Meqan Foksun masallılı sevgilisi

Meqan Foksun masallılı sevgilisi
25 fevral 2013
# 16:59

Qazzetti.com hadisələrə, xəbərlərə ironik şəkildə yanaşan internet dərgisidir. Kulis.az bu saytda dərc olunmuş “Megan Fox Qazzetti-yə danışdı” yazısını təqdim edir:

Hollywood-un sex simvolu sayılan Megan Fox bu yaxınlarda bütün dünyanı şoka salan açıqlama ilə redaksiyamıza müraciət edib. Hollywood gözəli bildirib ki, onun neçə vaxtdır könlündən azərbaycanlı oğlanlarla tanış olmaq keçirmiş.

O redaksiyamıza zəng edib ağlıya ağlıya bunları deyib: “Mənim sizin oğlanlar çox xoşuma gəlmək. Onlar bomba oğlanlar. Mən feysbukda dostluq göndərmək çoxuna. Ama no no, accept eləmir heç kim. Mən sizin dili də öyrənmək, amma onlar qəbul etməmək. Mən pis olmağam, kömək edinlər mənə plzz.”

Megan Fox-un bizim dilimizdə bizə müraciət etməsi bizi təəccübləndirdi, əvvəlcə elə bildik ki, rus sektorun qızlarından kimdisə bizi dolayır. Amma redaksiyamızın yüksək səviyyəli texnologiyası vasitəsi ilə gələn zəng yerini araşdırıb tapandan sonra, onun həqiqətən də Megan Fox olduğunu gördük. Uzun araşdırmalardan sonra başa düşdük ki, bizim oğlanlar fake profillərdən o qədər qorxurlar ki, növbəti Megan Fox-un şəkli olan profili də fake biliblər.

Biz elə “yazıx Megan ərsiz qaldı” deyə düşünürdük ki, Hollywood gözəlindən bir başqa xəbər aldıq. O redaksiyamıza zəng edərək (bu dəfə səsi çox şən idi, gülürdü) qeyd elədi ki, sən demə, Masallıdan Alı kişi feysbuka giribmiş, elə bissimillah eləməmiş ona dostluq gəlib və qəbul edib. Türklər demiş ” bir şut, bir gol” prinsipi ilə yaşayan Alı kişi hazırda Los Angelesdədir və dediyinə görə, həyatından razıdır.

# 4877 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #