Ən yaxın rəfiqəsinin oğluna aşiq oldu, kitablarına qadağa qoyuldu, cəsədi 6 ay sonra tapıldı – O niyə həbsxanadan çıxmaq istəmirdi?

Roza Lüksemburq, inqilabçı

Roza Lüksemburq, inqilabçı

28 iyul 2022
# 12:00

Kulis.az inqilabçı, kommunist hərəkatının fəal üzvlərindəön olan Roza Lüksemburq haqqında maraqlı faktları təqdim edir.

Əsl adı Rozalya olan Roza Lüksemburq 1871-ci il martın 5-də Polşada mədəni cəhətdən yaxşı inkişaf etmiş yəhudi ailəsində dünyaya gəlib. Ailənin altıncı övladı olan Rozanın beş yaşı olanda sol ayağında ağrılar yaranır. Xəstəlik getdikcə xroniki hal alır. Müalicələr heç bir kömək etmir və o, bir ildən çox yataq şəraitində yaşayır. Sonralar isə o, həmişə bir ayağını çəkir.

***

Rozanın doğumundan bir neçə il sonra ailə Varşava şəhərinə köçür. Xəstə olduğu günlərdə Roza zamanını oxumaqla, yazmaqla keçirir. O, doqquz yaşana qədər ev şəraitində təhsil alır. Bu işdə isə ona Höte və Puşkinin oxucusu olan, ədəbiyyatı və fəlsəfəni sevən anası yaxından köməklik edir. 1880-ci ildə isə o, qızlardan ibarət rus dilli litseyə gedir. Həmin litsey ataları əsgərlikdə olan rus qızları və əsilzadə uşaqları üçün ayrılmışdı. Bu baxımdan Roza orada müəyyən qədər xor görülür. Bütün dərslər rus dilində keçilir. Anti-rus olan təbəqələr litseydən və uşaqlardan uzaq tutulur. Hətta ləhcəylə danışmaq belə məktəbdə qadağan olunur. Bu baxımdan Roza bir yəhudi uşağı kimi çətinlik yaşayır. Buna baxmayaraq o, litseydə ən bacarıqlı və savadlı şagird olmağı bacarır. 1887 -ci ildə litseyi əla qiymətlərlə başa çatdırır. Amma ona o dövrdə məktəbi əla qiymətlərlə bitirən şagirdlərə verilən qızıl medal verilmir.

***

Roza on beş yaşında Proletariat Partiyasına daxil olur. Bu partiyanın əsasını litsey və universitet tələbələri təşkil edirdilər.

***

Roza hələ litsey illərində litseyin yaxınlığında yerləşən qalada inqilabçıların, sosialistlərin saxlanıldığı hücrələrdə, daş karxanalarında işlədiklərini, boğazlarından asıldıqlarını gözləri ilə görür. Elə o zaman gündəliyinə bu sözləri yazır: “Bütün iztirabları, gizli, acı göz yaşlarını qarnıtoxların vicdanına yükləmək istəyirəm.”

***

Öz vicdanı isə ona Adolf Varskıy və Julian Marçlevski ilə birlikdə Polşa və Rusiyadakı sosialist çevrələrlə əlaqəsi olan işçi Martsin Kaspşak ətrafındakı inqilabçı qurumlara qatılmasını söyləyir. Siyasətdə ilk addımını bir etiraz aksiyasında iştirak edərək atır. Etiraz aksiyasının iştirakçılarına rus kazakları tərəfindən dəhşətli şəkildə divan tutulur və onun rəhbərlərindən 4-ü edam edilir. Partiyanın fəaliyyəti isə qadağan edildi. Bundan sonra partiyanın azadlıqda qalan üzvləri gizli fəaliyyətə keçməyə məcbur oldular. Amma Rusiya xəfiyyələri dağıdılmış partiya üzvlərinin gizli fəaliyyətə keçməsindən xəbər tutmuşdular. Ona görə də "Proletariat"ın üzvlərinin həbsi davam edirdi. Bunu görən partiyanın digər üzvləri təqiblərdən və həbslərdən yaxa qurtarmaq üçün xaricə qaçmağı qərara alırlar.

***

1889-cu ilin əvvəllərində Roza partiya yoldaşları ilə birlikdə bir at arabasında Almaniya-Polşa sərhədini keçərək, İsveçrəyə üz tutur. Həmin vaxt isə onun cəmi on səkkiz yaşı olur. Beləliklə, onun həyatında yeni bir dövr başlayırdı. İsveçrədə Roza həm işləyir, həm də partiya xətti üzrə silahdaşları Anatoli Lunaçarski və Leo Yoxiqeslə birlikdə Sürix Universitetində təhsil alır. Və Leoya aşiq olur. Bu universitetdə o, siyasi-fəlsəfi elmlərlə yaxından tanış oldu, Marks və Engelsin əsərlərini oxudu. Həmin dövrdə Sürix Avropada qadın tələbələrə qapılarını açan tək universitet idi. Siyasi tərəfdən maraqlı və geniş kitabxanaya sahib olan universitet həm də polşa və rus köçgünlərinin də görüş yeri olur. Hərarətlə dolu mübahisəli yığıncaqlar sosial demokratların çoxalmasına güclü təkan verir.

***

Roza burada düşüncələrinə çox güclü təsir edən Qeorgi Plexanov, Vera Zasuliç, Pol Axelrod ilə tanış olub dostlaşır. 20 iyun 1898-ci ildə Roza hüquq elmləri professoru adını qazanır.

***

1893-cü ildə Leo Yoxiqes və Julian Marçlevski ilə birlikdə BPSP-nin millətçi mövqeyini tənqid etməyə başladılar. Onlar bu məqsədlə "Sprava Rabotniçza" qəzetini nəşr etdilər. Roza həmin qəzetdə başqa imza ilə xeyli sayda məqalələr yazır. Hər iki gənc kapitalizm sisteminə qarşı ümumi mübarizə aparılmasının vacibliyini təbliğ edirdilər.

***

Azad Polşa naminə çalışmalarını davam etdirən Rozanın ağlında bir fikir formalaşır. Almaniya, Avstraliya və Rusiyada baş verən inqilab nəticəsində Polşanın da öz azadlığına qovuşa bilməsi lazımdı. Onun bu fikir millətci mövqe kimi qarşılanır. Bu isə onun Polşa sosialist qruplarından və partiyasından uzaqlaşmasına səbəb olur.

***

Karl Libknext yazdığı əsərlərində sosialistlərin millətçiliklərini kəskin şəkildə tənqid edərək, onların bu hərəkətlərinin fəhlə sinfinin mübarizəsinə uğur gətirməyəcəyini yazırdı. Ona görə də Lüksemburq Lenin də daxil olmaqla sosialistlər tərəfindən kəskin şəkildə tənqid edilirdi. Daha sonralar isə onun rus sosialist qurumlarla münasibətləri daha pis həddə çatır. Həmin ərəfədə Julian və Adolf Varski birlikdə Polşa və Litva Sosial Demokrat partiyası yaradırlar.

***

Almaniyaya gedib orada siyasi çalışmalarını rahat həyata keçirə bilmək üçün Roza 1898-ci ildə alman köçkünü Qustav Lübeck ilə saxta nikaha girir. Beləliklə Almaniya vətəndaşlığı qazanan Roza Almaniya Sosial Demokrat partiyasının ən aktiv üzvlərindən biri olur.

***

1900-ci ildə onun fikirləri, yazdığı məqalələr sosialistlər tərəfindən maraqla qarşılanır.

***

1907-ci ilin oktyabr ayında Roza Lüksemburq Avqust Bebel tərəfindən açılan SPD partiyasının nəzdindəki məktəbdə müəllimlik etməyə başlayır. İqdisadiyyat tarixi və beynəlxalq iqtisadiyyat fənlərindən dərs deyir.

***

Partiya məktəbinin əsas məqsədi partiya üzvlərini təbliğatçı kimi yetişdirməkdən ibarət olur. Lakin qısa müddətdən sonra partiya məktəbinin müəllim və şagirdləri polislər tərəfindən izlənir. Və məktəb 1914-cü ildə bağlanır. Həmin dövrdə Lüksemburqun yazıb hazırladığı “Beynəlxalq iqtisadiyyata giriş” kitabı 1925-ci ildə nəşr olunur.

1910-cu ildən başlayaraq vətəndaşlar arasında etirazlar artmağa başlayır. Həmin etiraz yürüşlərinin öncüsü olan Roza 25 sentyabr 1913-cü ildə bir xalq yığıncağında söyləmiş olduğu fikirlərə görə məsuliyyətə cəlb olunur. Və bir il həbs cəzası alır.

***

Həbsdə ikən "Spartikius məktubları" və "Rus inqilabı" adlı əsərlərini yazır. Həbsdən çıxdıqdan sonra 1916-cı ildə məsləkdaşları Klara Setkin, Frans Mehring və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qururlar. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1916-cı ilin oktyabr ayında o, yenidən həbs edilir. 1918-ci ilin noyabrında isə səhhətindəki zəifikdən dolayı azad olunur. 1918-cu il 30 dekabr Roza Leinbekle birlikdə Alman Komunist Partiyasını yaradır.

***

Roza Lüksemburq cəmi bir dəfə qanuni nikahda olub. Həmin nigah da sənəd üzərində həyata keçirilib. Daha sonra o, on doqquz yaşında litvalı mühacir Leo Yoqixeslə tanış olur. Uzun müddətli münasibət yaşayan Roza Leoya aşiq olur. Özünün sosialist fikirlərini təbliğ edən Leo həm də yaraşıqlı kişi kimi Rozanı valeh edir. Həmin ərəfədə Roza bütün siyasi məqamları həyatından çıxararaq yumşaq ev qadını olmağa can atır. Lakin, bir çox qadınların diqqət mərkəzində olan Leo evlilik fikrinə qarşı çıxıb sərbəst münasibətə üstünlük verir.

***

On altı illik münasibətdən sonra Roza özündə güc tapıb Leodan ayrılır. O, özünü işə və aktiv həyata həsr edir. Lakin iş elə gətirir ki, o, yenidən aşiq olur. Bu dəfə isə həbsdə olduğu vaxt məhkəmə prossesi zamanı onu müdafiə edən vəkilə bağlanır. Paul ondan 12 yaş kiçik olsa belə Rozanı dərin məhəbbətlə sevir. Ancaq bir müddət sonra onlar ayrılırlar.

***

Lüksemburqun sevgilisi Leo Jogiches də 1919-cu ildə öldürüldü. Roza ilə onların arasındakı məhəbbət onsuz da 1906-cı ildə nöqtələnmişdi. Amma Leo Jogiches, ölümündən qısa müddət əvvəl Klara Setkin və Matilda Yakobla birgə Lüksemburqun əsərlərini toplayıb nəşr etmək qərarına gəlmişdi. Ancaq onların bu layihəsi, Leninin Lüksemburqa tənqidi yanaşması səbəbiylə xeyli ləngidi. Lenin bu fikirdə idi ki, Lüksemburq millətçi ideologiyanın önəmini zəif görür, Kommunist Partiyasının rolunu zəiflədir və kütləvi hərəkatın gücünə gərəkdiyindən daha artıq önəm verirdi. Lüksemburq isə Leninin “xalqların öz müqəddəratını təyin etmək haqqı” prinsipini qəbul eləməsini tənqid atəşinə tuturdu. Daha sonra stalinçi cərəyanlar da Lüksemburqun fikirlərini tənqid etdilər. Lüksemburqun əsərləri toplansa da, 1970-1975-ci illərə qədər Almaniya Demokratik Respublikasında nəşr edilmədi.

***

İnqilabçı qadının növbəti sevgilisi ən yaxın rəfiqəsi və çiyindaşı Klara Setkinin oğlu Kostya olur. Kostya isə Lüksemburqdan on dörd yaş kiçik olur. 22 yaşlı gənclə, 36 yaşlı Lüksemburqun arasındakı münasibət ilk vaxtlar heç kimin diqqətini çəkməsə də sonralar yavaş-yavaş aydınlşır. Beş illik eşq romanının sonu da ayrılıqla bitir. Ayrılığı arzulayan tərəf isə başqasını sevən Kostya olur. Roza Kostyanı saxlaya bilmək üçün mümükün olan hər şeyi etsə belə buna nail ola bilmir.

Rozanın tərəfində dayanan Klara da bu münasibətin qorunmasına cəhd göstərsə də Kostya Rozadan ayrılıb başqa qadınla yaşamağa başlayır. Bu ayrılıq Rozaya çox pis təsir edir. O, kişilərə qarşı laqeyd, soyuq münasibət bəsləyir və özünü həmişəlik siyasətə həsr edir.

***

Roza Lüksemburq bütün həyatını sosialist mübarizəyə həsr edən qadın idi. Həmin mübarizədə qarşılaşdığı çətinliklər onu öz əqidəsindən və yolundan döndərə bilməmişdi. Onun 1918-ci ildə Adolf Geckə yazdığı məktubda bu sətirlər onun xarakterinin dönülməzliyini sübut edir: “Çox güman ki, hər tərəfdə pusquda dayananlar məni də o biri dünyaya göndərəcəklər. Amma yaşadığım müddətdə sizə ən isti, ən güclü sevgiylə bağlı qalacağam”.

***

1919-cu il yanvarın 15-də Rozaq Lüksemburq, Karl Liebnect və Vilhelm Pik vətəndaş müharibəsinə təhrik etmə cəzası ilə həbs olunaraq “Eden” otelinə aparılırlar. İş elə gətirir ki, Pik qaçmağa müvəffəq olur. Roza ilə Karl isə başlarından aldıqları zərbədən huşlarını itirirlər.

Onlarının hər ikisin cəsədi çaya atılır. Karlın cəsədi daha tez tapılıb dəfn olunur. Rozanın cəsədi isə 1 iyun 1919 cu ildə Berlinin yaxınlığındakı Lindberg kanalından tapılır. Onu da əqidə yoldaşı Karlın yanında dəfn edirlər. Onların dəfn mərasimi mitinqə çevrilir.

***

Onlar üçün bir xatirə abidəsi hazırlanır. Lakin II Dünya Müharibəsi zamanı nasistlər həmin abidəni dağıdırlar. 1951-ci ildə isə daha bir xatirə abidəsi yaradılır.

# 10048 dəfə oxunub

Oxşar xəbərlər

# # #