Allah olmaq çətindir

Allah olmaq çətindir
28 dekabr 2013
# 12:20

Kulis.az Forbes.ru saytına istinadən 2013–cü ilin ən səs-küylü filmlərini təqdim edir.

«12 il qulluq”

Rejissor Stiven Makkuin

Nailiyyəti: Oskara ən real namizəd

Stiven Makkueyni müasir Britaniya kinosunun ən radikal rejissorlardan sayılır. İrland həbsxanasından bəhs edən “Aclıq” və gənc Nyu-York sakininin cinsi pozğunluqlardan bəhs edən “Utanc” filmləri Makkuini Avropa kinematoqrafının liderlərindən birinə çevirdi. Solomon Nortopun kitabı əsasında çəkilmiş “12 il qulluq” filmini amerikalılar heyranlıqla qarşıladılar. Amerika kino tənqidçilərinin reytinqinə görə, O, “Qızıl qlobus”un az qala bütün nominasiyalarında, hətta əsas mükafata ən yaxın film idi.

Avropanın onların tarixini götürməsi və ona Tarantinonun qarşısıalınmaz fantaziya ilə çəkdiyi “Azad olunmuş Canqo”sundan fərqli olaraq diqqətli, həssas yanaşması amerikalılara xoş idi.

Makkuinin danışdığı 12 yaşlı dəhşət tarixçəsi heç bir xüsusi quruluş tələb etmir, yalnız bundan başqa: köləlik ayıb və iyrəncdir.

«Allah olmaq çətindir»

Rejissor: Aleksey German

Nailiyyəti: son 15 ildə Rusiyanın ən çox gözlənilən filmi

Struqatskiy qardaşlarının eyniadlı romanı əsasında çəkilən “Allah olmaq çətindir” filmi üzərində iş 14 il çəkdi. Aleksey German filmi bitirmədən vəfat etdi. Amma o, ən əsas olanı etdi - dedi ki, gələcək mövcud deyil. Filmdəki Artanar planeti cəhənnəmin sinonimidir, orada şər yoxdur, Şər olmadığı üçün Xeyir də yoxdur. Bura Yer planetinin müşahidəçiləri gəlib ki, planetin yaşadığı orta əsr dövrünü burada daha yaxşı qursunlar. Leonid Yarmolnikin ifasında baş qəhrəman Rumata heç cür anlaya bilmir ki, tanrı olmaq niyə çətin, hətta mümkünsüzdür. Çünki, harda gələcək yoxdur, orda Tanrı da yoxdur. Umberto Eko bu filmi “ağır və amansız” adlandırmışdı. “Germanın son filmi Bosxun sirli qəhrəmanlarının cazibədar eybəcərliyi kimi gözəldi.”

“İntim yerlər”

Rejissorlar: Nataşa Merkulova və Aleksey Çupov.

Nailiyyəti: Tənqidçilərin qiymətləndirilməsinə görə, ilin ən inqilabi filmi

“Kinotavr”da “İntim yerlər”in premyerası elektrik cərəyanının kəsilməsi ilə müşayiət olundu, guya şəbəkə paylanmasında gərginlik yaranıbmış. Əslində isə, adətən öz erotik fantaziyalarını, seksual komplekslərini gizləməyə adət etmiş baş qəhrəmanların seksual gərginliyi çox yüksək idi.

Filmin qəhrəmanları çox idi; ofis kargüzarı, ölkədə əxlaq, mənəviyyata cavabdeh olan məmurun arvadı, bir Maçonun iki məşuqəsi, seksual pozğunluqlar üzrə mütəxəssis və s. “Kinotavr”ın tamaşaçıları bu filmə heyran oldular, tənqidçilərsə rejissorları inqilabın desantları adlandırdılar.

“Müqəddəs yol”

Rejissor: Confranko Rozi

Nailiyyəti: “Venetsiya festivalının “Qızıl Şir”i

Rozi Roma nəqliyyat yolunun ətrafında – dairə ətrafında bütün İtaliyanı göstərməyə çalışıb.

Film 70-ci yubiley festivalından daha bədii və qeyri-ordinar qalib görmək istəyənlərdə narazılıq yaratdı. Amma başda münsiflər heyəti olmaqla rejissor Bernardo Bertolluççi onlarla maraqlı, orijinal, inqilabi, radikal filmin içindən boz, qətiyyən inqilabi olmayan yeganə klassik filmi seçdi.

“Ac oyunlar. Və alovlanacaq”

Rejissor: Fresnsis Lourens

Nailiyyəti: 42 milyon dollarla dünya prokatının lideridir.

“Ac oyunlar” teleşou rejimində bir oyundur, bu oyunda öldürməsən qalib ola bilməzsən. Oyunun əvvəllər qalib olmuş iştirakçıları Kitnis və Pit yarışma mərhələsindədirlər. Filmdə sosial ədalətsizlik tünd boyalarla açılıb, dilənçi vəziyyətində olan əyalət və piylənən paytaxt. Kimin üçünsə “Ac oyunlar” gənclərin sevdiyi antiutopiyadır, kimin üçünsə yerdəki ədalətsizliyin ilk dərki.

“Stalinqrad”

Rejissor: Fyodor Bondarçuk

Nailiyyəti: 51 milyon dolardan artıq kassa yığımı ilə Rusiya prokatının lideri

Mədəniyyət Nazirliyinin və veteranların dəstəyinə arxalanan Bondarçuk bizim Stalinqrad döyüşü haqqında təsəvvürlərimizi dağıtmağa cəhd etdi. Bu, filmin yaradıcılarına 30 milyon dolara başa gəldi: Bu film Rusiya kinosu tarixində ən iri büdcəli film kimi düşdü.

“17 -li əfsanə”

Rejissoru: Nikolay Lebedov

Nailiyyəti: Rusiyada kassa yığımına görə ikinci pul gətirən film.

Bu film Rusiya prezidenti Vladimir Putinin məsləhəti ilə çəkilib. Valeriy Xarlamovun kanadalılarla matça hazırlaşmasından bəhs edir.

“Qorko”

Rejissor: Jora Krıjovnikov

Nailiyyəti: Rusiya filmləri içində kassa yığımına görə üçüncü yerdə dayanan film

Komediya 5 milyon dollara çəkilib, Rusiya prokatından 25 milyon dolardan artıq pul toplayıb. Tamaşaçıların çoxu “Filmi bəyəndinizmi?” sualına, qısaca “gülməlidir” deyiblər.

«Adelin həyatı»

Rejissor: Abdellatif Keşiş

Nailiyyəti: Kann festivalının “Qızıl palma budağı”

Film haqda müxtəlif tənqidçilər narazılıqlarını bildirdilər. Yalnız Spilberq mükafatı rejissora təqdim edəndə ürəkdən gülümsədi. Çünki heç kim siyasət və dəyərlərin bir rolunun olmadığını, onun yalnız sevgi barədə gözəl bir əhvalat olduğunu Spilberqdən yaxşı bilmirdi.

14 yaşlı Adel rəssam qıza, Emmaya vurulur. Amma bu sevginin kədərli sonluğu əvvəlkilərə bənzəmir. Film deyir: sevgi standartlardan, stereotiplərdən və hətta cinsdən yüksəkdə dayanır. Parisdə eynicinslilərin nikahı əleyhinə nümayişlər keçirilən gündə mükafatı bu filmə təqdim etməsinə görə jürini qınayanlar sadəcə anlamayıblar: bu film onlar üçün deyil. Bu film sevgini seksdən üstün tutanlar üçündür.

# 4404 dəfə oxunub

Müəllifin son yazıları

# # #