writer1

Günel Natiq

Məqalə sayı

115
clock10:19 calendar-gray 19 Aprel 2019 view-gray1812 dəfə oxunub
view-gray1812 dəfə oxunub

Şəbnəm Tovuzlu olmaq istəyən müəllim

Şəbnəm Tovuzlu bu dəfə də “coğrafi bilikləriylə” gündəmə gəlib. Belə ki müğənni öz “biliklərini” nümayiş etdirərək “Amerika və Dubay Avropa ölkələridir”, - deyib. Belə “bilgili” müğənniyə “ay bərəkallah” deməkdən başqa söz tapmırsan. Əslində şou-biznesin coğrafi biliklərə ehtiyacı yoxdur, ümumiyyətlə biliklərə ehtiyacı yoxdur. Heç səsə-zada da gərək yoxdu, əslində musiqi qulağın - “sluxun” olmasa da olar, hələ desən gözəgəlimli olmaya da bilərsən, bütün bunlara çarə var. Bir pulsuzluğa çarə yoxdu. O da ki, Şəbnəm xanım üçün problem deyil.

Şəbnəm Tovuzlu daha sonra öz biliklərindən vəcdə gələrək “cahil müəllimlər” ifadəsini işlədib. Belə “coğrafi bilikləri” olan adamın hər məsələyə bir qulp qoyması başa düşüləndi.

Nəyi xatırladım? Bir neçə il qabaq ATV-nin şou proqramların birində müğənnilərin vurma cədvəlini bilib-bilməmələrini test edirdilər. Qəfildən bir müğənniyə yaxınlaşıb sual edirdilər ki, riyaziyyatla aran necədir? Həmin müğənni də asıb-kəsirdi ki, çox yaxşı, məktəbdə riyaziyyatdan 5 almışam, nümunəvi olmuşam və s. Yenə qəfildən soruşurdular ki, 6 vur 9 neçə edər? Müğənni də qalırdı gözlərini döyə-döyə. Ya deyirdi 52, ya deyirdi 48, ya deyirdi 65. Xülasə səhv cavablar verirdi.

Yenə müxbir bir ayrı müğənniyə yaxınlaşırdı ki, məktəbdə riyaziyyatdan neçə almısan? Bu müğənni də gopa basmaqda o birisini ötüb-keçirdi. Deyirdi, həmişə əla almışam, yaxşı oxumuşam və s. Yenə qəfildən sual gəlirdi: “6 vur 9 neçə edər”? Müğənni yenə qalırdı pis vəziyyətdə. Məlum olurdu, bu da vurma cədvəlini bilmir.

Uzun sözün qısası, proqram boyu bəlli oldu ki, şou-biznes nümayəndələrinin vurma cədvəlindən xəbərləri yoxdur. Lap axırda müxbir Yaqub Zurufçuya yaxınlaşdı:

- Yaqub bəy, riyaziyyatla aranız necə olub?

- Riyaziyyatı zəif bilirəm, - deyə müğənni etiraf etdi.

- Bəs 6 vur 9 neçə edər, deyə bilərsiz?

Müğənni qəh-qəhə çəkdi:

- Yox, elə sadə şeyləri bilirəm, əlbəttə ki, 54!

Məlum olur ki, “riyaziyyatdan başı çıxmayan” Zurufçu vurma cədvəlini əzbər bilir, “riyaziyyatdan əla qiymətlər almış” şou-biznes nümayəndələri isə ikinci sinfin astanasından o tərəfə keçə bilmirlər.

Belə bir gülməli vəziyyət yarandı.

Gələk Şəbnəm Tovuzluya.

Bir dəfə canlı verilişlərin birində Şəbnəm Tovuzluya təxmini belə bir sual verdilər ki, əgər 10 min manat çantanızdan yoxa çıxsa, reaksiyanız necə olar? “Çox normal, bir-iki toyun puludur”, dedi. “Mən on min manata görə niyə adamlarla üz-göz olmalıyam? Bir-iki toyda oxuyub həmin pulu qazanıram”.

Bəlkə də müğənni elə zənn edirdi ki, öz gözütoxluğunu nümayiş etdirir, amma coğrafi bilikləri kimi bu mövqeyi də yanlış idi. Bəlkə də o fərqinə varmır ki, dedikləri onu dinləyən tamaşaçıların hisslərini zədələyir. Tutaq ki, tamaşaçıların arasında 10 min manatı həyatı boyu bir arada görə bilməyən bir ailə başçısı da var, hansı ki qara-qara düşünür: ey dadi-bidad, növbəti məvacibə hələ iki həftə qalıb, görəsən maksimum nə qədər qənaət etmək lazımdır ki, ailəni yaşatmaq mümkün olsun. Ana baxaraq fikir edir ki, görəsən aylıq qəpik-quruşdan nə qədər arxaya atsa qızının xəyal etdiyi paltarı ad gününə qədər ona hədiyyə edə bilər. Qız isə 10 min manatı havaya sovurmaq potensialı olan müğənniyə baxaraq əminliklə düşünür ki, valideynlərinə söz verdiyi kimi müəllim yox, bu xala kimi müğənni olacaq. Onda atası belə dərdli, anası isə qayğılı olmayacaq. O özü isə istədiyi paltarı alıb geyinə biləcək.

Yəqin ki, Şəbnəm xalanı dinləyən qızcığaz kitab-dəftərini bir kənara tullayıb xəyallarının ardınca gedəcək. O xəyallar ki, orda şou biznesdəki xalalar asan yollarla böyük pullar qazanırlar.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Vəfa Fətullayevaya tapılmayan qəbir yeri – 32 illik matəm yazısı
21:00 21 May 2019
Rəsul Rza mükafatı təqdim olundu
18:25 21 May 2019
Varis “Puşkin medalı” ilə təltif olunacaq
17:32 21 May 2019
Bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert olacaq
17:03 21 May 2019
Məşhurlar öz gəncliyi ilə... - Fotolar
16:48 21 May 2019
Onlara 898 min manat məbləğində Prezident mükafatı verilib
16:05 21 May 2019
Milli kinofestival təsis olundu
15:45 21 May 2019
Kventin Tarantino tamaşaçılara məktub yazıb -Mətn
15:11 21 May 2019
Qəşəm Nəcəfzadənin 60 illiyi qeyd olunub
14:22 21 May 2019
Gənc yazar AYB-ni hədələdi: “Əlimdə dəhşətli faktlar var...”
13:45 21 May 2019
Bakıdakı auksionda ən böyük məbləğ bu oldu - Siyahı
13:28 21 May 2019
Orxan Pamukun əsəri Bakıda tamaşaya qoyulub
13:01 21 May 2019
Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən oxumadığınız şeirlər
12:40 21 May 2019
Gənc yazarı AYB-dən qovurlar – Sensasiya
12:19 21 May 2019
Anar Salam Sarvana cavab verdi: “Belə ağıllıdırsa...”
12:04 21 May 2019
Azərbaycan və Türkiyə komikləri bir filmdə
11:47 21 May 2019
“Yazıçılar Birliyi dövlətin ayırdığı pulları havaya sovurur” – Salam Sarvandan qalmaqallı müsahibə
11:32 21 May 2019
Falçının cadu ilə ərə verdiyi biznesmen
11:02 21 May 2019
“Komandir” romanının növbəti təqdimatı olacaq
10:29 21 May 2019
Jurnalisti Kann festivalına buraxmayıblar
10:15 21 May 2019