Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə

Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə
17 sentyabr 2021
# 10:33

1-10 oktyabrda Əl Oyunları Sarayında Milli Kitab Satış-Sərgisi keçiriləcək.

Bu barədə Kulis.az-a tədbirin təşkilatçısı, Qanun Nəşrlər Evinin rəhbəri, naşir Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, müstəqil nəşriyyatların iştirak edəcəyi satış-sərginin keçirilməsi üçün artıq müvafiq sənədlər imzalanıb.

Tədbir çərçivəsində yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, müsiqili proqramlar keçiriləcək. Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.

Kitabların 30 faiz endirimlə satılacağı satış-sərgi haqqında saytımıza məlumat verən Ş.Xuduoğlu bunları söyləyib:

“Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil bir yarmarkadır. Bütün bukinistlər də, fərdi kitab satıcıları da, evində artıq kitabı olan insanlar da gəlib öz kitabını sata bilər. Hətta rəssamlar da gəlib orada rəsm əsərini sata bilər, yaxud musiqiçi öz albomunu orada satmağa gələ bilər. Belə bir açıq satış yarmarkasıdır. Bu cür yarmarkalar adətən Frankfurtda, İstanbulda olur. Onlarda yarmarkaları bizdəki kimi Mədəniyyət Nazirliyi təşkil eləmir. Məsələn, Frankfurt yarmarkasını yarmarka özü təşkil edir, İstanbul yarmarkasını TÜAP təşkil edir. Orada dövlət sadəcə gəlib iştirak edir. Yəni biz də ilk dəfə bunu başlayırıq və inanıram ki, elə ilk dəfədən uğurlu olacaq. Növbəti illərdə biz artıq daha geniş yerləri kirayə götürüb yarmarkalar keçirəcəyik.”

Şahbaz bəy onu da əlavə edib ki, Milli Kitab Satış-Sərgisi təkcə Bakı üçün nəzərdə tutulmayıb:

“Biz həmçinin bu formatla bölgələrdə də yarmarkalar keçirəcəyik. Lənkəranda, Gəncədə, Sumqayıtda, digər böyük rayonlarda...”

May be an image of flower and text that says "Milli Kitab Satış Sergisi"

# 5551 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

22:21 27 aprel 2024
Namiq Hacıheydərli vəfat etdi

Namiq Hacıheydərli vəfat etdi

19:59 27 aprel 2024
"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

16:50 27 aprel 2024
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

16:30 27 aprel 2024
Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

15:30 27 aprel 2024
Tanınmış xanəndə Züleyxa Rəhimi vəfat etdi

Tanınmış xanəndə Züleyxa Rəhimi vəfat etdi

15:10 27 aprel 2024
# # #