Oğluna yolun soyuq tərəfi ilə getməyi məsləhət bilən xalq şairi
12 iyul 2012
04:00
Kulis.az yazıçı Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabına istinadən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, üzvlərinə, vaxtilə bu Birliyin üzvü olmuş və dünyasını dəyişmiş insanlara aid maraqlı əhvalatları təqdim edir.
Anarın ənənəvi vədi
1991-ci ilin martında Azərbaycan Yazıçılar Birliyinin doqquzuncu qurultayında yazıçı Anar ikinci dəfə Birliyin sədri seçiləndən sonra ilk dediyi bu oldu:
-Bu vaxta qədər necə işləmişəmsə, bundan sonra da elə işləyəcəyəm. Artıq heç nə vəd eləmirəm.
Yazıçıların növbəti qurultayında yenidən Yazıçılar Birliyinin sədri seçilən Anar beş il əvvəl verdiyi vədi yenidən təkrar etdi.
“Qoyma küçənin soyuq tərəfilə getsin”
Fikrət Qoca Moskvada xəstəxanada yatanda oğlu Yalçınla burada təhsil alan şair Arif Fərzəli ona baş çəkməyə gəlirlər. Onlar geri dönəndə havanın soyuq olduğunu görən F.Qoca plaşını oğluna təklif edir.
Yalçın əyni nazik olsa da plaşı götürmür.
F.Qoca Yalçından yaşca böyük olan Arifə üz tutub deyir:
-Arif, Yalçını qoyma küçənin soyuq tərəfilə getsin!
“Bəxtiyar Vahabzadə bir şillə ilişdirdi”
Şair Ağacavad Əlizadə “Azərbaycan” jurnalının poeziya şöbəsində işləyərkən Bəxtiyar Vahabzadə ona jurnalda çap olunmaq üçün yeni şeirlərini təqdim edibmiş. Elə olur ku, A.Əlizadə B.Vahabzadənin şeirlərini bəyənməyib müəllifə qaytarmaq istəyəndə sözləri çəp gəlir. Dartışırlar. Hətta, B.Vahabzadə hirsini cilovlaya bilməyib A. Əlizadəyə bir şillə ilişdirir. Məsələ böyüyür. Yazıçılar Birliyinin rəhbərliyi onları barışdırmaq istəyir. Axırda B.Vahabzadə üzr istəməli olur və həmkarı ilə əl tutub onun üzündən öpür.
Sədr A.Əlizadədən soruşur:
-Hə, razı qaldın?
A. Əlizadə cavab verir:
-Yox, razı qalmadım. Bəxtiyar mənim sağ üzümdən öpdü, ancaq şilləni sol üzümə vurmuşdu.
DTK-nın Xəlil Rza qorxusu
1990-cı ildə, SSRİ vaxtında şair Xəlil Rza dövlətdən təzə mənzil alanda deyib:
-Mənə bu mənzili sovetin Dövlət Təhlükəsizlik Komitəsi verib! Qorxusundan!
“Siz mənə iki qazan borclusunuz”
Oxucularla görüşdə yazıçı Əlibala Hacızadəyə bir qadın deyir:
-Siz mənə iki qazan borclusunuz.
Yazıçı, qadının dediklərindən bir şey başa düşmür, pərt olur. Qadın açıqlama verir:
-Bir dəfə bazarlıq edib evə qayıtdım. Mətbəxdə əti qazana doğrayıb qazanı odun üstünə qoydum və “İtkin gəlin” romanınızı oxumağa başladım. Başım kitaba elə qarışdı ki, ət də yandı, qazan da. İkinci dəfə qazan asdım. Yenə başım romana qarışdığından ət qarışıq qazan da zay oldu.
“Sabah da içəcəyəm, o biri gün də”
Dostum Qormaz Şıxəlioğlu danışırdı ki, bir gün Teleradio Şirkətində bizimlə işləyən, son bir həftədə xəbərsiz-ətərsiz yoxa çıxan yazıçı Namiq Abdullayevin dalınca evinə getdim.
Namiq müəllimin evinə çatıb, qapısını döydüm. Handan-hana içəridən hənirti gəldi. O, qapını açdı. Axşam içdiyi içkidən qalan baş ağrısından üzünü turşuda-turşuda mənə baxdı.
Mən dedim:
-Salam, Namiq müəllim, necəsiniz?
Namiq müəllim salamımı almadan cavab verdi:
-Qorxmaz, o geydirmə sözləri yığışdır! Pulun varsa, tez mənə 20 manat ver! (İki arağın pulu)
Pulu verdim və dedim:
-Namiq müəllim, baş redaktor tələb edir ki, sabah işə çıxasınız.
Namiq müəllim kəsədən getdi:
-Sabah işə çıxa bilmərəm! Sabah da içəcəyəm, o biri gün də! Ölməsəm, altdakı gün işdəyəm.
“Türemşik şair”
Salyanlı şair Ağamurad deyirdi ki, sözün doğrusunu danışan mənəm, altı dəfə dəlixanada, iki dəfə türmədə yatmışam.
“Bir tərifləməyə gedirik də”
Şair Zəlimxan Yaqub mənə xəbər verdi ki, Gəncədən gəlirəm, Sabir müəllim (Sabir Əliyev, füzulisünas alim) 60 illlik yubileyini keçirdəcək. Bakıdan sənnən məni dəvət eləyib, hazırlaş!
Soruşdum:
-Tədbiri kim hazırlayır, harda keçiriləcək?
Zəlimxan Yaqub dedi:
-Bilmirəm. Tədbiri kim hazırlayır, harda keçiriləcəkdir, bizə nə dəxli? Biz tərifləməyə gedirik də!
***
Şair Zəlimxan Yaqub çox hündürdən danışıb-güləndi. Birinci mərtəbədə güləndə səsi doqquzuncu mərtəbəyə gəlir. Özü danışırdı ki, cavanlıqda Respublika Kitabsevərlər Cəmiyyətində işləyəndə bir dəfə dəhlizdə ucadan danışıb-gülməyimi sədr mənə irad tutdu. Ona belə cavab verdim:
-Vallah, bunun günahı məndə deyil. Körpə olanda anam süddən kəsilibmiş, məni çamış südü ilə böyüdüblər. Ona görə də ayağımın ölçüsü 46, başımın ölçüsü 60, səsim də belədir.
Salam kamera qarşısında yuxulamışdı
Azərbaycan televiziyasında aparıcısı olduğum “Gülüstan” ədəbi verlişinin növbəti çəkilişi gedirdi. Şair Salam sərxoş olduğuna görə demək olar ki, çəkiliş boyu oturduğu yerdə mürgülədi. Verilişin sonuna yaxın “Salam, Salam”-deyə onu oyadıb dedim:
- Salam, kamera qabağında yaxşı yatırsan, hərdən gəl, bizim “Gülüstan”da yat!

1408 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024