki, o öz əməllərinin qurbanıdır. Qəddafi təhlükəli, azğın bir idiotdur. Eynilə Şekspirin III Richardı kimi. O öz azğınlığının, səfehliyinin toruna düşdü. Belə insan cəhənnəmdə olmağa məhkumdur.

- Liviyalilar Qəddafinin hakimiyyəti dövründə aclıq çəkmirdilər.

- Çörək ləyaqətlə müqayisədə heç bir şeydir. Onlar diktator tərəfindən həmişə alçaldılıblar. Hər siyasi projeni Afrika və ya ərəb ölkələrində reallaşdıranda qitədə çox sadə, amma həm də mürəkkəb bir faktı nəzərə almalıdırlar ki, afrikalılar və ərəblər çox qürurlu insanlardır.

– Təkcə liviyalılar öz ləyaqətlərini qaytarmağı bacardılar?

- Liviyalılar son günlərin hadisələri vasitəsilə öz milli identikliyini yenidən kəşf etdilər. Onlar yaxın gələcəkdə həyatlarında nə baş verəcəklərini bilmirlər, amma bu mənim üçün təbii və sağlam vəziyyətdir. Qəddafinin hakimiyyəti zamanı liviyalılar bilirdilər ki, nə yeməli, nə zaman yatmalı, nə oxumalı, nə düşünməli və nə deməlidilər. Liviyalılar bundan sonra özləri qərara almalıdırlar ki, necə davam etməlidir. Liviyada elə bir adam tanımıram ki, Amerikanın Qəddafini bombalmasına razı olsun. Onlar bunu istəmirlər, əks halda inqilabdan məhrum ola bilərdilər.

- Siz Britaniyada yaşayırsız. Keçmiş baş nazir Tony Bleyerin Qəddafi ilə sıx münasibətləri olub.

- Bu xoşagəlməz idi. Qərb Qəddafiyə lazım olan legitimliyi verdi və onun qəbul olunmasını dəstəklədi. Qərb onu güclü etdi. Hərçənd iddia edrdilər ki, ölkədə islahatların olması üçün buna getdilər.

- Siz Liviyanın gələciyini necə görürsüz?

- Mən avantürist nikbinlərdən deyiləm. Amma inanmıram ki, diktator hazırkı vəziyyəti davam etdirsin. Onlar liviyalıların ruhuna, psixikasına uzun müddətli travma vurublar. Bizə şübhəsiz ki, vəziyyətdən çıxmaq üçün çox vaxt lazim olacaq. Qəddafi psixopat olsa da əvvəlki kimi liviyalıdır.

- Atanızı yenidən görəcəyinizə inanırsız?

– Bilmirəm. İnqilab başa çatsa, mən onu axtarmaq üçün geri qayıtmağa ümid edə bilərəm. Həbsxanaları, keçmiş məhbusları, hüqüq və insan haqları müdafiəçilərini tanıyan insanlarla danışmaq istəyirəm.

- Siz Tripolidə, Qahirədə və Nyu Yorkda yaşamısız. Harda özünüzü evdəki kimi hiss edirsiz?

- Özümü evdəki kimi bu otaqda kitablarımla hiss edirəm. Əgər yaşamaq üçün şəhər seçməli olsaydım, o zaman Londonu seçərdim, burda rahatam. Liviyada isə mücərrəd bir evim var. Amma üsyan günlərində heç yerdə özümü evdəki kimi hiss etmirəm. Hətta Londonda da.

Almancadan Sevda Sultanova çevirdi
# 1745 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #