Norveç səfirinin evində Səlim Babullaoğlu ilə görüş keçirildi

Norveç səfirinin evində Səlim Babullaoğlu ilə görüş keçirildi
19 iyul 2013
# 16:06

İyulun 18-də Norveç səfirinin evində şair Səlim Babullaoğlu ilə görüş və poeziya axşamı keçirilib. Kulis.Az-ın verdiyi məlumata görə tədbirdə bir çox ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirin təşkilatçısı və moderatoru Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Astrid Schnitzer axşamı giriş sözü açaraq Səlim Babullaoğlu haqda məlumat verib, şairin həm orijinal, həm də ingilis dilində olan şeirlərindən ibarət səfirlik tərəfindən hazırlanmış bukleti qonaqlara təqdim edib.

Səlim Babullaoğlu da öz növbəsində həm xanım Astrid Schnitzerə, həm də səfir cənab Erling Skjonsbergə təşəkkür edərək şeirlərini oxuyub. Şeirlərin Riçard Makkeyn, Xaqani Əliyev və Sevil Gültənin tərcümələrindəki variantlarını İradə Əhmədova səsləndirib. Sonra isə Səlim Babullaoğlu qonaqların müasir Azərbaycan ədəbiyyatı, poeziya mütaliəsi, kitab nəşri və öz yaradıcılığı ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Tədbirə dəvətli olan filologiya elmləri doktoru Cavanşir Yusifli də Səlim Babullaoğlunun yaradıcı məziyyətləri ilə bağlı qısa çıxış edib. Poeziya axşamında şair Fərid Hüseyn və Orxan Əzim də iştirak ediblər.

Görüşün sonunda qonaqların şərəfinə hazırlanmış ziyafət verilib. Səfir Erling Skjonsberg və xanımı Astrid Schnitzer Səlim Babullaoğluna bu axşamdan yadigar olaraq xatirə hədiyyəsi təqdim ediblər.

# 2094 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #