Bu adamları öldürüb ətini cadugərlərə satırlar

Bu adamları öldürüb ətini cadugərlərə satırlar
17 oktyabr 2013
# 10:42

Kulis.Az albinoslar haqqında maraqlı məlumatları təqdim edir.

Albinoslar genlərində piqment yaranmasını təşkil edən tirozinaz fermentləri olmayan insanlardı. “Albus” latın dilində “ağ” deməkdir.

Bu növ DNT daşıyıcıları başqalarından dümağ dəriləri, olduqca parlaq saçları, solğun göz qişaları ilə fərqlənirlər. Bu isə onlarda təkcə tibbi deyil, həm də psixoloji problemlər yaradır. Onların dərisi gündə qaralmır, əksinə qızarır.

Orta əsrlərdə albinosları şeytanın köməkçisi hesab edərək tonqalda yandırırdılar.

Hazırda diskriminasiya edilməsələr də əksəriyyət onlara ehtiyatla yanaşır. Bir çox Afrika ölkələrində isə albinoslar ciddi təhlükələrlə üzləşirlər.

Yerli cadugərlərin yaydıqları şayiələrə görə guya “rəngsiz” adamların bədənlərinin hissələri zəhərin təsirini aparır, cadunu sındırır. Buna görə də belə qiymətli məhsulun qatillərinə olduqca yaxşı pul verilir. Bəzən bir albinosun bədəni üçün orta statistik afrikalının il ərzində qazandığından daha çox vəsait ödənilir.

Buna görə də adətən onlar üçün xüsusi evlər yaradılır. Burada onlar həm təhsil alır, həm də əsgərlər tərəfindən mühafizə olunurlar.

Statistikaya görə zəncilər arasında “rəngsizlər” avropalılara nisbətdə 6 dəfə çox doğulurlar, hər 3000 zənci uşağa bir albinos düşür. Yəqin ki, bu Afrika qəbilələri arasında yaxın qohum nikahlarının geniş yayılması ilə əlaqədardır.

ABŞ və bir çox inkişaf etmiş ölkələrdə albinosların müdafiəsi üçün “rəngsiz” adlanan klublar təşkil edilir.

Klubun yaradıcılarının əsas məqsədi qəbul olunmuş fermentyığımı daşımayan adamların qalan bütün xüsusiyyətlərinə görə digərlərindən fərqlənmədiyini adi insanlara aşılamaqdır.

Maraqlıdır ki, albinizmin geni resessivdir. Qeyri-adi uşağın doğuşu isə o deməkdir ki, bu gen hər iki valideyndə var.

İki resessiv genin birləşməsi nəticəsində isə bir dominant gen yarana bilər.

# 7725 dəfə oxunub

Oxşar xəbərlər

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər