APA TV-nin 1 yaşı tamam oldu

APA TV-nin 1 yaşı tamam oldu
29 may 2014
# 12:34

APA Holding”in nəzdində fəaliyyət göstərən APA TV-nin fəaliyyətə başlamasından bir il ötür.

Canlı yayımla efirə çıxan APA TV Azərbaycanın internet məkanında analoq televiziya formatında gündəlik 14 saat aramsız yayım həyata keçirən ilk kanaldır.

Müxtəlif səpkili 30-dək verilişin yayımlandığı APA TV xəbər kanalı formatında fəaliyyət göstərir.

Hər saat başı 10 dəqiqəlik xəbərlərlə efirdə olan televiziyanın informasiya siyasətində əsaslandığı əsas prinsiplər obyektivlik, dinamiklik və operativlikdir ki, bu da “APA Holding”ə daxil olan bütün media strukturlarının əsas fəaliyyət prinsipini təşkil edir.

Kanalda siyasət və analiz proqramları, sosial verilişlər, mədəni-kütləvi proqramlar yayımlanır. APA TV Azərbaycanda internet televiziyaları arasında ən çox izləyicisi olan kanaldır.

TV-nin Azərbaycanın bölgələrində və bir neçə xarici ölkədə müxbir postları fəaliyyət göstərir.

APA TV-nin kollektivini təbrik edir, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayırıq.

# 1465 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #