Babəkin məğlubiyyəti, Azərbaycanın qələbəsi
18 iyul 2011
14:43
Azərbaycanın real tarixi qəhrəmanları arasında ən çox hörmət bəslədiyim şəxslərdən biri, bəlkə də, birincisi Babəkdir. Düzdü, onun haqqında çəkilmiş filmdə Amaliya Pənahova – ad şərtidir, söhbət gözəl aktrisamızdan getmir – ona gün verib, işıq vermir. Buna baxmayaraq, bu zənən deyingənliyi Babəkin tarixdəki Babəkliyinə xələl gətirmir.
Sözümün canına keçməmişdən əvvəl bir-iki cümlə bu filmdə Amaliya xanımla Babəkin münasibətlərindən yazmaq istərdim, izninizlə. Təsəvvür edin, Babək işğalçı ərəblərə qarşı döyüşür, ard-arda neçə ərəb ordusunu darmadağın edir, bütün İran-Turan xalqları onun başına and içir, ancaq evə, yəni Bəzz qalasına gələn kimi Amaliya Pənahova tutur yazığın üzünü danlağa. Ay nə bilim, bu çoban qızı kimdi ki, gətirib yuxarı başa keçiribsən, o nədi, içib Məzdəklə arvadbazlığa gedibsən? Yəni bu danlaqların alt mənası budur ki, ay Babək, sən nə vaxt adam olub adamlara qoşulacaqsan? Yəni nə vaxt maaşını alıb hamı kimi qəpiyinəcən evə gətirəcəksən, nə vaxt hamı kimi evə, yəni Bəzz qalasına ayıq gələcəksən, nə vaxtacan mən onun-bunun arvadının paxıllığını çəkəcəyəm və s.
Babək ölkəni qoruyur, qadının ondan tələb etdiyi ayın-oyuna baxın, siz Allah! Əgər Babək olmasa, ərəblər bu qadını qul edib hərraca çıxaracaqlar, o isə bunun fərqində belə deyil. Uil Dürantın Şopenhauerə elədiyi düzəlişə bir balaca əl gəzdirib burdan belə bir nəticəyə gəlmək olar; tarixin istənilən dövründən asılı olmayaraq, qadın üçün hər şey şəxsi və müvəqqətidir.
İndi keçək əsas məsələyə. İslam dininə ərəblərin özündən də cox etiqad edən həmyerlilərimiz hesab edir ki, Babək İslama qarşı döyüşdüyü üçün, ən azı, kafirdir. Məncə, bu kökündən yanlış düşüncədir. Babək müharibə apardığı iyirmi il ərzində, bəlkə də, heç bilməyib ki, ərəblər nə istəyirlər, nə üçün gəliblər, özləri ilə nə gətiriblər. Sadəcə, onun yurduna, torpağına, ailəsinə soxulmuşdular. Onun özünü edamla, yurdunu talanla, arvadını, qızını qul etməklə hədələmişdilər, nizəni burnunun ucuna dirəmişdilər. Mənim aləmimdə Babək vətəni istənilən gəlmə kitab-dəftərdən, gəlmə işğalçı mədəniyyətdən uca tutmağın simvoludur. Yoxsa gündə biri qoltuğuna bir blaknot vurub gələcək ki, sənə mədəniyyət gətirmişəm, keç bu tərəfə qoy yeməyin, siftəsini mən yeyim. Belə vətənmi olur, belə məmləkətmi olur?
Bu mənada az-çox Qəddafini başa düşmək mümkündür; o, təqribən, bugünkü ərəb dünyasının Babəkidir. Sadəcə, əsr onun əsri deyil; bu gün ərəb ölkələrini çıxmaq şərtiylə, dünyanın heç harasında ölkəni padşah idarə etmir, dünyanın siyasi leksikonunda “Qibleyi-aləm”, “Şah sağ olsun” kimi arxaik saray xitabları çoxdan unudulub. Qəddafilər dünyanı geriyə, orta əsrlərə qaytarmaq niyyətindir və dünya bununla razılaşmır. Bir anlıq fikirləşək ki, qlobal güc - istər siyasi, istərsə də hərbi – Qəddafinin tərəfindədir; indi xəyalınızda dünyanın siyasi, sosial, mədəni mənzərəsini canlandırın.
Bizim Babəkdə isə belə deyildi: onun yaşadığı cəmiyyətin mədəniyyəti, ərəblərin gətirdiyi cəmiyyətin mədəniyyətdən qat-qat üstün idi. Ərəblərin dünyaya hücumu barbarların Romaya hücumu kimi bir şey idi: məndə olmayanı zorla başqasının əlindən tutub almaq. Bu ona bənzəyir ki, ömründə kitab üzü açmayan zırrama qonşum qəfildən bizim evə soxulub məni kompüterin qarşısında əzişdirir və tələb edir ki, onun istədiyi kimi olum. Qorxub onunla razılaşsam, mən də oluram zırrama, yox, razılaşmasam oluram Babək.
Söhbət ərəblərin bizə gətirdiyi müqəddəs kitabdan gedirsə, nə Tövratı, nə də İncili heç kim bizə qılınc gücünə soxuşdurmayıb, amma hamımız bu kitabları, ən azı, Quranı oxuduğumuz qədər oxumuşuq və Allah kəlamını hansı kitabdan oxumağın, məncə, elə bir fərqi yoxdur.
Düzdü, ərəblərlə müharibədə Babək məğlub oldu, ancaq Azərbaycan qalib gəldi!

10687 dəfə oxunub