Türkiyəli şair Kulisin yarışmasına qatıldı

Türkiyəli şair Kulisin yarışmasına qatıldı
23 sentyabr 2019
# 10:00

“Bir şeir” müsabiqəsinə Türkiyədən iştirakçı qoşulub.

Türkiyənin Adana şəhərindən Beytullah Avcı adlı iştirakçı Azərbaycan dilində şeir göndərərək müsabiqədə yer alıb.

Həmin şeiri diqqətinizə çatdırırıq:

Adsız şeir

Yoxlayır azğın küləklər məsum quşların səbrini
Bağrı yaralı kəlmələrin yox artıq mərhəməti
Ağ divlər oxşayır başını buludların
Buludlar ki, incik və qırılğan
Bir istirab ki
Döyünür bir dərviş, sızıldayır bir şaman
Mütməin* bir ruhun zirvəsində
Sinəsində çaxan bir qığılcım
Yaxud da bir zəlzələdir, həsrət
Böyüyən öksüz röyalarımın
Sığınmaq,
ən tənhasında kölgəsinə səssizliyin
Cırılmış bütöv mahnıların
Səsi yitmiş bütöv ozanların
Qanadları sınmış bütöv rəsmlərin
...
İnləyir bir gecə
Fəryadından göyün
Qanayır baxışları ayın
Tökülür ovcuma qəlbimin bir-bir
Qəddar ulduzlar
Mən ki,
Köksü gülüşlə qanlanmış bir lalə düşlərəm
Sınıq oyuncağına ağlayarkən bir uşaq.

Mütməin* - şübhədən uzaq mənasında

Xatırladaq ki, müsabiqənin şərtlərinə görə, 35 yaşa qədər olan hər müəllif bir şeir, özü haqqında qısa məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir fotoşəkillə müsabiqədə iştirak hüququ qazanır.

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

# 1235 dəfə oxunub

Müəllifin son yazıları

# # #