Məşhur aktyorla eşq yaşadı, dostunun ailəsini dağıtdı - “Tütək səsi”nin Sayalısı haqqında bilmədiklərimiz... 

Liya Eliava. Akrtisa

Liya Eliava. Akrtisa

17 yanvar 2022
# 12:30

Kulis.az azərbaycanlı tamaşaçılara "Tütək səsi", "Dəli Kür" filmlərindən tanış olan gürcü aktrisası Liya Eliava haqqında maraqlı faktları təqdim edir.

Liya Şalvovna Eliava 1934-cü il mayın 28-də Tiflis şəhərində görkəmli partiya lideri Şalva Zuraboviç Eliavanın ailəsində anadan olub.

Yeniyetməlik illərindən aktrisa olmağı düşünən Liya orta məktəb təhsilini başa vuran kimi Gürcüstanın Dövlət Teatr İncəsənəti İnstitutuna daxil olur. 1955-ci ildə təhsilini uğurla başa vurur. Onun ilk iş yeri Kote Marcanişvili adına teatrının səhnəsi olur.

Onun aktrisa kimi kinoda ilk debütü rejissor David Rondelinin “Yoldakı kölgə” filmindəki Nino rolu olur. Bir il sonra isə aktrisa “Qadının taleyi” filmində Keto rolunu canlandırır.

***

Bir müddət sonra aktrisa Şota Rustaveli adına teatrda fəaliyyətə başlayır. Rusiyada təhsilini davam etdirərək Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. “Başı-açuk”, “Mamlyuk”, “Mən günəşi görürəm”, “Yarıda qalmış mahnı”, “Tonqallar yanır”, “Çay”, “Baqration” adlı filmlərə çəkilir.

Liya 24 yaşında “Başı-Açuk” filminə çəkilərkən teatrın və kinonun yaraşıqlı aktyoru, qadınların sevimlisi Otar Koberidze ilə tanış olur. Onların dostluğu qısa zaman içərisində böyük sevgiyə çevrilir. Lakin həmin ərəfədə məşhur aktyor ailəli olur. Birlikdə bir neçə filmdə tərəf müqabili olan cütlük bir müddət sonra ailə qurmağa qərar verirlər. Beləliklə, Otar həyat yoldaşından ayrılıb Liya ilə ailə qurur. Bu evlilikdən onların Nana adlı bir qızları dünyaya gəlir.

Liya Eliava azərbaycanlı rejissorların ekranlaşdırdığı 3 filmdə rol alıb. 1969-cu ildə “Dəli Kür” 1974-cü ildə “1001-ci qastrol” və 1975-ci ilə “Tütək səsi”ndə. Aktrisanı azərbaycanlı tamaşaçılara ən çox “Dəli Kür”də Şahnigar və “Tütək səsi”ndə isə Sayalı obrazları ilə tanışdır. Bu filmlərə çəkildikdən sonra aktrisa Azərbaycanda məşhurlaşır.

“Dəli Kür” filmində Liya Eliava ilə tərəf müqabili Xalq artisti Ənvər Həsənov aktrisanı xatırlayaq deyir: "Liya Eliava əsl peşəkar idi, rola çox ustalıqla yanaşırdı. Onun bu yanaşması filmdə məharətlə təcəssüm olunurdu. Bundan başqa, o çox yaxşı insan idi. Çəkiliş meydançasında hamı ilə mehriban münasibət saxlayıdı. “Dəli Kür” filminin sevilməsində Liyanın da böyük payı vardır".

***
Liya aktrisalıq fəaliyyəti dövründə 40-dan çox filmə çəkilir. 1976-cı ildə Gürcüstanın Xalq artisti adına layiq görülür.

Liya ömrünün sonuna qədər əri Otarla birlikdə yaşayır. 8 oktyabr 1998-ci ildə 64 yaşında doğma şəhəri Tiflisdə dünyasını dəyişir. Onun ölümündən on yeddi il sonra həyat yoldaşı Otar vəfat edir. Aktrisanın yeganə qızı Nano isə 2019-cu ildə ağır xəstəlikdən dünyasını dəyişir.

# 14121 dəfə oxunub

Oxşar xəbərlər

# # #