Asif Atadan roman bombardmanı
11 sentyabr 2012
09:51
Tənqidçi Asif Əfəndiyevlə müsahibə
- Söhbətimizi Zamandan başlayaq, Zaman təsdiq edir, Zaman inkar edir: imkanın da, imkansızlığın da zaman hüdudu var. Zaman ədəbiyyatdan nə tələb elədi, ədəbiyyat bu tələbə necə cavab verdi? Kolxoz romanı nəydi? İstehsalat romanı nəydi? “Konkret insan” ideyası nə demək idi?
- Zaman bəşəriliyin, insaniliyin ön plana çəkilməsini tələb eləyir. Ədəbiyyat isə bir çox hallarda insana çatmır. Canlı, hərtərəfli insan cansız, birtərəfli funksiyaya, ifaçıya çevrilir.
Təsərrüfat hadisəsi, münaqişəsi, tarlayla, xırmanla, anbarla bərabərləşən həyat.
Əslində kənd yox olurdu kolxoz ədəbiyyatında: nə təbiət görünürdü orada, nə də əsl kəndli: bəzən nə toyu bilinirdi kəndlinin, nə yası: nə analıq görünürdü, nə övladlıq: ömür düzlərə səpələnirdi, arabalarda daşınırdı. Daxili aləmin sönük işıltısı süzülürdü ən yaxşı halda kitablardan: duyğu zənginliyi, düşüncə genişliyi yoxa çıxırdı. Təsərrüfata pərçimlənən adam qalırdı əsərdə.
İstehsalat mübahisəsində, gediş-gəlişlərində cərəyan edən həyat, zavod, fabrik, sex, dəzgah səddinə ilişib qalan fikir, duyğu: mühəndis, fəhlə, rəis, direktor ifaçılığıyla məhdudlaşan “insaniyyət”, sənaye həyatını bəzəyən intim həyat yamağı, istehsal adamı - dünyası məhdud, qapalı.
Dünya, gözəllik, xeyir-şər, ədalət, inam kimi “mücərrəd” düşüncələrdən, duyğulardan azad olmuş, deməli, öz əzəli insani mahiyyətindən ayrı düşmüş, şəraitlə eyniləşən beş günlük adam!
İnsanda əbədi, sabit, əzəli nə varsa mötərizəyə salınırdı. Konkretlik sistemi yaranmışdı.
“Mücərrəd insan yoxdur, konkret insan var!” mülahizəsini ehkamcasına mütləqləşdirirdilər və bəsit şüur idrakın zirvəsinə qaldırılırdı.
Şeirlərin məzmunu qəzetləşirdi, bir sıra hallarda təbliği patetika bədiiləşir, şeirin mütəfəkkirlik siqləti yox olurdu.
“Həyat haqqında mücərrəd danışma!”.
“İnsan haqqında mücərrəd danışma!”.
“Xeyir haqqında mücərrəd danışma!” – deyirdilər və bəlkə də idraksızlığı ucaldırdılar.
İnsan qalmırdı “mücərrədçiliyə qarşı döyüşdə”, zümrə qalırdı, ixtisas qalırdı, iqtisadi rol qalırdı və mənəvi-ruhani qıtlıq törəyirdi konkretlik xurafatından.
- Ədəbi-bədii fikrin, estetik dünyanın daha çox ictimailəşməsi, daha çox siyasiləşməsi gedirdi: bu halda milliliklə beynəlmiləlçiliyin münasibəti, yəqin ki, düzgün qiymətləndirilmədi?
- Bədii idrak siyasi idrakla eyniləşdirilirdi.
Ümumbəşərilik sənətin əsas xassəsidir.
Fetişləşən sinfilik prinsipi tənqidi fikri iqtidardan salırdı. İstedadlarla zəngin olan 20-30-cu illər tənqidi əslində ədəbiyyatı sxemləşdirməklə məşğul idi.
Əslində ədəbi fikir sxemlərdə donub qalırdı.
İnsansızlaşmada millilik beynəlmiləlçiliyə əlavə, bəzək, naxış kimi qiymətləndirilirdi.
Məlum düsturda sənət milli məzmundan məhrum olurdu, millilik formayla, biçimlə məhdudlaşırdı.
Milli sənətə avrosentrik ölçülərlə yanaşılırdı, əslində isə o son dərəcə özünəməxsus bir hadisədir, nəzəri sxemlərə sığmır: ancaq sənətimizin fərqli cəhətlərindən ürkək danışılır, halbuki, onlarsız bədiyyatımızı düzgün anlamaq olmaz.
Realistdirmi, romantikdirmi, klassikdirmi, sentimentalistdirmi Nizami?
Realistdirmi, romantikdirmi Füzuli?
Romantiklərdən daha heyrətli ideala vurğun, realistlərdən daha canlı daxili aləm təsvirçisi!
Bayronçumu, Şelliçimidir Azərbaycan romantikləri?
Özlərinə bənzəyirlər, Avropa romantiklərindən fərqlidirlər, çünki Vətən, millət amallıdırlar, xalq ideyasının tərcümanıdırlar, realist Cəlillərlə, Sabirlərlə mənəvi qohumdurlar.
Avropa romantikasında xalq, millət ideyası yoxdur, şəxsiyyət azadlığı ideyası var.
Volterlərin, Didroların təqlidçiləridirmi Azərbaycan maarifçiləri?
Yox! Həyatın, zamanın tələbindən doğmuşdular, Avropa maarifçilərindən fərqli olaraq maariflənmiş monarxdan daha çox tərəqqiyə çağırılan xalqa bel bağlayırdılar.
Ədəbiyyat söz sənətidir və xalqın dil tarixinin mühüm hissəsidir, dil tarixindən ayrı salınmış ədəbiyyat yoxdur.
Nizaminin kölgəsində daldalanmaq istəyənlər yanılırlar! Farsdilli Nizami tarixi faciəmizdir və heç cür örnək rolu oynaya bilməz.
İnsandan ayrılma, insanın tarixi, ictimai, ruhani ifadəsi olan millilikdən ayrılmaya gətirib çıxarırdı: milliliyə etinasızlıq əslində insana etinasızlığın təzahürüdür.
Ədəbiyyatımızda humanizm azalırdı, biz isə keçmiş və bugünkü “xırda burjua”, “mücərrədçi” humanistlərə ağız büzürdük, özümüzdən başqa humanist tanımırdıq, bizdən kənarda nə vardısa danırdıq...
- Yenə əlahəzrət Zamana qayıdaq: bizim təfəkkürümüzdə “son zaman” anlayışı var. Son zamanlar ədəbiyyatımızda nə baş verdi, xüsusilə nəsrimizdə diqqətəlayiq nə var, nə yox?
- Son zamanlar nəsrimizdə diqqətəlayiq meyllər müşahidə olunur. Onların bəziləri haqqında fikrimi bildirmək istərdim.
İsa Hüseynovun “İdeal” romanı haqqında. İnsanın ideal tapmaq, ideala tapınmaq haqqı var. Uzun, çətin yol keçir insan ideala yetmək üçün və özü yetkinləşir, ideallaşır bu yolda.
Kimdir Sultan Əmirli, Səmədin ideal saydığı insan? Polad iradəli, əqidə fədaisimi, yoxsa səadət qatilimi? Xalqsevərmi, mənsəbpərəstmi? Xeyirxahmı, bədxahmı?
Müəllif bu suallara Sultanın xeyrinə cavab verir. S.Əmirli xalqın tarixi ləyaqəti uğrunda döyüşən cəngavərdir, fədaidir, zorun qurbanıdır. Xalqını “inildəyə-inildəyə” dəhşətdən qoruyan, “o taylı-bu taylı” fədai özündən otuz yaş kiçik qızı yatağına gətirməyə necə qıyır, gördüyündən necə göz kirəsi istəyir, vəhşi dərəbəyliyi insafına necə sığışdırır? “Qurğudur!” – deyir müəllif, “keflənmişdi, ani halın təsirinə qapılmışdı” və s. Ancaq Gülgəzlər fəlakəti göz önündən çəkilmir və Sultan Əmirli sultanlaşır, qatilləşir, qəddarlaşır: fədaiylə qatil yanaşı dayanır və fədailik qətl olunur.
Xalqın fəlakətinə qarşı döyüşün yanında bir Gülgəz fəlakəti nəymiş ki! - deyir əsər. Məsələnin bu cür qoyuluşuyla razılaşmaq olmaz.
Bir insan fəlakətindən başlayır xalq fəlakəti, bir insan qətlindən başlayır xalq qətli, çünki bir insan miniatürdə xalqdır, hər bir fərd xüsusi, əvəzsiz, xəlqi bir dünyadır.
“Milyonları səadətə çatdırıram, ona görə də yüzlərini qətl edirəm” fəlsəfəsi görünməmiş fəlakətlər yaratdı, sağalmaz yaralar vurdu xalqın sinəsinə, Gülgəzə qıyan xalqına da qıyar, bir dəfə zorakılıq eləyən yüz dəfə də eləyər, insan haqqından kənarda xalq haqqı yoxdur!
Romanın gücü xalq aqibətinə qatil kəsilən amansız, qəddar və pozğun zorun təsvirində və xalq həyatının ruhani mənasının təsdiqindədir. Əsərdə xalqın ömrünə, gününə daraşmış canavar xislətli zor mənfur möhtəşəmliyiylə, qanlı özünəinamıyla, zəhərli şübhəsiylə, fitnə-fəsad məharətiylə, qəddar qatilliyiylə, yağılıq həvəsiylə, dağıtmaq eşqiylə canlandırılır.
Romanda xüsusi yer tutan Bağday haqqında ruhani-tarixi hədis – rəmzi hekayət əsl sözdür, xalis, gərəkli, idraklı, sabahlı sözdür.
Əsərdə zor nümayəndələrinin tarixi ünvanı düzgün göstərilir (Mir Qəzəb və .s), ancaq zor fəlakəti məncə, bütöv izah olunmur. Zənnimcə, Mirqəzəblər tək Pəhləvizmə yox, ümumən şovinizmə xidmət edirdilər və bu xidmətdə canfəşanlıq göstərirdilər.
Mirqəzəblərdə xəlqi şüur anadangəlmə yox idi, onlar beynəlmiləlçiliyi antimmillilik kimi anlayırdılar, bu səbəbdən də millətin ölümünü bəşər üçün itki saymırdılar.
Onu da qeyd edək ki, İsa Hüseynovun əvvəlki əsərlərində bütün dolğunluğuyla təsvir olunan və “İdeal”da gözəlləşdirilən Qılınc Qurbanlar, Sultan Əmirlilər bu iqlimin yaradıcıları idilər və bu səbəbdən də insan haqqının tapdalanmasında onların şəksiz xidmətləri var.
“Yanar ürək” romanından imtina etmək mümkün deyil. O, həyatımızın müəyyən dövrü haqqında həqiqi bədii hekayətdir.
Əsərin də insan kimi yaşamaq haqqı var və bu haqqı sənətkar özü belə onun əlindən ala bilməz!
Yusif Səmədoğlunun “Qətl günü” romanı barədə. Qatillik irsi haqqında zəruri, yetkin, yüksək səviyyəli bədii söz. Qanlıların əzəli tarixi, aqibəti: qanlı hökmdarların, rəislərin.
Dərdlilərin, saralanların fəlakəti.
Çirklilərin bəd əməlləri.
Şahidlik, qurbanlıq taleyi.
Dünyanın başına yağdırılan alqışlar, nifrinlər, qarğışlar.
Qətl bayramları.
Baba Kahalar cəzası, qisası.
Fəlakətli, məşəqqətli insansevənlər - Üfləmə Qasımlar şəfqəti.
İnsana yanan, insan yönlü əsər - ədəbi hadisə səviyyəsində.
Mövlud Süleymanlının “Köç” romanı haqqında. İnsanın xalqlaşma haqqı var. Bu haqq ölümdən keçir, kədərdən keçir, naşılıqdan keçir, yadlıqdan keçir, yağılıqdan keçir.
“Köç” romanında xalqlaşma yolu bilinir – yoxuşuyla, enişiylə, qara tikanıyla, başının üstündən şığıyan şimşəyiylə, dolusuyla, ürəyindəki ümid işığıyla. Kökün, nəslin əzəli yaddaşından söhbət gedir romanda İmirin timsalında.
Əsərdə qədimlik adlanan ucalıq təsdiq olunur, müdrik “səylik”, qüdrətli səs dəyərləndirilir. Atlılar, atalılar ləyaqəti çağırılır.
Yurdlaşmaq əməlindən, yadlıq, yağılıq bədəməlindən danışır roman.
Fikir, duyğu, üslub təravəti, özünəməxsusluğu, xəlqiliyi görünür əsərdə.
Əlibala Hacızadənin “Vəfalım mənim” romanı haqqında. Əsərin qəhrəmanlarından biri - N.Osmanzadə ziyalıdır, alimdir, ancaq zorludur - işıqlı deyil, qorxuzandır - qandıran deyil, tutan-kəsəndir, zorbalıq var xislətində.
Komissiya düzəldəndir, seyf açan, seyf bağlayandır, açarlı, möhürlüdür.
Zorlunun məddahı olmalıdır zoru göyə qaldırıb günəşə tay eləyən.
İncidir, didərgin salır, alçaldır adamları zorluq.
Urvatsızdır, məhəbbətsizdir, əslində, gərəksizdir - zor haqqı yoxdur dünyada.
- Gəldik tənqidə.
- Tənqid bir-biri ilə bağlı üç məqsədə xidmət eləyir, məncə:
Ədəbiyyat vasitəsilə xalqı mənəvi-idraki mənada yetirir, böyüdür, yüksəldir.
Ədəbiyyatı təhlil eləyir, dəyərləndirir, istiqamətləndirir.
Müstəqil estetik-bədii təsir vasitəsi rolu oynayır.
Birinci məqsəd tənqidin filosofluğunu, ikinci müəllimliyini, üçüncü sənətkarlığını müəyyən eləyir.
Tənqid ədəbiyyatla xalq arasında körpüdür, ədəbiyyat vasitəsilə xalqla danışmaqdır. Xalqı öyrənmək və öyrətməkdir.
Tənqidin qapısı xalqın üzünə açıq olmalıdır.
Tənqidin qapısını xalqın üzünə bağlamaq, tənqidi yox etməkdir.
Müəlliflər bəzən elə yazırlar ki, xalq anlamasın. Çünki əslində anlamalı bir şey yoxdur - buna görə də anlaşılmaz yazırlar, anlaşılmazlığın arxasında gizlənirlər, terminlərdən yapışırlar, elmi görünməyi idraklı olmaqdan üstün tuturlar. Qəlizliyi dərinlik əvəzinə işlədirlər. İstedad işiğını məlumat parıltısı ilə əvəz etmək istəyirlər.
Koordinatlar, simmetriyalar, monolitlər qarışığında ədəbi fikrə yer qalmır.
- Əgər söhbət ədəbi fikrin koordinatlarından, simmetriyalarından, monolitlərindən gedirsə, məncə, bu da lazımdır: gəlin məsələnin bu tərəfini mübahisəli saxlayaq...
Sözümüzü necə qurtaraq?..
- Ədəbi məsələ də, tənqidi məsələ də ilk növbədə insan məsələsidir. İnsana qayıtmaq gərək!
Əməkdaşın əlavəsi: Müsahibə gedişində tənqidçinin bəzi mülahizələrilə polemika aparmaq olardı, lakin mən buna o qədər də ehtiyac görmədim: düzü əyridən seçən Zaman var, ədəbi ictimaiyyət var, nüfuzlu oxucu sözü var - mübahisə davam edir.
Müsahibəni hazırladı: Nizami Cəfərov.
“Ədəbiyyat və incəsənət ” qəzeti, 1987-ci il.

1789 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024