Çəmənzəminli heç kimi satmadı - ARAŞDIRMA
23 iyul 2011
06:00
Akademik Ziya Bünyadovun 1993-cü ildə çap etdirdiyi “Qırmızı terror” adlı kitabında 1937-38-ci illərdə xalqımızın ziyalı təbəqəsinə qarşı aparılan repressiya siyasətindən söz açılır. Həmin kitabda diqqəti cəlb edən bir çox məqamlar var. Söz yox ki, zaman-zaman bütün məqamları diqqətinizə çatdıracağıq.
Həmin kitabda 169 N-li istintaq işi Vəzirov Yusif Mirbaba oğlu (Yusif Vəzir Çəmənzəminli) barəsindədir.
Dosye: Vəzirov Yusif Mirbaba oğlu 1887-ci il sentyabrın 12-də Şuşada bəy ailəsində anadan olub. Uşaq yaşlarından türk, fars və rus dillərini öyrənib. 1929-cu ildə Bakıda “müsavatçılarla milli-təmayüllülərin antisovet bloku” yaradılır və Çəmənzəminli blokun rəhbər heyətinin sıralarında olur. İstanbulda Müsavatın hökumətinin konsulu olan Y.Vəzirov ingilis-fransız və Türkiyə kəşfiyyatları ilə əlaqədə olub. O, həmfikirləri arasında əksinqilabi görüşlər təbliğ edirdi. 1931-ci ildə Y.Vəzirov Azərbaycanın əksinqilabi millətçi təşkilatına üzv olur.
Yuxarıda sadalananlar həm də 1940-cı ilin yanvarın 25-də haqqında həbs qərarı veriləndə onun cinayət əməllərinin arasında yer alıb. Çəmənzəminlinin istintaqa cəlb olunmasına səbəb 1937-38-ci illərdə repressiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadiminin verdiyi ifadələri olub. Ziya Bünyadov həmin adamlardan bəzilərinin adını açıqlayıb: onun əksinqilabi təşkilata üzv olması barədə professor B. Çobanzadənin ifadəsi (1937-ci il) var; Neft İnstitutunun dosenti N. M. Şahsuvarov isə ifadəsində göstərib ki, Çəmənzəminli əksinqilabçı-millətçi təşkilatın (partiyalar bloku) rəhbər heyətində təmsil olunub (Şahsuvarov həmçinin həmin heyətə daxil olan daha 10 ziyalının da adını açıqlayıb).
Bütün bunlar əsas götürülərək Y. Vəzirov 27 yanvar 1940-cı ildə Özbəkistan SSR-in Urgənc şəhərində Pedaqoji İnstitutda müəllim işlədiyi vaxt həbs olunur. Xatırladaq ki, onun Urgəncə getməsinə səbəb, sonralar özünün də etiraf etdiyi kimi millətçi roman olan “Studentlər”ə görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılması və daha sonra işsiz qalması olub.
1940-cı ilin 14-15 fevral tarixində aparılan istintaqa Çəmənzəminli təsdiq edir ki, 1917-ci ildə Kiyevdə oxuyarkən Müsavat partiyasına üzv olmuş və partiyanın Kiyevdəki təşkilatının rəhbəri seçilib. Fevralın 16-da Çəmənzəminli deyib ki, onu İstanbulda səlahiyyətli nümayəndə vəzifəsinə 1919-cu ilin yayında hökumət başçısı Usubbəyov təklif edib.
Fevralın 24-də isə İstanbulda yazdığı əsərlərin adlarını açıqlayıb: “Azərbaycan ədəbiyyatına bir nəzər” (1922) və “Azərbaycan tarixi-coğrafi və iqtisadi icmalı” (1922). Parisdə o, Azərbaycan səfirliyi tərəfindən buraxılan “Paris xəbərləri” ilə əməkdaşlıq edib.
Çəmənzəminlinin maraqlı açıqlaması isə “Hansı əsərlərin müəllifisiniz” sualına verdiyi cavab olub. Bütün əsərlərinin adını sadalayan Çəmənzəminli “İki od arasında” romanının adını çəkmir. Niyə? Bilinmir. Sovet zamanında bu roman öz gerçək adı ilə yox “Qan içində” adıyla çap edilmişdi.
Fevralın 25-də isə “Bolşevik təhlükəsi” və “Studentlər” əsərlərini millətçi, daha doğrusu mütərəddid (inqilaba tərəddüdlə yanaşan mənasını verir - V.Q.) əsərlər hesab edir.
Qeyd edək ki, Yusif Vəzirov inqilaba qədər etdiyi bütün hərəkətləri etiraf etsə də, inqilabdan sonrakı ittihamların heç birini qəbul etməyib. Lakin hüquq sisteminin demək olar ki, işləmədiyi və konkret tapşırıqlar əsasında qərar çıxarılmanın dəb olduğu illərdə Y. Çəmənzəminliyə də ittiham qərarı çıxarır. Heç bir dostunun, silahdaşının və ziyalının adını açıqlamayan, bununla da həmin illər üçün böyük hünər göstərmiş Çəmənzəminlinin günahlandırılması barədə qərarda aşağıdakılar ver idi:
1. 1919-cu ildə Müsavat hökumətinin konsulu vəzifəsində işləyərkən ingilis-fransız və Türkiyə kəşfiyyat təşkilatları ilə əlaqədə olub;
2. Fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının rəhbər özəyinə məxsus olmuş və 1927-ci ildə müsavatçılarla milli təmayülçülərin yaratdıqları antisovet blokuna keçib;
3. Öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşləri təbliğ etmiş və 1931-ci ildə Azərbaycanın əksinqilabi-millətçi təşkilatının tərkibinə daxil olmuş, yəni Azərbaycan SSR CM-in 72-73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə ittiham olunur.
Bu qərarla tanış olduqdan sonra Vəzirov maddələrin altından öz xətti ilə aşağıdakıları yazıb:
“Mənə verilən üç maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm”. Bu sözlərdən sonra öz imzasını qoyub. Yəqin ki, sovet repressiyasının ən ağır illərində bu cümlələri də yazmaq asan deyildi.
Çəmənzəminli qətiyyətini 7, 13, 17 və 19 martda keçirilən istintaq zamanı da ortaya qoyur və bütün ittihamları təkzib edir. O həmçinin B. Çobanzadənin və N.M. Şahsuvarovun ifadələrində göstərdikləri dəlilləri də təkzib edir.
1937-ci ildə Hacıağa Nəzərlinin ifadəsində göstərdiyi “Cəbiyev, Ruhulla Axundov və Əliheydər Qarayev burjua millətçi-müsavatçı Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun güclü təsiri altında idilər” fikrini də rədd edir.
Repressiya maşınına qarşı dirəniş göstərən Çəmənzəminli təkcə özünə qarşı olan ittihamları yox, həmçinin Bəkir Çobanzadə Əhməd Pepinov, Şamo Naxçıvanski, Əliağa Şıxlınski, Cavad Axundov, Atababa Musaxanlı, Hüseyn Cavid, Ağa Axundov, Abdulla Şaiq, Cabbar Məmmədzadə, Mikayıl Müşfiq, Zəki Pepinov və Hüseyn Rəhmanova qarşı verdiyi ifadələri də qətiliklə təkzib edib.
“1940-cı il aprelinin 16-da Y. Vəzirovun işi üzrə ittiham qərarı çıxarıldı. O, günahlandırılırdı ondan ötrü ki:
a) peşəkar müsavatçı kimi 1937-ci ildə Azərbaycanda fəaliyyət göstərən əksinqilabi millətçi-müsavatçı təşkilatına daxil olmuş.
b) əksinqilabi millətçi-müsavatçı təşkilatının üzvü idi, öz ətrafındakılar arasında pantürkist, millətçi-trotskiçi Müsavat təbliğat aparmışdır.
Yəni Azərbaycan SSR CM-in 72 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılır”.
1940-cı ilin aprelin 19-da ittihamnamə SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi müşavirədə baxılmaq üçün verilir və iyunun 11-də Xüsusi müşavirə onu antisovet fəaliyyətinə görə yanvarın 27-dən etibarən 8 il müddətinə islah-əmək düşərgəsində həbs cəzasına məhkum edir. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir. Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olundu. Vəfatından 13 il sonra, 1956-cı ilin fevralın 28-də onun işi üzrə hökm “ittiham sübuta yetirilmədiyi üçün” ləğv edilir və Çəmənzəminli bəraət alır.
Hazırladı: Vüqar QURDQANLI

2491 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024