"Sənətkarlar belə sındırılır, belə məhv edilir..." - Müğənnilik eləyən aktyorun faciəsi

"Sənətkarlar belə sındırılır, belə məhv edilir..." - Müğənnilik eləyən aktyorun faciəsi
27 aprel 2024
# 15:00

Kulis.az Kənan Hacının “Bir aktyorun faciəsi və ya aktyor belə məhv olur” adlı yazısını təqdim edir.

Azərbaycan kinosunun da, teatrının da kifayət qədər problemləri var. Bu barədə yazılır, sənət kuluarlarında danışılır. İstedadlı aktyor Səmimi Fərhad da Nihat Pirə verdiyi müsahibədə çox ciddi mətləblərə toxunub. Bu yazını yazmağa başlayarkən müsahibəni bir də diqqətlə oxudum, uzun illərin dostu, dəyərli yazıçı Mirmehdi Ağaoğlunun yazısına da göz gəzdirdim. Mirmehdi bəy haqlıdır. Amma və lakin...

Azərbaycan aktyoru maddi rifah içində yaşayan xoşbəxtlərdən deyil. Kredit borcları, ailə-məişət qayğıları onun istedadını sümürüb canından çıxarır.
Ümumiyyətlə, bizdə sənət adamları həyatla sənət arasında vurnuxa-vurnuxa qalıblar.

Sənət fədakarlıq tələb edir, amma həyat bu fədakarlığı qiymətləndirmək iqtidarında deyil. Sənətkarın da ailəsi qarşısında məsuliyyəti var, “mən sənət adamıyam” deyib bu məsuliyyətdən yayına bilməzsən. Hər kəs vəziyyətdən halıdır, nəyisə izah etməyə lüzum yoxdur. Sənət adamları sanki vaxt uçqununa düşüblər.

Bəli, aktyorun, rejissorun intellektual bazası olmalıdır. O, dünya kinosunu, dünya teatrındakı müasir tendensiyaları izləməli, daim öz üzərində çalışmalı, özünü inkişaf etdirməlidir. Lakin aktyorun, sənətkarın da dəyəri verilməlidir. Dəyər deyəndə onun yaratdığı obrazın müqabilində layiq olduğu qonorarı ala bilməsi nəzərdə tutulur. Mən son vaxtlar aktyor və rejissorlarla sıx ünsiyyətdə oluram və onların hansı çətinlikləri yaşadıqlarını da çox yaxşı bilirəm. Səd heyf ki, aktyorlar cüzi qonorar müqabilində istismar olunur. Səmimi bəy də öz müsahibəsində bu problemi açıq-aşkar dilə gətirib. Sənətkara dəyər verilməyəndə o, daxilən sınır, sarsılır, mənəvi gücünü itirir. Bu qədər sadə.

Mirmehdi Ağaoğlu, mənim əziz dostum kitab oxuyanların, ömrünü kitaba, elmə fəda edənlərin hansı güzəran yiyəsi olduğunu məndən də yaxşı bilir.

Məncə, belə situasiyada istedadlı bir aktyorun kitab oxumağa vaxt tapa bilməməsini (məlum səbəblərdən) qabartmaq problemlərin həllinə kömək etməyəcək. “Ey aktyorlar, çoxlu kitab oxuyun!” deməklə işlər düzələsi deyil. Qonşu ölkələrin kinosu və teatrı ilə müqayisələr aparmaq da yersizdir. Qonşu ölkələrdə kinoya ciddi yatırımlar qoyulur, rejissor da, ssenarist də, aktyor da sırf görəcəyi işə fokuslanır, daha “kreditin vaxtı çatır, neyləyəcəm, kirayə pulunu hardan tapım” deyə düşünmür, səhnəyə çıxmaq əvəzinə pablarda, restoranlarda müğənnnilik etmək, şadlıq evlərində tamadalıq etmək məcburiyyətində qalmır.

Yeri gəlmişkən, bir aktyor dostum var, neçə-neçə filmdə yaddaqalan obrazlar yaradıb. Çantasında həmişə kitab olur, onun mütaliəsi məni həmişə heyrətləndirir. Onunla söhbətdən zövq alıram. O, indi filmlərə çəkilmək, səhnədə obrazlar yaratmaq əvəzinə gündəlik restoranlarda müğənnilik etmək məcburiyyətindədir. Günorta Folkneri oxuyub, axşam bayağı mahnılarla kütləni əyləndirməyin faciəsi heç bir sözə, izaha gəlmir. Baxın, aktyor belə məhv olur!

Bu şərtlər altında sənətlə məşğul olan aktyordan (söhbət təkcə Səmimi Fərhaddan getmir) intellektuallıq tələb etmək sadəcə, nonsensdir.

# 4281 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər