Nizami Cəfərov: “Aqil Abbası “Ədəbiyyat”a daxil etmək mümkün deyil” MÜSAHİBƏ
14 iyul 2012
07:00
Kulis.az-ın suallarını Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov cavablandırır.
Müsahibənin birinci hissəsi: “Nəcəf bəy Vəzirov, Seyid Əzim dərslikdə olmamalıdır”
-Xalq yazıçısı Çingiz Abdullayevin adının dərsliklərə salınmasının qarşısını sizin almanız barədə məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
-Orta məktəb proqramı hazırlananda baxdım ki, proqram normaldır. Amma proqrama Çingiz Abdullayev də salınıb. Qardaş, baxdım ki, orta məktəbin son sinfi, Çingiz Abdullayev, “Əclafların qanunu” romanı... Fikirləşdim ki, bu işin axırı necə olacaq? (gülür) Onu da fikirləşdim ki, Çingiz Abdullayev Azərbaycan dilində yazsa idi, janra görə orta məktəb dərsliyinə daxil etmək olardı. Çünki dedektiv həqiqətən də istiqamətdir. Çingiz Abdullayevin xətrini çox istəyirəm, özü də ürəyəyatımlı bir insandır. Yaxşı məclis adamıdır, onunla istənilən səviyyədə söhbətlər etmək olar. Kifayət qədər bilikli, məlumatlı adamdır.
Bütün bunlara baxmayaraq onun adını proqramda görəndə dedim ki, nə onun, nə də mənim həyatımın ictimai əhəmiyyəti yoxdur. Çingiz Abdullayevlə mən bir ildə anadan olmuşuq. Nə yazacaqlar, biz neyləmişik ki? Ağzımıza gələni yazmışıq, bəzən düz olub, bəzən səhv olub. Bizim həyatımızın bir elə mənası yoxdur ki, orta məktəb uşaqları bunları öyrənsin. Bunun əvəzinə dərsliyə İsmayıl Şıxlını saldım. Onun “Dəli Kür” romanı var, müharibədə iştirak edib, cəbhə xatirələrini yazıb. Yazıçılar Birliyinə rəhbərlik edib. Heç olmasa, bu xüsusiyyətləri var. Bizim nəyimiz var, bizdən nə yazacaqlar? Ona görə də dedim “qağa”nı buradan çıxarmaq lazımdır. Təbii ki, o, məndən incidi. Onun günahı başqalarında görməməyindən ötrü özünə dedim ki, qağa, səni oradan mən çıxartmışam. Nə vaxt, nə günah görsən, məndə axtararsan. Bu, bir zarafat idi, tarix idi, keçdi getdi.
-Bəs Hüseynbala Mirələmovun hansı məntiqlə dərsliyə salınıb?
-Doğrudur, dərsliklər yazılanda heç vaxt belə bir fikir olmayıb ki, Hüseynbala Mirələmovu dərsliyə salaq. Amma onun “Gəlinlik paltarı” romanını oxudum, çox xoşuma gəldi. Xüsusən gənclər üçün çox vacib məqamlar var. Qadınların müxtəlif idealları olur, ancaq gəlin, etiraf edək ki, bu idelların əxlaq tərəfi bu gün çox da nəzərdə tutulmur. Sevdi, qurtardı getdi. Görürsünüz də, gecələr barlar dolu olur, onlar sevgilərini, istəklərini bu yolla cəmiyyətə təqdim edirlər. Eyni sözləri cavan oğlanlar haqqında da demək olar. Həyatlarına, hisslərinə, arzularına məsuliyyətsiz yanaşma var. Deyirlər ki, bu iş bu gün olmalıdır, sabahı fikirləşmirlər. Bu məqamlar “Gəlinlik paltarı” romanında vardı, ona görə xoşuma gəldi.
Bir də Hüseynbala Mirələmovun Qarabağ haqqında çoxlu emosional pyesləri çıxdı. Bundan başqa bizim ümummilli liderimiz haqqında çoxlu yazılar yazdı. Bütün bunlar artıq əsas verirdi ki, Hüseynbala Mirələmov haqqında orta məktəb dərsliklərində yazılsın. Şagirdlər bilsin ki, belə bir müəllif və onun yazıları, əsərləri var. Onu da dedim ki, “Gəlinlik paltarını” orta məktəb kitabxanalarına göndərsinlər, uşaqlar oxusunlar. Bir məqamı da deyim ki, Hüseynbala Mirələmovun təbiətin ekologiyası ilə bağlı da maraqlı əsərləri var. Onun bir cümləsini deyim: “ Meşələri, ağacları qırdılar, min illər boyu ağacların yarpağında, qabığında gizlənən həşəratlar ortaya çıxdı. Heç vaxt ortada olmayan həşəratlar əyni-başı soyundurulmuş insanlar kimi utanırdılar”. Düzdür, bu ideya Çingiz Aymatovda da var, ancaq bu, mənə daha maraqlı gəldi.
- Bu günlərdə mətbuata verdiyiniz açıqlamada demisiniz ki, Yunus Oğuzun da adını dərsliklərə salmaq fikrindəsiniz. Bu açıqlama birmənalı qarşılanmadı.
- Əmir Teymur, Nadir şah, Atilla, ümumən türklər haqqında Azərbaycanda daha yaxşı yazan varsa, onu da daxil edə bilərik. Bu, yeni hadisədir, daxil etdik. Tofiq Bayramı da dərsliyə saldıq. Bizim onu dərsliyə daxil etməyimiz o deməkdir ki, bu kişi bura əvvəldən daxil olmalı idi. Səhvimiz idi, düzəltdik. Deyirlər ki, Hüseynbala Mirələmovla dostsan, bu səbəbdən onu dərsliyə salmısan. Vallah, mənim o qədər başqa dostlarım var ki...
- Məsələn, dostunuz Aqil Abbasın adını dərsliyə salmamısınız. Halbuki onun Qarabağ mövzusunda yazdıqları Hüseynbala Mirələmovun yazdıqlarından çox daha ciddidir.
- Aqil Abbas Hüseynbala Mirələmovdan daha yaxın dostumdur. Aqil Abbasın müharibə mövzusunda yazdığı romanları orta məktəb dərsliyinə daxil etmək mümkün deyil, çünki bu romanlar yaşlılar üçündür. Məsələn, Aqil Abbasın romanında əsgəri təhqir edirlər, bu, bizim gerçəkliyimizdir. Orta məktəb proqramına nəyisə daxil edəndə fikirləşirik ki, həm yaşa uyğun, həm də maarifçi əhval-ruhiyyəli əsərlər olsun. Əsər bir az zəif də ola bilər, ancaq mütləq bu tələbə cavab verməlidir. Aqil Abbas peşəkardır, buna söhbət yoxdur, gələcəkdə yəqin ki, onu da daxil edəcəyik. Amma fikirləşirik ki, onun elə bir əsəri üzərində dayanmalıyıq ki, orta məktəbdə izah etmək mümkün olsun.
- Sovet vaxtı müharibə haqqında ən yaxşı əsərlər yox, daha çox pafoslu əsərlər dərsliklərə salınırdı. Əsərlərin ideyalığı daha önəmli idi, nəinki onun bədii keyfiyyəti. Sizin dediklərinizdən belə başa düşürük ki, siz də eyni yolu gedirsiniz.
- İdeya məsələsi mütləq nəzərə alınır. Biz müstəqil Azərbaycanın nəslini yetişdiririk. Burada yalnız estetikaya, sənətkarlığa üstünlük vermək çətindir, hətta mümkün deyil. Əsas odur ruh, intonasiya səndə olsun, məzmunu özün tapacaqsan. İdeyanı izah etmək daha asan olur.
Bəlkə də vətənpərvərlik ideyasının dərininə getsən, analitik təhlil etsən, heç vətənpərvər olmazsan. Orduda hamının düşünməsinə ehtiyac yoxdur. Hamı düşünsə, hərə bir tərəfə gedər. Orada bir nəfər düşünməlidir. İdeya bax budur. Xüsusilə gənclər üçün mütləq şüarlar, mübahisəsiz mübağilələr lazımdır. Ancaq nəticə etibarı ilə perspektivli olmalıdır. Bəzən deyirlər ki, İkinci Dünya müharibəsini Azərbaycana zorla müncər elədilər, heç o bizim problem deyildi və nə qədər də insanlarımız qırıldı. Bu cür olmaz. İdeya məsələsi ümumiyyətlə, bizdən asılı deyil, insanın təbiətindədir. Ancaq ideyaların da bir həcmi var, orta məktəbdə ideyaları müəyyən həcmdə tədris etməlisən.
Aqil Abbasın bir romanını başa salmaq üçün bəlkə də bir ay vaxt lazımdır. Biz hətta klassik şairləri, yazıçıları təqdim edəndə nə anlaşıla bilərsə, onu seçirik. Füzulinin elə qəzəlləri var ki, nəhəngdir. Nəsiminin çox mükəmməl qəzəlləri var. Bunları orta məktəb proqramına daxil edə bilərik. Ancaq şagirdə başa sala bilmərik. Belə şeyləri proqrama salsaq, gərək müəlliflər kitablarını vurub qoltuqlarına getsinlər orta məktəblərə, yazdıqlarını başa salmağa. Hələ şagirdlərin mətləbləri nə dərəcədə başa düşəcəklərini bir kənara qoyuram, müəllimlər bir şey başa düşəcəklərmi?
- Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı olmusunuz. Bu mənada filoloqları siz yaxşı qiymətləndirə bilərsiniz. Amma onlardan narazılıq edirsiniz...
- Biz filologiya fakültəsində oxuyanda səviyyə necə idisə, mən dekan olanda da səviyyə elə idi. Ancaq mən dekan olanda tələbələrin dünyagörüşü bir az genişlənmişdi. Digər tərəfdən kitabları əldə etmək, dərnəklərdə iştirak baxımından indi sərbəstlik var. Amma bir ciddi problem var. Bizim vaxtımızda abituriyent məhz filologiya fakültəsini seçirdi, məhz ədəbiyyatçı, dilçi olmaq istəyirdi. İndi vəziyyət necədir? Dekan olanda yeni qəbul olunan tələbərdən zarafatla soruşurdum ki, kimlər hüquq fakültəsinə daxil olmaq istəyirdi? On beş-iyirmi nəfər ayağa qalxırdı. Deyirdim ki, kimlər şərqşünaslığa girmək istəyirdi? Beş-altı nəfər ayağa qalxırdı. Kim jurnalistikaya, kim beynəlxalq münasibətlərə girmək istəyirdi? Yeni qəbul olunan tələbələr ayağa qalxırdı. Baxırdım ki, dilçi, ədəbiyyatçı olmaq istəyənlərin sayı çox azdır. Təbii ki, belə halda normal filoloq hazırlamaq çox çətindir.
Ona görə ki, oxuduqları müddət ərzində onların fikri köçürmənin yanında qalır. Əlbəttə, səviyyəli uşaqlardır, yüksək bal toplayıblar. Buna baxmayaraq o ürək, o maraq yoxdur. Məsələn mən sənədlərimi jurnalistika fakültəsi üçün hazırlamışdım. Mənim üçün jurnalistika həmişə ideal olub, həmişə demişəm ki, bu sahədə çalışacağam. Sənədlərimi götürmədilər ki, iki il iş stajı lazımdır. Sonra hüquq fakültəsinə sənəd vermək istədim, yenə staj lazımdır, dedilər. Tarix fakültəsinə üz tutdum, eyni şeyi eşitdim. Filologiyada staj lazım olmadı, ona görə də sənədlərimi bura verdim.
- Deməli, filologiya sizin də ilk seçiminiz olmayıb. Siz axı yaxşı filoloq olmusunuz.
- Gördüm, daha başqa əlacım yoxdur. Görünür, mən də Qan Turalı kimi universal zəka imişəm, ona görə də uğur qazana bilmişəm (gülür). Amma jurnalistika məni həmişə çəkdi. “Ədəbiyyat qəzeti”ndə çalışdım, müxtəlif qəzetlərlə əməkdaşlıq etdim. Kim ki, yetişmək istəyir, onu yetişdirirlər. Sən tələbəsənsə, müəllimliyin yarısını özün etməlisən. Yarıya qədər özün müəllim olmalısan ki, biləsən, nə istəyirsən. Sonra davam edib gedəcəksən.
- “Ədəbiyyat qəzeti” haqqında bəlkə də yeganə müsbət fikir səsləndirən adam sizsiniz. Hətta Anar da demişdi ki, “Ədəbiyyat qəzeti”ni bəyənmir. Doğurdanmı bu qəzetin səviyyəsi sizi qane edir?
- “Ədəbiyyat qəzeti”nin bircə nömrəsini heç olmasa, vərəqləməsəm elə bilirəm ki, nəsə yarımçıq qalıb. Ona görə də həmişə saxlayırlar, hətta xarici səfərdə olanda da, sonradan gəlib baxıram. Gənc yaşlarımda bu qəzetdə tənqid şöbəsinin müdiri idim. Özü də Nəriman Həsənzadə məni o vaxt dəvət elədi ki, işsiz idim. Təsəvvür edin, işi olmayan adama belə bir iş verəsən. Ürəkdən fəaliyyətə başladım. O vaxt “Ədəbiyyat qəzeti”nin tirajı 100 mini keçirdi. Həmin dövrdə də dəfələrlə bu qəzetin məsələsi qoyulurdu ki, yaxşı çıxmır.
Özü də o illərdə cavan nəsil yazıçılar meydana çıxmışdı: Əlisəmid Kür, Həmid Herisçi, Murad Köhnəqala. Çayxanalarda bir yerdə olurduq, mükəmməl bir çayxana məktəbi vardı. Məktəbin də Aydın Məmmədov, Kamil Vəliyev, Vidadi Məmmədov kimi usta müəllimləri vardı. Rəhbərliyi də Əkrəm Əylisli edirdi. Əkrəm müəllim ümumiyyətlə, çox istədiyim adamlardan biridir, həm də nəhəng yazıçıdır. Onda bir inqilabçılıq vardı, gəncləri də başına yığırdı, kimdəsə bütləşmə meylləri əmələ gəlirdisə, ona qarşı elə bir hücum başlayırdı ki... Bu hücumun qarşısında durmaq mümkün deyildi. Hücum çayxanada başlayırdı, çünki o vaxt mətbuatda hücum imkanı yox idi. İlk dəfə olaraq Anar müəllim çayxanada səsləndirilən ideya, fikirlərin mətbuata çıxmasına şərait yaratdı. Yazıçılar Birliyinin qapılarını gənclərin üzünə açdı. İndi görürəm, həmin gənclərdən bəziləri deyir ki, gərək Anar müəllim qapıları açmayaydı. Ancaq hay-küy salırdılar, Anar müəllim də bu addımı atdı, gənclərin Yazıçılar Birliyi orqanlarına ayağı açıldı.
O vaxt “Ədəbiyyat qəzeti”nə Mərkəzi Komitə nəzarət edirdi. Qəzetdə nəsə solaxay fikir gedəndə Nəriman müəllimi Mərkəzi Komitəyə çağırırdılar. Əkrəm müəllim bu işi “Azərbaycan” jurnalında başlayıb jurnalı bada vermişdi (gülür). Nəriman müəllimə dedim ki, gəlin, cavanları çap edək. O da mənə “dərdiş” deydirdi. Dedi, dərdiş, axı bir şey yoxdur, bunların nəyini çap edəcəyik? Dedim, çap edək, görək nə olur. Çap etdik, sonradan nə gəlirdisə, çap edirdik. İndi də elədir, sadəcə, indi bütün qəzetlərdə ədəbiyyat səhifəsi var, çap olunmamaq problemi yoxdur. Mən elə bilirəm ki, indinin özündə “Ədəbiyyat qəzeti”ndən gözəl qəzet yoxdur. Bu qəzet həm də ona görə əzizdir ki, artıq yaşlanıram, nostalji adamı bağlayır. Nostalji bağlayanda və kimsə bu haqda pis bir şey deyəndə adam götürə bilmir. “Ədəbiyyat qəzeti”nə gərək əsər verələr ki, qəzet də çap etsin. Özləri əsər yazıb, çap edəsi deyillər ki... Həmişə münaqişələr olub, münaqişələrin olmasında da pis bir şey yoxdur. Heç kimə demək olmaz ki, niyə bu sözü dedin. Hər bir fikrin deyilmək, ifadə olunmaq haqqı var. Yaşayacaqsa, yaşayacaq. Dünya karlar, korlar dünyası deyil.
Ardı var...
Qan Turalı
Ağa Cəfərli
Qismət Rüstəmov

2203 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024