"Kruq ədəbiyyatı"

"Kruq ədəbiyyatı"
4 oktyabr 2025
# 12:00

Kulis.az Simran Qədimin "Qapalı çevrənin açıq dərsləri" yazısını təqdim edir.

“Kruq ədəbiyyatı” anlayışının həm mənfi, həm də müsbət tərəfləri var.

Əvvəlcə, mənfiləri araşdıraq.

"Kruq"lar içinə qapanır, “özümüzünkülər” prinsipinə əsaslanıb qruplaşma yaradırlar.

Bir çox hallarda istedadsız müəlliflər güclü şəbəkə hesabına şişirdilir, sənətdən çox, “kimin kimlə dost olması” əhəmiyyət qazanır.

Bir-birini dəstəkləyən üzvlər qarşılıqlı təriflərlə cəmiyyəti, oxucuları yanıldır, zəif əsərlər belə, böyük iş kimi təqdim olunur. Nəticədə, obyektiv tənqiddən uzaqda haqsız rəqabət mühiti formalaşır.

Digər tərəfdən, "kruq"dakı estetik meyarlar bəzən “yeganə yol” kimi qəbul edilir, fərqli üslublara, eksperimentlərə qarşı dözümsüzlük formalaşır.

"Ya bizim kimi ol, ya da kənarda qal!” düşüncəsi fərdi yaradıcılıq təşəbbüslərini sıxışdırır, "kruq"un ortaq estetikasına uyğunlaşmaq məcburiyyəti yaranır. Sənət qəlibləşir, monotonlaşır.

"Kruq ədəbiyyatı"nın müsbət tərəflərinə gəlincə, buradakı müəlliflər (kənarda qalanlar yox!) bir-birindən öyrənmək, fikir mübadiləsi aparmaq imkanı qazanırlar.

Bədii düşüncə həm də kollektiv müzakirə ilə zənginləşir. Müxtəlif "kruq"lar arasında (əgər belə birliklər varsa) gizli-açıq rəqabət sənət adamlarını daha yaxşı yazmağa, daha güclü əsərlər ortaya qoymağa təşviq edir.

Sanki idman turnirindəki kimi, rəqabət hissi, yarış atmosferi keyfiyyəti artırır.

Digər tərəfdən, yaradıcı insanlar çox vaxt cəmiyyətdən kənarda qalırlar. "Kruq"lar onlara dəstək verir, həmrəylik üzə çıxmağa, tanınmağa kömək edir.

Modernizm, sürrealizm, dadaizm, futurizm kimi cərəyanlar da məhz "kruq"larda formalaşıblar.

Yəni "kruq" həm də kollektiv təcrübədən yaranan “estetik inqilab” ocağıdır. Burada zamanla güclülər önə çıxır, zəiflər unudulur. Bu baxımdan "kruq", bir növ, təbii seleksiya funksiyası daşıyır.

Qruplaşmalar müvəqqəti olsa da, güclü əsərlər həmişə qalır.

Qısası, "kruq" həm ədəbiyyata ziyan vura, həm də fayda verə bilər.

Əsas məsələ fərqli cəbhələrin mövcudluğunu qəbul etmək, rəqabəti qorumaq və ifratdan qaçıb “orta yol”u tapmaqdır.

# 3604 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər