“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı
25 aprel 2024
# 10:40

Aprelin 24-də Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, əvvəlcə sərgi haqqında məlumat verilib.

Qeyd olunub ki, Qırğız Respublikasının Milli Tarix Muzeyi Mərkəzi Asiyanın ən böyük muzeylərindəndir.

Muzeyin çoxsaylı kolleksiyaları arasında erkən köçəri mədəniyyəti - sak (e.ə.VIII-III əsrlər) və “Xalqların böyük köçü” dövrü tayfalarının (I-V əsrlər) qədim sənət nümunələri maraq doğurur.

Sərgidə əsrlərin dərinliyindən günümüzə qədər gəlib çatmış qiymətli metallardan hazırlanmış yüksək bədii dəyəri olan məmulatlar nümayiş etdirilir. Skif-Sibir “heyvani” üslubunda şişpapaqlı sakların konusvari baş geyimlərinin uc hissəsində istifadə olunan qızıldan hazırlanan ceyran və xoruz miniatür heykəlcikləri xüsusi əhəmiyyətə malikdir.

Bildirilib ki, Çuy vadisindəki Şəmsi kurqanından tapılmış IV-V əsrlərə aid bədii sənət əsərləri – qızıl dəfn maskası, cingiltili asmalarla bəzədilmiş yarımkürə formalı diadema-tac, alın və saç-hörük bəzəkləri, qızıl çərçivədə medalyon qədim incəsənətin şah əsərlərindəndir. Bişkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi şəbəkə texnikasında işlənmiş maral təsviri isə güzgü effekti ilə verilib.

Bəşəriyyətin əvəzsiz söz-mədəniyyət mirası “Manas” dastanı, dünya elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr müəllifləri - şair-filosof Yusif Balasaqunlu, ensiklopedist alim Mahmud Kaşğari və dünya ədəbiyyatının klassiklərindən Çingiz Aytmatovun əsərləri Qırğızıstan mənəvi mədəniyyətinin görkəmli abidələrindəndir.

Diqqətə çatdırılıb ki, sərgidə nümayiş etdirilən kolleksiyalar Qırğızıstanın qədim dövr sənətkarlarının dünya mədəniyyəti xəzinəsinə verdiyi dəyərli töhfələr haqqında təsəvvür yaradır. Əsrlər boyu təkmilləşdirilmiş ən yaxşı ənənələr və üsullar qırğız xalqının maddi mədəniyyətində bu gün də öz əksini tapır.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sonda Qırğızıstanın istedadlı rəssamı, modelyer-dizayner Dilbər Aşımbayevanın etno-model kolleksiyası təqdim edilib.

Sərgi və geyim kolleksiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, 23-26 aprel tarixlərində Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir. Sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

# 2275 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər