Tufana əsir düşmüş dəniz kimisən – Yeni Şeirlər

Tufana əsir düşmüş dəniz kimisən – <span style="color:red;">Yeni Şeirlər
2 iyul 2018
# 12:26

Sədaqət Əliqızı

Payız küləyi

Yalqız gecələrin yalquzağı tək

Ulayır uğuldayır payız küləyi.

Ağacdan sıyrılan qopan yarpaqlar ,

Fırlanır küləyin əlində naçar.

Sovrulub havada ovulub tökülürlər

içini dərd yeyən adamlar kimi.

Göynəyib sızladıqca yetim körpənin

Taxta sinəsində bir quş ürəyi,

Silinir dünyanın saxta rəngləri ,

Silinir çirkinlərin üz boyası kimi.

Dolub göy üzü mavi göz təki ,

Havadan cəhənnəm qoxusu gəlir.

Hara yox olub adamlar?...

Küçədə adama oxşayanlar gəzir.

Axşam

Axşam ... hiyləgərcəsinə biri-birinə,

Göz vurur işıqlar.

Qaranlığın dadını çıxarır yarasalar

Çarpayıda çırpınan xəstə canını tutub dişinə.

Təslim olmaq istəmir zülmətə.

Sonuncu nəfəsini yığıb içinə

dirənir ölümə

tələsir günəşi görməyə.

Günəşin rəsmini

Çəkmək istəyir gözlərinə,

Tanrı eşidir

Sonu gəlmir,

Bu gecə uzanır payız yağışı kimi.

Əllərim divarlara yapışır,

Onlardan imdad diləyir sanki,

Mən çöküncə qollarım süruşub

Yaralı ilan təki yanıma düşür.

Acıdan qıvrılıram və astaca,

Pıçıldayıram

Dediklərimi yalnız tanrı eşidir.

Tapılacaq izin

Mayaksız gecələr

Ömrünün rəngi

Səsin təlatümlü dəniz sularının ahəngi.

Dalğalar sənin dağılan saçlarındı.

Tufana əsir düşmüş dəniz kimisən.

Dənizin özündə sən yelkənsiz gəmisən.

Bir azdan çırpılacağın qayalıqlardı önün.

Hansısa sahildəsə bir gün,

Bəlkə də tapılacaq izin.

# 953 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #