Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar  

Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar  
23 iyul 2021
# 21:00

Bu gün görkəmli xanəndə, Əməkdar artist Sabir Mirzəyevin anım günüdür. Kulis.az bu münasibətlə sənətkar haqqında ən maraqlı faktları təqdim edir.


Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olub.

***

Atası Nüsrət Mirzəyev Cənub bölgəsinin məşhur xanəndələrindən olub. Hər iki oğlunun istedadını kiçik yaşlarından hiss edən Nüsrət Mirzəyev Sabir Mirzəyevə deyib ki, Habildən (qardaşı) xanəndə olacaq, səndən yox, çünki sən utancaqsan.

***

Seyid Şuşinskinin sevimli tələbələrindən olub. Sarışın olduğu üçün Seyid ona “urus balası” deyərmiş. İlk dəfə müəllimimin yanında “Çahargah” muğamını oxuyanda Seyid Şuşinski deyib ki, “urus balası” sənin bu “Çahargah”ın top atacaq. Həqiqətən də, elə oldu. Sabir Mirzəyev “Çahargah”a öz möhürünü vurdu.

***

Sabir Mirzəyev cənub bölgəsindən olsa da, onu ən çox toylara aparan qarabağlılar idi. O da söhbətlərdində deyirdi ki, əslində, mən də Qarabağlıyam. Qarabağın Arazın o tayındakı torpaqlarından – Qarabağdan. Xatırladaq ki, Qaradağ da gözəl səsləri ilə məşhurdur.

Gallery

Bir gün Cəlilabaddan bir seyid gəlir, deyir, Sabir müəllim, arzum olub, övladımın toyunda sən oxuyasan. Sabir deyib, iki gün vaxtım var, birini istirahət edəcəyəm, o biri gün də filarmoniyada konsertim olacaq. Seyid çox xahiş edir ki, əhd eləmişəm, sən gəl, istirahət gününü uşağın toyunda oxu, cəddim özü sənə kömək olar. Sabir razılaşır. Seyid qayıdır ki, bəri başdan deyirəm, sənə 800 manat pul verəcəyəm. Sabir müəllim heç nə demir. Toyda camaat o qədər şabaş tökür ki, yığıb-yığışdıra bilmirlər. Toyun axırında Seyid 800 manatı atama verir və deyir ki, Sabir, nə bir qəpik o yana, nə də bir qəpik bu yana, sənə toyda şabaşdan əlavə 800 manat pul verirəm. Sabir pulu kişidən alır. Üstünə də 200 manat qoyub özünə qaytarır və deyir: “Yaz, min manat – Sabir Mirzəyev”.

***

Gəncədə məclislərin birində şəhərin çox adlı-sanlı və hörmətli adamı ilə sözü çəpləşir və Sabir Mirzəyev adama bir şillə vurur. Adam bir söz deməyib. Məclisin sonunda Sabirə yaxınlaşıb deyib ki, səsin boğazımda qaldı yoxsa beynində iki deşik açardım.

***

Seyid Şuşinskinin qanı qara olanda Sabiri çağırtdırıb oxudarmış.

***

57 yaşında Əməkdar artist olan sənətkarın Xalq artisti almasına əngəl yaradıblar. Çünki o azad yaşayan, ad üçün çalışmayan və dövrün standartlarına cavab verməyən sənətkar idi.

***

Həyat yoldaşı Xaisə xanımla evlənəndə qızın 16 yaşı olub.

Gallery

O, böyük muğam ifaçısı, Xalq artisti Yaqub Məmmədovun fanatı idi.

***

Həddindən artıq çox siqaret çəkər, içki içərmiş. Sənət dostları bunu ona irad tutanda deyirmiş, səsi mənə Allah verib, siqaretlə korlana bilməz.

***

O, həm də haqsızlığa dözməyən, sözünü hər kəsin üzünə deyən, yeri gələndə söyüb-danlayan bir adam idi. Müasirləri onu ən nadinc xanəndə kimi xarakterizə edirlər.

***

Bir gün yenə Sabir Mirzəyevi oxumaq üçün toya dəvət ediblər. Danışıq zamanı toy sahibi sənətkara özünü kasıb adam kimi təqdim edib. Sabir Mirzəyev deyilən vaxtda toy olan rayonda olub. Həyətə girəndə görüb, deyildiyi kimi deyil vəziyyət. Həyətdə bir mağar qurulub, ucu-bucağı yoxdur. Mağarın yanında dəm-dəsgahlı bir villa var, villanın da yanında balaca bir daxma. Sabir Mirzəyev gedib dayanıb daxmanın yanında, deyib burda oxuyacam. Bəyin atası deyib, Sabir müəllim, toy orda deyil. Sabir Mirzəyev qayıdıb ki, biz bu evin dəyərində danışmışıq, villanın yox. Mən burda da oxuyacam.”

Gallery

Sabir Mirzəyev 2011- ci ildə Təbrizdə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

# 39583 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #