Sosial şəbəkələrdən istifadə etmir, alman arvadına çadra geyindirdi, nəzər dəyməsindən qorxur - Sami Yusuf haqqında maraqlı faktlar

Sosial şəbəkələrdən istifadə etmir, alman arvadına çadra geyindirdi, nəzər dəyməsindən qorxur - Sami Yusuf haqqında maraqlı faktlar
21 aprel 2023
# 21:00

Kulis.az dünya şöhrətli azərbaycanlı musiqiçi Sami Yusuf haqqında maraqlı faktları təqdim edir.

Samir Yusuf 1980-ci ildə Cənubi Azərbaycanda azərbaycanlı ailədə dünyaya gəlib. 3 yaşında olanda ailəsi ilə birlikdə Böyük Briyaniyaya köçüb.

***

Piano, skripka, tar, tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi alətlərində ifa etməyi bacarır.

***

Atası Babək Radmaneş musiqiçidir və Sami ilk musiqi təhsilini atasından alıb.

***

18 yaşında dünyanın ən nüfuzlu qurumlarından olan London Kraliyyət Musiqi Akademiyasında bəstəkarlıq üzrə təhsilini inkişaf etdirmək üçün güzəştli təhsil haqqı qazanan ən gənc musiqiçidir.

***

2005-ci ildə Mariam adlı alman xanımla ailə qurub. Sami ailə qurarkən böyük toy mərasimi keçirməyi rədd edib, onun toy mərasimi iki ailənin ən yaxın üzvlərinin iştirakı ilə baş tutub.

***

Gallery

Qırmızı ət yemir. Suşini çox sevir.

***

2011-ci ildə Birləşmiş Millətlərin Məşhur Könüllüsü seçilib.

***

2013-cü ildə Haiyan qasırğasında zərər çəkən Filippinə yardım məqsədilə “Live Feed Philippines” kampaniyasını başlatmış "Hope Survives" adlı mahnısı ilə bu kampaniyaya diqqət çəkib.

***

Sami Yusuf “Time” jurnalı tərəfindən “İslamın ən böyük rok ulduzu" və "Dünyanın ən məşhur ingilis müsəlmanı” seçilib.

***

Dörd qitədə konsert verən və albomları milyonlarla satılan sənətçi şan-şöhrəti rədd edir. Dəbdəbəli həyat tərzi yaşamır.

Dünyada musiqiləri və sənəti ilə yanaşı həm də xeyirxahlığı ilə ün salan sənətçi “Wembley Arena”daki “Live 8” konsertində Darfur bölgəsinin qurbanlarına ianə toplayıb.

***

Sami Yusuf Birləşmiş Millətlər Təşkilatının sülh elçisidir

***

2009-cu ildə Xocalı Soyqırımının 18-ci ildönümündə xüsusi bəyanat verərək günahkarların cəzalandırılmasını tələb edərək deyib: "Biz heç bir zaman asılı olmayacağıq. Keçmiş Sovet İttifaqında yerləşən Xocalıda törədilən kütləvi qırğının 18-ci ildönümü qeyd edildi. Azərbaycanda və dünyanın başqa yerlərində baş vermiş bu və digər saysız vəhşiliklər barədə hər yerdə səslənməliyik. Biz səssizlərin və əzab çəkmişlərin səsiyik. Əgər sussaq, onların səsi susdurulacaq. O zaman bu əsarət özü qədər dəhşətli olmazmı? Hər kəsə sülh və xeyir-dua diləyirəm!"

***

Sami Yusuf Ermənistan ordusunun Tovuzda törətdiyi təxribatları da qınayıb. Onun Tvitter səhifəsində belə bir paylaşım edilib: "Ermənistan ordusunun təxribatı nəticəsində həlak olan Azərbaycan əsgərlərinə və sivil insanların ölümünə görə narahatlığımı ifadə edirəm. Ermənistanı Azərbaycana qarşı təcavüzə qarşı son qoymağa çağırıram".

Sami Yusuf ondan icazəsiz olaraq çıxarılan albomundan imtina etmişdi.

***

2010-cu ildə sənətçinin çıxartdığı ''Wherever you are'' albomunda yer alan ''You Come To Me'' adlı əsəri “Yutub”a yüklənmiş, amma sənətçinin keçmiş səsyazma şirkəti ilə məhkəməlik olduğu üçün yayımdan qaldırılmışdı.

***

2015-ci ildə İsrailin Nazaret şəhərində konsert verdiyi üçün İran televiziya kanallarında yayımlanmasına qadağa qoyulmuşdu.

***

Nəzərdəyməyə çox inanır. Tədbirlərin birində həyat yoldaşı ilə yan-yana dayanmaması böyük səs-küyə səbəb olmuşdu. O isə bunun səbəbini belə izah etmişdi: “Mən nəzərə çox inanıram. Həyat yoldaşımın gözə gəlməsindən qorxuram.”

***

Sami Yusuf heç bir sosial şəbəkədən istifadə etməyi sevmir. Sənətçinin “Tvitter”dəki hesabını isə əməkdaşları idarə edir.

# 29651 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #