MKM finalından reportaj - FOTOSESSİYA
4 iyun 2011
17:40
Bu gün “Park İnn otel”də Milli Kitab Müsabiqəsinin (MKM) qalibi elan olunub. Kulis.az-ın məlumatına görə, birinci yeri Pərviz Cəbrayıl, ikinci yeri Məqsəd Nur, üçüncü yeri isə iki yazıçı – Nəriman Əbdülrəhmanlı və rusdilli yazıçı Natiq Rəsulzadə tutub.
Ümumilikdə ikincisi keçirilən kitab müsabiqəsinin elan olunmasından keçən müddət ərzində qalibin kim olacağı sualı ətrafında müxtəlif fikirlər, müxtəlif ehtimallar səslənib. Əksəriyyətin fikri Pərvizin birinciliyə layiq olduğu üzərində qurulsa da, bu yerin ona verilməyəcəyi yönündə ciddi iddialar var idi. Hətta münsiflərin tərkibində bir neçə kitabı, o cümlədən də “Yad dildə”nin vaxtından əvvəl qaliblər sırasından çıxaranlar da olmuşdu. Bu barədə bir qədər sonra məlumat verəcəyik. Hələliksə, müsabiqənin gedişatı ilə yaxından tanış olaq.
Tədbiri Elçin Əlibəyli aparırdı. Onun MKM barədə verdiyi qısa məlumatdan sonra müsabiqənin təşkilatçısı və ideya müəllifi Nigar Köçərli söz aldı. O, ekspertlərə və münsiflərə təşəkkür edərək, qalibin ədalət prinsipi əsasında qiymətləndirildiyinə ümid etdiyini bildirdi.
Daha sonra müsabiqənin əsas hissəsi başladı və ilk olaraq xarici ədəbiyyatdan tərcüməyə görə mükafat verildi. Qalibi ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Terri Devidson açıqladı. Ən maraqlı məqam isə əcnəbi dildə yazıb-yazmamaq və milli müsabiqədə başqa dildə yazıb təmsil olunmaq kimi müzakirələrin getdiyi bir dönəmdə Devidsonun müsabiqəyə və dilimizə hörmət əlaməti olaraq Azərbaycan dilində danışması oldu. Onun açdığı zərfdən Kamran Nəzirlinin adı çıxdı.
Məlumdur ki, MKM çərçivəsində həm də oxucuların mövqeyini əks etdirmək üçün elektron səsvermə təşkil olunmuşdu. Müsabiqənin rəsmi saytında keçirilən səsvermənin qalibinə diplom təqdim edilməli idi. Açıqlamadan məlum oldu ki, qalib Pərviz Cəbrayıldır. Çıxış üçün səhnəyə dəvət alan yazıçı oxuculara təşəkkür bildirdi.
Nəhayət, növbə 3-çü yerin sahibinin adının açıqlanmasına çatdı. Qalibin adını elan etmək üçün səhnəyə “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı dəvət olundu. O, əlindəki zərfi açdıqdan sonra bildirdi ki, üçüncülüyə bir deyil, iki yazıçı layiq görülüb. Siyahıya əsasən Nəriman Əbdülrəhmanlı və Natiq Rəsulzadənin adı açıqlandı. Qeyd edək ki, Natiq Rəsulzadə məlum olmayan səbəbdən tədbirdə iştirak etmirdi.
İkinci yerin qalibinin adını açıqlamaq üçün isə professor Cəmil Həsənli dəvət edildi. Onun əlindəki zərfin içindən Məqsəd Nurun adı çıxdı. Bu yerdə qeyd edək ki, tədbir öncəsi səslənən fərziyyələrdə qalib favorilər arasında Məqsəd Nurun da adı çəkilirdi.
Beləliklə, həyəcanlı an yetişdi. Professor Rafiq Əliyev qalibin adını açıqladı – münsiflərin səs çoxluğu Pərviz Cəbrayılı qalib etmişdi. Alqış sədaları altında ikinci dəfə mükafat almaq üçün səhnəyə çıxan Pərviz qalib olacağını gözləmədiyini bildirdi.
Pərviz Cəbrayılın adı açıqlananda isə MKM-in Münsiflər Heyətinin üzvü Rəşad Məcid zalı tərk etdi.
Tədbirdən sonra Kulis.az-a danışan Rəşad Məcid bildirdi ki, Pərvizin qalib olmasına etiraz əlaməti olaraq o, Rəbiyyət Aslanova və Çingiz Abdullayev münsiflər heyətindən istefa verdilər. Rəşad Məcid Nigar Köçərlidən münsiflərin səslərini açıqlamaq tələbini də irəli sürdü. Bu isə o deməkdir ki, bəzi münsiflər səslərin düz hesablanmadığını iddia edirlər. Başqa sözlə, bir il davam edən MKM müəmması indi də başqa mövzu ilə gündəmi məşğul edəcək.
Vüqar Qurdqanlı
Foto: Elmin Həsənli

1127 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024