“Etimad Başkeçid müzakirə olunmalıdır”

“Etimad Başkeçid müzakirə olunmalıdır”
2 aprel 2013
# 13:47

“Etimad Başkeçidin qərarına hörmətlə yanaşıram. Ancaq o başqa cür də hərəkət edə bilərdi. Mükafat kimi veriləcək pulu uşaq evinə köçürə, kitabı çıxmayan kasıb şairə kömək edə, nakam şairlərin təbliği üçün xərcləyə bilərdi”.

Bu fikirləri Kulis.az-a verdiyi açıqlamada Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu söyləyib.

Ədalət Əsgəroğlu deyib ki, Etimad Başkeçidin imtina üçün göstərdiyi səbəblər müzakirə olunmalıdır.

Mətbuat katibi bildirib ki, Etimad Başkeçid əvvəldən imtina etsəydi, bu, daha məntiqli olardı.

Xatırladaq ki, AYB-nin Ədəbiyyat Müsabiqəsi Yusif Səmədoğlu adına nəsr mükafatının qalibi Etimad Başkeçid Kulis.Az-a yolladığı bəyanatında mükafatdan imtina etdiyini açıqlayıb.

Ədalət Əsgəroğlu Yazıçılar Birliyi Ədəbiyyat Müsabiqəsinin Münsiflər Heyətinin rəhbəri, Xalq Yazıçısı Mövlud Süleymanlının Bəxtiyar Vahabzadə adına Türk dünyasına xidmət mükafatının verilməsindən xəbərsiz olmasına da münasibət bildirib.

O, Mövlud Süleymanlının bundan xəbərsiz olmağına inanmadığını bildirib: “Əgər belə deyirsə, onda oradakı əsərləri oxumayıb, nə deyib ondan da xəbəri yoxdur”.

# 2045 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #